QADIN İDARƏÇİ HƏLAKDIR
Əbu Bəkrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, xalq uğur qazanmaz əgər onun başında idarəçi qadındırsa»1226.
TƏKƏBBÜRLÜK
«Allah təkəbbür edənləri sevməz». (ən-Nəhl 23). «Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram». (əl-Mumin 27). «Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq təkəbbür vardır. Onlar heç vaxt ona çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən o, (hər şeyi) eşidən və görəndir». (əl-Mumin 56). «Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!». (Loğman 18). «Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. Gözəl aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir». (əl-Qəsəs 83)1227. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunalar zinakar yaşlı, yalançı dövlət başçısı və təkəbbürlü kasıb»1228. «Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır». (əl-Əraf 26). Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Qəlbində zərrə qədər təkəbbürlük olan kimsə Cənnətə girməz». Səhabələrdən biri: «Ya Rəsulullah! Əgər biri gözəl geyinmək, gözəl ayaqqabı, gözəl oturuş və gözəl miniyi olmasını istəyir? Bu da təkəbbürlükdür?» deyə soruşdu. Peyğəmbər: «Yox, həqiqətən də Allah gözəldir və gözəl olanı da sevir. Təkəbbürlük isə haqqı danmaq və insanlara xor baxmaqdır» deyə buyurdu1229. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah sizin surətinizə və mallarınıza baxmaz. Lakin O, sizin qəlblərinizə və əməllərinizə baxar»1230. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim təkəbbürlü olaraq yeriyərsə və təkəbbürlü olaraq danışarsa Cənnətə girməz»1231. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim dünyada ikən üstün görünmək və öyünmək məqsədilə bir paltar geyinərsə uca Allah qiyamət günü ona bir zillət paltarı geyindirəcəkdir»1232. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxıilə bir adam nəfsinin də xoşuna gələn bir paltar geyinmiş (saçını daramış və yekəxana-yekəxana) yeriyərkən Allah yerə əmr etdi onu dibinə keçirdi. Qiyamət gününə qədər yerin dibinə getməyə davam etməkdədir»1233. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu iki şeydə uzaq dura bildiyin təqdirdə istədiyini geyinə və yeyə bilərsə. İsraf və təkəbbürlük»1234. Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – in yanında oturmuşduq. Bədəvilərdən olan bir nəfər gəldi. Onun əynində yaşıl atlasdan bir cübbə var idi. O, Rəsulullah – sallallahu aleyhi və səlləm – in başı üstündə duraraq dedi: «Sizin qardaşınız hər bir adlı-sanlı adamı alçaldır, yaxud hər bir adlı-sanlı adamı alçaltmaq istəyir və hər bir çobanı ucaldır». Rəsulullah – sallallahu aleyhi və səlləm – onun cübbəsinin ətəyindən tutub dedi: «Məgər mən sənin əynində ağılsız adamın geyindiyi libasın olduğunu görmürəm: Allahın Peyğəmbəri Nuh – əleyhissəlam – vəfat edərkən öz oğluna vəsiyyət edərək buyurmuşdu: «Mən sənə iki şeyi əmr edir və iki şeyi qadağan edirəm. Sənə Lə İləhə İlləllah – əmr edirəm. Əgər yeddi göy və yeddi yer ucsuz bucaqsız bir halqa olsaydı Lə İləhə İlləllah onu sındırardı (Əgər tərəzinin bir gözünə qoyulsaydı Lə İləhə İlləllah ağır