2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə21/46
tarix10.02.2018
ölçüsü4,25 Mb.
#42639
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

Üçüncü - Allah bu cəzanı bütün insanların qarşısında etməyi əmr edib. Gizlində edilməsi əmr edilməyib. İnsanlar qarşısında olduğuna görə bunun məsləhəti daha böyük və hikməti daha ucadır. Bu cəzanın alınması Lut qövmünə verilən cəzadan alınmışdır. Çünki onların üzərinə daş yağdırılmışdır. Zina və Lut qövmünün əməli fuhuşluqda müştərəkdirlər. Hər birində elə bir pozuntular vardır ki, Allahın yaratdığında, əmrində olan hikmətinə ziddir.


Eşqin Dünya Və Axirətdə Olan sadları - Eşq insanın qəlbini korlayır. Əgər qəlb korlanarsa sözlər, əməllər və iradə də korlanar. Allah bu xəstəliyi iki sinif insanlar barəsində hekayət etmişdir. O insanlar da Lut qövmü və qadınlardır. Yusif əleyhissəlam öz iffəti, səbri və təqvası ilə hansı hala düşdüyünü də bizə Allah xəbər vermişdir. Yusif əleyhissəlam ın düşdüyü bu müsibət, bəla elə bir bəladır ki, buna yalnız Allahın səbr verdiyi kəs səbr edə bilər. «Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər bu qadınların hiyləsini məndən dəf etməsən mən onlara meyl edər və cahillərdən olaram». (Yusuf 33). Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, dünya şirin bir yaşıllıqdan ibarətdir. Allah sizləri dünyada əvvəlki ümmətlərə xəlifələr təyin etdi ki, sizlərin necə əməl edəcəyinizə baxsın. Dünyaya bağlanmaqdan çəkinin. Qadınlardan da qorxun. Çünki İsrail oğullarının ilk fitnəyə düşmələri qadınlar xüsusunda olmuşdur»643.

1. Allah kişinin təbiətində qadına qarşı meyl qoymuşdur ki, necə ki, susamuş insanın suya meyl etməsi kimi. Lakin çox insanlar yeməyə, içməyə qarşı səbri vardır lakin qadınlara qarşı isə səbirsizdir. Buna görə də insan qınanılmaz əgər halal yerə təsadüf edilərsə. Əksinə buna görə təriflənir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mənə dünyadan qadın və ətir sevdirildi». Yusif əleyhissəlam cavan bir kimsə idi. Cavanın isə şəhvəti olduqca güclü olur.

2. Yusif əleyhissəlam qərib bir ölkədə idi. Qərib insan qürbət ölkədə etdiklərini öz ölkəsində edə bilmir. Həmçinin də heç kəsin, xüsusən də yaxınlarının və tanışlarının xəbər tutmayacağı fikri də onu bu işə sövq edə bilərdi, lakin etmədi.

3. Yusif əleyhissəlam subay idi. Evli deyildir ki, şəhvətini söndürsün.

4. Yusif əleyhissəlam meyl edən qadın həm gözəl, həm də vəzifə sahibi idi. Bu səbəblər də bu işi etməyə vadar edən əsas səbəblərdən biridir.

5. Bu qadın yaxınlıq etməkdən imtina etmirdi (razı idi), boyun qaçırmırdı. Bir çox insanlar vardır ki, onların qadına olan rəğbəti qadının boyun qaçırması, imtina etməsi ilə itir. Lakin Yusif əleyhissəlam ın hadisəsində isə belə deyildir. Qadın özü bu işə can atırdı. İnsanlar müxtəlifdirlər. Bəziləri qadın imtina etdiyi vaxt iradəsi və şəhvəti yoxa çıxır. Bəziləri də əksinə qadın imtina etdiyi vaxt onun sevgisi daha da artır.

6. Qadın özü idi istəyən, hiylə quran və tələb edən. Yusif əleyhissəlam isə gözəl, izzətli və istənilən idi.

7. Səbəblərdən ən dəhşətlisi o, idi ki, Yusif əleyhissəlam bu qadının evində qul idi. Onun hökmü altında idi. İstədiyi kimi onunla rəftar edə bilərdi. Burada həm rəğbət var idi, həm də qorxu.

8. Yusif əleyhissəlam qadınla otaqda tək idi. Nəmmamlıq edən də yox idi. Qapılar da bağlı idi. Ərəb qəbilələrindən bir qadına deyildi ki, səni zinaya vadar edən nə idi. Yastığın yaxın olması və gecənin uzunluğu.