gələrdi). (Həmçinin) Subhənəllahi və Bihəmdihi kəlimələrini (əmr edirəm). Çünki bu kəlimələr hər şeyin duasıdır. Bunun sayəsində hər şeyə ruzi verilir. Və iki şeyi də sənə qadağan edirəm. (Allaha) şərik qoşmağı və təkəbbürlük etməyi». Dedilər: «Ey Allahın Rəsulu! Bu şirki bildik. Bəs təkəbbürlük nədir? Məgər birimizin özündə olan (gözəl) əbasını geyinməsi təkəbbürlükdürmü?» Peyğəmbər: «Xeyr» deyə cavab verdi. O: «Məgər birimizdə gözəl ayaqqabıların olması təkəbbürlükdürmü?». Peyğəmbər: «Xeyr» deyə cavab veri. O: «Məgər birimizin minəcək heyvana sahib olması təkəbbürlükdürmü?». Peyğəmbər: «Xeyr» deyə cavab verdi. O: «Məgər birimizlə oturan-duran dostların olması təkəbbürlükdürmü?». Peyğəmbər: «Xeyr» deyə cavab verdi. O: «Bəs onda təkəbbürlük nədir, ya Rəsulullah?». Peyğəmbər: «Haqqı danmaq və insanlara xor baxmaqdır»1235. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim özünü dartsa, yaxud lovğa-lovğa gəzərsə, qüdrətli və əzəmətli Allahın hüzuruna (Allahın) ona qəzəbi tutduğu halda gələr»1236. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Xidmətçisi ilə bərabər yemək yeyən, bazarları ulağın üstə gəzən və qoyunu tutub sağan kimsə təkəbbürlü olmaz»1237. Amr b. Şuey atasından, o da babasından rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Təkəbbürlülər Qiyamət günü adam şəkilində kiçik qarışqalar boyda məşhərə toplanacaqlar. Onları hər tərəfdən zillət bürüyəcəkdir. Onlar Cəhənnəmdəki Buləs adlı zindana aparılacaqlar. Onları alovların atəşi bürüyəcək və onlara Cəhənnəm əhlinin bədənindn axan irindən içirdiləcəkdir»1238.
ZƏMANƏNİ SÖYMƏK
Zəmanə pis zəmanədir, vəfasız zəmanə və s. «Belə deyirlər: Dünya həyatımızdan başqa heç bir həyat yoxdur, ölürük və dirilirik bizi öldürən ancaq dəhrdir (zaman). Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapanırlar». (əl-Cəsiyə 24). Ümumiyyətlə zəmanəni pisləmək üç şəkildə olur:
1. Zəmanə barəsində onu pisləməyərək xəbər vermək. Bu gün hava istidir. Bu gün hava soyuqdur və s. Buna da dəlil: «Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: Bu çox çətin, başı bəlalı bir gündür – dedi». (Hud 77).
2. Etiqad edəsən ki, hər bir şeyi edən zəmanədir. Xeyir və şəri edən zəmanədir. Buna görə də zəmanəni söymək. Bu da böyük şirkdir. Çünki sən etiqad edirsən ki, Allahdan başqa xeyir və şəri edə bilən xaliq vardır. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zəmanəni söyməyin. Çünki Allah zəmanənin özüdür»1239.
3. Etiqad edir ki, xeyir və şərr Allahdandır. Lakin hər hansı bir günü pis keçdikdə zəmanəni söyür. Bu isə haramdır. Həqiqətdə isə onun söyməsi Allaha qayıdır. Çünki zəmanəni idarə edən Allahdır və bununla da Allahı söymüş olur. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Adəm oğlu mənə əziyyət verir, zəmanəni söyür (pisləyir). Zaman isə Mənəm. Mən gecə ilə gündüzü bir-biri ilə əvəz edirəm»1240. «Dünya həyatımızdan başqa heç bir həyat yoxdur. Ölürük və dirilirik bizi öldürən ancaq Dəhrdir. Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapanırlar!». (əl-Casiyə 24). «Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır». (əl-Əhzab 57).