10. O qadın başqa qadınlara da Yusif əleyhissəlam ı göstərmiş və onlardan yardım istəmişdir.

11. Qadın onu yaxınlıq etmədiyi təqdirdə zindanla, zəlilliklə qorxutmuşdur. Bu da məcburiyyətdir. Qadının əlində belə bir ixtiyar da var idi. Artıq burada şəhvətə çağrışçı ilə zindan və sıxıntısından salamat olmaq çağırışçısı cəm olmuşdur. Hansını üstün tutmalıdır. Bütün bu səbəblərlə yanaşı Yusif əleyhissəlam Allah qorxusunu, razılığını üstün tutdu. Onun Allaha olan sevgisi zindanı seçməyə vadar etdi. Yusif əleyhissəlam bilirdi ki, özü bu əməli özündən uzaqlaşdıra bilməzdi. Bilirdi ki, artıq onun Rəbbi onu qorumasa və o qadının hiyləsini ondan uzaqlaşdırmasa ona tərəf meyl edəcək və cahillərdən olacaqdır. Bu da Yusif əleyhissəlam ın öz Rəbbini və öz nəfsini tanımağının kamilliyindəndir.

Lut Qövmü «Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: Bu çox çətin, başı bəlalı bir gündür dedi. Tayfası (qonaq gəldiyini bilən kimi) Lutun yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. Lut onlara dedi: Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar (nigah) baxımından sizin üçün daha təmizdirlər. Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağlı başında bir adam yoxdur. Onlar dedilər: sənin qızlarınıa heç bir rəğbətimiz olmadığını, şübhəsiz bilirsən. Nə istədiyimizi də yəqin ki, bilirsən. Lut dedi: Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim. (Mələklər) dedilər: Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi? Əmrimiz gəldiyi zaman o, yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş, bir-birinə bitişik bərk daşlar yağdırdıq». (Hud 77-82). Bunlar mənim qonaqlarımdır. Məni onların yanında rüsvay etməyin. Bu da mənim qızlarımdır onlarla evlənə bilərsiniz. Bu ümmət eşqə düşmüşdür. Bu eşq də haram olan şeyə idi. Bu elə bir xəstəlikdir ki, qəlbə bağlanarsa insanın ondan qurtarması çətin olar. Bu eşqin də qisimləri vardır. Eşq bəzən küfr həddinə çatır ki, bu da sevən insanın məşuqəsini Allahla bərabər sevməsidir. Onu Allahı sevdiyi kimi sevir. Əgər Allahla bərabər sevilən küfürdüsə, Allahdan daha çox təzim edilən, sevilən necə? Elə bir eşqdir ki, onun sahibi bağışlanılmır. Bu da ən böyük şirkdir. Allah isə şirki bağışlamır. Yalnız səmimi bir tövbə ilə bağışlana bilər. Bunun da əlaməti aşiq olan insan sevdiyinin razılığını Allahın razılığından üstün tutur. Öz sevdiyinin haqqı, payı Rəbbinin haqqı ilə itaəti ilə zidd gələrsə o, sevdiyinin haqqını Rəbbinin haqqından üstün tutur. Öz məşuqəsinə ən qiymətli şeyləri sərf edir. Rəbbi üçün isə ən aşağı olanı sərf edir. Bütün taqətini sevdiyinin razılığına sərf edir. Ona itaətdə və yaxın olmaqda. Rəbbinə isə o məşuqəsindən sonra qalan artıq vaxtını yönəldir. Bu cür halda onların halına bax və fikirləş? Sonra isə onların halını tərəzinin bir gözünə, Tövhidini isə digər gözünə və bunları tərəzində ölç. Şəkk yoxdur ki, belə bir eşq ən böyük şirkdir. Bir çox aşiqlər də vardır ki, qəlblərində sevdiklərindən başqa heç bir şeyə yer qalmayıb. Məşuqəsini sevmək artıq bütün qəlbini tutmuşdur. Sevdiyi üçün hər tərəfdən onun qulu olmuşdur. Bu insan özü kimi birisinə qul olmağa razı qalmışdır. Çünkü qulluq sevginin və itaətin kamilliyidir. Bu insan isə sevgisinin, itaətkarlığının və zəlilliyinin gücünü öz məşuqəsinə vermişdir. Artıq bununla o kimsə qulluğun həqiqətini ona yönəltmişdir. Bununla çirkin iş, fuhuşluq arasında heç bir nisbət yoxdur. Çünki fahişlik günah, belə bir eşq isə şirkdir. Şair deyir ki: «Mənim üçün zina etmək daha sevimlidir nəinki belə bir eşqə düşərək qəlbin sevənə ibadət etməsindən. Bununla qəlb Allahdan uzaqlaşır».