QIZIL VƏ İPƏK GEYİNMƏK
Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İpək və qızıl ümmətimin qadınlarına halal, kişilərinə isə haram edildi»1241. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Ömər – radıyallahu anhu – satılmaqda olan (tərkibində ipək) paltarı gördükdə dedi: «Ya Rəsulullah! Bu paltarı al. Cümə günü və ya qonaqlar sənin yanına gəldikləri zaman onu geyərsən». Peyğəmbər: «Bunu yalnız axirətdə nəsibi olmayan geyər» deyə buyurdu. (Bir müddətdən sonra) Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə bu paltardan (hədiyyə) olaraq verildi. O, da onu Ömər – radıyallahu anhu – ya göndərdi. Ömər – radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – i görüb dedi: «Ya Rəsulullah! Sənin dediyin sözlərdən sonra mən bu paltarı necə geyinə bilərəm?». Peyğəmbər: «Mən onu geyinmək üçün sənə göndərmədim. Onu (ehtiyac) olduqda satarsan, yaxud da (müsəlman olmayan) birinə geyindirərsən» deyə buyurdu. Bundan sonra Ömər –radıyallahu anhu – paltarı müşrik olan (süd) qardaşına hədiyə etdi»1242. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünyada ipək geyinən axirətdə ipəkdən məhrum olacaqdır»1243. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – bir nəfərin barmağında qızıl üzüyü gördükdə üzü qızardı və üzüyü onun əlindən çıxardaraq tulladı. Sonra da: «Bir atəş parçasını götürərək barmağına taxmısan» deyə buyurdu. Rəsulullah – sallallahu aleyhi və səlləm – getdikdən sonra: «O üzüyü götür başqa bir məqsədlə istifadə edərsən» deyildikdə: «Vallahi Rəsulullahın yerə atdığı bir şeyi geri götürmərəm» deyə cavab verdi1244. Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm – səhabələrdən birinin barmağında qızıl bir üzük gördü və ondan üz çevirdi. O da üzüyü çıxardıb tulladı və dəmirdən bir üzük taxdı. Peyğəmbər: «Bu daha da pisdir və atəş əhlinin bəzəyidir» deyə buyurdu. Bundan sonra onu da çıxardaraq tulladım və bu dəfə barmağıma gümüş bir üzük taxdım. Rəsulullah – sallallahu aleyhi və səlləm – bu dəfə bir söz demədi»1245. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha və axirət gününə iman edən kimsə ipək geyinməsin və qızıl taxmasın»1246. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən qızıl taxaraq ölən bir kimsə Cənnət qızıllarından məhrum olar»1247. Əbu Sələbə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – əlimdəki qızıl üzüyü görüb budaq ilə əlimə vurmağa başladı. Üzünü bir tərəfə çevirən kimi həmən üzüyü barmağımdan çıxardım. Peyğəmbər: «Üzdük səni» deyə buyurdu1248.
Həmçinin - Huzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızıl və gümüş qablardan içməyimizi, yeməyimizi, ipək və atlas geyinməyimizi və bunların üzərində oturmağımızı bizə qadağan etdi»1249. Muaviyə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ipək və pələng dərisi isə örtülmüş miniklərə minməməyimizi əmr etdi»1250. Əbul Məlih atasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – vəhşi heyvanların dərilərindən istifadə etməyi qadağan etmişdir (Başqa rəvayətdə: Yatağları bəzəməyi də qadağan etmişdir)»1251.
İpəkdən Nə Vaxt İstifadə Edilir? – Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Zubeyr b. AbdurRahman b. Auf - radıyallahu anhu – ya (dəridə olan) qaşınma xəstəliyinə görə ipək paltar geyinməsinə icazə vermişdir»1252.
Qızıl Qadınlara Da Haramdır - Şeyx əl-Albani – rahmətullahi aleyhi - deyir ki: «Haram olduğuna görə qızıl üzük, bilərzik və boyunbağı Halqa (Dairəvi) formada olarsa qadınlara da haramdır. Bu haqda bir çox hədislər vardır. Mütləq hökm ifadə edən hədislərdən bəziləri: Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Dostuna oddan bir halqa geyindirmək istəyən onun barmağına qızıl üzük taxsın. Sevdiyi bir kimsənin boynuna atəşdən bir boyunmağı taxmaq istəyən onun boynuna qızıldan bir boyunbağı taxsın. Dostunun qoluna atəşdən bir bilərzik taxmaq istəyən isə onun qoluna qızıldan bir bilərzik taxsın. Gümüşdən ayrılmayın, onunla oynayın, oynayın»1253. Sovban – radıyallahu anhu – rəvayət edir ki, Hubeyrənin qızı Rəsulullah - sallallahu aleyhi və səlləm – in yanına gəldikdə barmaqlarında qızıldan böyük üzüklər vardı. Peyğəmbər - sallallahu aleyhi və səlləm – əlindəki budaq ilə onun barmaqlarına vuraraq: «Allahın barmaqlarına atəşdən bir üzük taxması səni sevindirirmi?» deyə buyurdu. Qadın Fatimə – radıyallahu anhə – nin yanına gələrək şikayət etdi. (Sovban deyir ki) Mən də yanında olduğum halda Rəsulullah - sallallahu aleyhi və səlləm – qızı Fatimə – radıyallahu anhə – nin evinə gəldi. Fatimə boynundakı qızıl boyunbağını əlinə alaraq: «Bunu mənə Həsənin atası bağışlayıb» deyə xitab etdi. Peyğəmbər: «Ey Fatimə! İnsanların - Muhəmmədin qızı Fatimənin əlində atəşdən bir parça var - demələri səni sevindirirmi?» deyə buyurdu və onu şiddətli bir dillə tənbeh etdi. Evində oturmadan çölə çıxdı. Fatimə – radıyallahu anhə – həmən o, boyunbağını satdı və pulu ilə bir kölə alaraq azad etdi. Bu xəbər Rəsulullah - sallallahu aleyhi və səlləm – in qulağına çatdıqda: «Fatiməni atəşdən qurtaran Allaha həmd olsun» dedi1254. Rəsulullah - sallallahu aleyhi və səlləm – in zövcəsi Ummu Sələmə – radıyallahu anhə – rəvayət edir ki, boynumda qızıldan boyunbağı taxıb Rəsulullah - sallallahu aleyhi və səlləm – in evinə girdim. Məndən üzünü çevirdi. Ey Allahın Rəsulu! Ziynətlərimə baxmaq istəmirsənmi? dedim. O: «Mən də elə sənin ziynətlərindən üz çevirirəm» deyə buyurdu. Bu vaxt dərhal onları boynumdan çıxardım. Bundan sonra mənə baxdı (Başqa rəvayətdə: Siz qadınların gümüşdən düzəldilmiş, zəfəranla boyanmış boyunbağı taxmağınızın sizə heç bir zərəri yoxdur»1255.
QADINLARIN QISA, NAZİK VƏ DAR PALTAR GEYİNMƏLƏRİ
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəm əhlindən iki sinif insan var ki, mən onları dünyada ikən görməmişdim. Bir qövm inəyin quyruğu kimi qamçılarla insanları döyərlər. İkincisi isə qadınlar açıq-saçıq, yarım çılpaq geyinəcəklər, pozğun şeylərə meyl edəcəklər, başlarını (saçlarını) dəvənin boynundakı hörüklər kimi maili çıxacaqlar. Onlar Cənnətə daxil olmazlar və onun iyini də duymazlar. Halbuki cənnətin iyi bu və bu qədər məsafədən hiss edilir»1256.
QADIN VƏ KİŞİNİN PARİK TAXMASI, DÖYMƏ VURMASI VƏ DİŞLƏRİNİ SEYRƏLTMƏSİ
«Allah ona (şeytana) lənət etdi. O, isə dedi: Əlbəttə mən sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm! Allahı atıb şeytanı özünə dost tutan şəxs əlbəttə açüq-aşkar ziyana uğramışdrı». (ən-Nisa 118-119). Əsmə b. Əbu Bəkr - radıyallahu anhə – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – in yanına bir qadın gələrək dedi: «Ey Allahın Rəsulu! Gəlinlik yaşında bir qızım var. Qızılca keçirdiyi üçün saçları tökülmüşdür. Ona süni saç qoydura bilərəmmi?». Peyğəmbər: «Allah süni saç qoyana da, qoydurana da lənət etsin»1257. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – qadının başına parik taxmasını qadağan etdi»1258. Humeyd b. AbdurRahman rəvayət edir ki, Muaviyə - radıyallahu anhu – həcc etdiyi il Rəsulullah – sallallahu aleyhi və səlləm – in minbərində ikən keşikçinin əlindən taxma saç alaraq dedi: «Ey Mədinə xalqı, alimləriniz haradadır? Mən Rəsulullah – sallallahu aleyhi və səlləm – in bu kimi şeyləri qadağan etdiyini və: «İsrail oğulları qadınları bu kimi şeyləri taxdıqdan sonra həlak oldular» deyə buyurdu1259. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – parik taxana da, taxdırmaq istəyənə də, döymə vurana və vurdurmaq istəyənə də lənət etmişdir»1260. Abdullah b. Məsud - radıyallahu anhu – deyir ki: «Allah döymə (nakolka) döyən, döymə döydürmək istəyənlərə, qaşlarını aldıranlara, gözəllik üçün Uca Allahın xilqətini (Allahın verdiyi surəti) dəyişdirərək dişlərini hamarlandıraraq incələdən (qadınlara) lənət etmişdir. Bu sözlər Abdullahın evində olan Ummu Yaqub kimi tanınan Əsəd övladlarından olan bir qadına çatdı. Abdullahın yanına gələrək belə dedi: «Mənə xəbər verildiyinə görə sən filan-filan sözləri demisən». Abdullah: «Peyğəmbərin - sallallahu aleyhi və səlləm – in lənət etdiyi və Uca Allahın Kitabında da (lənətlə) yad edilmiş kimsələri mən nəyə görə lənətləməməliyəm?» Qadın: «Məndə heç şübhə yoxdur ki, Quranı başdan axıra qədər oxumuşam və bilirəm. Sənin bu dediyini orada görməmişəm». Abdullah: «Əgər sən Quranı həqiqətən oxumuş olsaydın onu tapardın və: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin» buyurduğunu orada oxumamısanmı?». Qadın oxuduğunu təsdiq etdikdə, Abdullah dedi: «Peyğəmbərin - sallallahu aleyhi və səlləm – bu dediklərini qadağan etmişdir». Qadın: «Məncə sənin ailən də bunu edir» dedi. Abdullah: «Get, bax!» dedi. Qadın getdi, lakin dediyi kimi bir şey görmədi. O, qayıdaraq: «Xeyr, dediyim kimi bir şey görmədim, deyincə, Abdullah: «Əgər dediyin kimi olsaydı bizimlə birlikdə olmazdılar»1261.
QADINLARIN KİŞİLƏRƏ, KİŞİLƏRİN DƏ QADINLARA BƏNZƏMƏSİ
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – lənət edib kişiyə bənzər qadınlara və qadınlara bənzər kişilərə (və ya bir-birilərinə oxşamaq istəyənlərə)»1262. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qadın paltarı geyinən kişilərə və kişi paltarı geyinən qadınlara»1263. Bu bənzəmə geyimdə, hərəkətlərdə, yerişdə, danışıqda da özünü biruzə verir.
NƏSƏB İLƏ FƏXR ETMƏK VƏ NƏSƏBƏ TƏNƏ ETMƏK
Əbu Məlik əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdə cahiliyyə adətlərindən qalma dörd əlamət vardır ki, onu heç vaxt tərk etməyəcəklər. Əsl-nəcabətlə fəxr etmək, nəsəbə söymək, ulduzlardan vəsilə istəyərək yağmur diləmək və ölünün arxasıyca fəryad edərək ağlamaq…»1264. Peyğəmbər – sallallahu aleyhi və səlləm – hər hansısa bir əməli cahiliyyəyə mənsub edərdisə insanların bundan çəkinməyini bildirir. Burada da cahiliyyə deyildikdə İslamdan qabaqkı dövr nəzərdə tutulur. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki xislət vardır ki, ümmətim onları heç vaxt tərk etməyəcəkdir. Şivən qopardaraq ağlamaq və əsl-nəcabətə tənə etmək»1265. Əbu Hureyrə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlarda (cahiliyyədən qalan) iki əməl vardır ki, onlar üçün küfrdür. Nəsəbə söymək və ölü üzərinə fəryadla ağlamaq»1266.
SAÇ VƏ SAQQALDAN AĞ TÜKÜN ÇIXARILMASI
Amr b. Şuayb atasından rəvayət edir ki, o da babasından Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ağ tükləri çıxarmayın. Çünki o, Qiyamət günündə müsəlmanın nurudur»1267. Amr b. Əbəsə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim müsəlman olduğu halda saçından bir tük ağararsa bu onun üçün Qiyamət günü bir nur olur. Kim Allah yolunda bir ox atarsa düşmənə dəysə də, dəyməsədə belə bu onun üçün bir kölə azad etmiş kimi olur. Kim mömin bir köləni azad edərsə bu onun üçün Cəhənnəmdən bir azadlıq vəsiləsi olur. Hər bir üzüv üçün bir üzvü atəşdən qurtulur»1268.
SAÇ VƏ SAQQALI QARA RƏNGLƏ BOYAMAQ
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Axır zamanlarda saç və saqqalını göyərçin sinəsi kimi qara rəngə boyayan insanlar olacaqdır. Onlar Cənnətin qoxusunu da belə duymayacaqlar»1269. Əbu Kuhafə saç-saqqalı ağarmış halda Məkkənin fəthi günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gətrilir. Peyğəmbər: «(Saç-saqqalını qəsd edərək) bunu bir şeylə dəyişdirin və (bu işdə) qara rəngdən çəkinin»1270.
ƏDALƏTSİZ HAKİM
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın nazil etdiyi ilə hökm etməyən dövlət başçısının namazını Allah qəbul etməz»1271. Bureydə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Hakimlər üç cürdür. Biri Cənnətlik, ikisi isə Cəhənnəmlikdir. Haqqı bilib doğru hökm verən Cənnətlikdir, haqqı bilib (bilə-bilə) ədalətsiz hökm verən Cəhənnəmlikdir, cahilcəsinə hökm verən də Cəhənnəmlikdir»1272. «Söz söylədiyiniz zaman qohumunuz olsa da belə ədalətli olun». (əl-Ənam 152). «Hər hansı bir cəmaata qarşı kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır». (əl-Maidə 8). Təbəri – rahmətullahi aleyhi - deyir ki: «Yəni insanlar arasında hökm verdikdə haqqı deyin. Ədalətli və insaflı olun. Haqsızlıq etməyin» 5/395. İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: «Uca Allah hər bir kəsə qarşı bütün vaxtlarda və vəziyyətlərdə ədalətli olmağı əmr edir» 2/255. İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: «Əksinə dost və düşmən olan hər bir kəslə ədalətli davranın» 2/44, Şövkani «Fəthul Qadir» 2/7. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hakimlər Qureyşdən olmalıdır. Onlardan bağışlanma diləndikdə onlar rəhimli olmalıdırlar. Söz verdikləri zaman yerinə yetirməlidirlər. Hökm verdikləri zaman ədalətli olmalıdırlar. Əgər onlardan kimsə belə etməzsə ona Allahın, mələklərin və bütün insanları lənəti çatar»1273. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər bir kimsəni hakim (qazı) təyin etdilərsə o, kimsəni bıçaqsız kəsiblər»1274. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər iki nəfər aralarında hökm vermək üçün səndən xahiş ediblərsə onların hər ikisini də dinləməmiş qərar vermə. Yalnız (onların hər ikisini də dinlədikdən) sonra daha doğru qərarı verə bilərsən»1275. Peyğəmbər - sallallahu aleyhi və səlləm –buyurdu: «Heç bir kimsə qəzəbli halda iki kişi arasında hökm verməsin»1276.
Dostları ilə paylaş: |