Məhəbbətin Dərmanı - Belə bir bəlaya düşməyin səbəbi insanın cahilliyindən və qəlbinin Allahdan qafil olmasındandır. Ona vacib olan isə ilk əvvəl Rəbbinin təkliyini, qoyduğu yolları, ayələrini öyrənsin. Bundan sonra zahiri və batini ibadətləri yerinə yetirsin. Çünki ibadət etdikcə qəlbi başqasının fikri ilə məşğul olmaqdan uzaqlaşır. Belə bir xəstəliyə düşənin ixlasdan yaxşı dərmanı yoxdur. Bu elə bir dərmandır ki, Allah bunu öz kitabında zikr etmişdir. «Doğurdan da qadın ona meyl salmışdır. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, Yusif də ona meyl edərdi. Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən bizim sadiq bəndələrimizdəndir». (Yusuf 24). Onun uzaqlaşmasına səbəb ixlası olmuşdur. Əgər insanın qəlbi xalis olarsa və əməlləri Allah üçün edərsə qəlbində eşq yerləşməz. Belə bir şeylər yalnız boş bir qəlbdə yer tapır. Şair deyir ki: «Onun istəyi mənim qəlbimdə yerləşdi. Mən onu bilməzdən əvvəl. Boş qəlbə təsadüf etdi və orada da yerləşdi». Eşqə düşməkdə nə dini, nə də dünyəvi xeyirlər vardır. Əksinə dini və dünyəvi zərərlər vardır.

1) İnsan eşqə düşəndə məxluqun sevgisi ilə məşğul olur. Onu zikr etməklə qəlbini məşğul edir. Allah sevgisi və Allahı zikr etməkdən məhrum olur. Bunların hər ikisinin də bir qəlbdə cəmləşməsi isə imkansız bir seşdir. Onlardan biri digərini mütləq məğlub etməlidir. Hansı güclü olarsa o da qəlbdə yerləşər.

2) Eşqə düşən insan qəlbində o sevdiyinə görə əzab çəkir. Allahdan qeyrisini sevən şəxs mütləq onunla əzab çəkməlidir. Yer üzündə sevəndən bədbəxt bir kimsə yoxdur. Sən onu həmişə ağlayan görərsən. Ya ayrılmaq qorxusuna görə ağlayır, ya da darıxmaq qorxusu vardır.

3) Aşiq insanın qəlbi sevdiyinin ovcundadır. Ona əzab verir. Lakin o kimsə eşqdən məst olduğuna görə o, müsibəti artıq hiss etmir. Aşiqin eşqi bağlı olan bir əsirin eşqi kimidir.

4) Eşqə düşən insan sevdiyi ilə məşğul olduğuna görə dini və dünyəvi xeyirləri ötürür. Bundan da zərərli bir şey yoxdur. Nədən bilinir ki, eşqə düşən insan dini və dünyəvi xeyirlərdən uzaqlaşır? Dini işlərdə qəlb bütünlüklə Allaha yönəlməlidir. Eşqə düşən insanın qəlbi isə dağınıq olduğu üçün Allaha tam şəkildə yönələ bilmir. Dünyəvi xeyirlərə gəldikdə isə bu xeyirlərdə tabedir dini xeyirlərə, əgər insan dini xeyirlərdən uzaqlaşarsa şübhəsiz ki, dünyəvi xeyirdən də məhrum olar.

5) Dünya və axirət bəlaları o eşqə düşənə daha yaxındır. Səbəbləri isə qəlb hər dəfə eşqə düşənə yaxın olarsa, onunla əlaqəsi güclənərsə bir o, qədər də insan Allahdan uzaqlaşar. Allahdan ən uzaq düşən qəlb də eşqə düşən kimsənin qəlbidir. Əgər qəlb Allahdan uzaq düşərsə bəlalar ona yaxınlaşar. Hər tərəfdən şeytan onu yaxalayar. Əgər bir kəsi düşməni ələ alarsa ona hər bir bəlanı, müsibəti ona yönəldər. Bacardığı hər bir müsibəti ona toxundurar. Onda o qəlbin halı necə olar ki, düşməni onda yerləşib. O, qəlbin səadəti, xoşbəxtçiliyi və sevinci yalnız Ona yaxın olmaqdadır.

6) Eşq qəlbdə çoxalarsa sahibinin zehnini də korlayar. İnsanda vəsvəsələrin artmasına səbəb olur. Bəzən də eşq insanı dəlilərin səviyəsinə çatdırır. O dəlilər ki, onların ağılları korlanıb və onlar ağılları ilə hərəkət etmirlər. İnsanda ən şərəfli şey də onun ağlıdır. İnsan o ağlı ilə heyvandan fərqlənir, seçilir. İnsanın ağlı yoxa çıxarsa o kimsə danışmayan heyvanın dərəcəsinə düşər. Bəzən də heyvanın halı ondan daha yaxşı olar. Məcnunun ağlını da belə bir eşq almışdır.
GÖZ ZİNASI

Ey qardaşım! Bil ki, orqanları əxlaqsızlıq batağına batmaqdan və fəsaddan qorumaq lazımdır. Ən təhlükəli əxlaqsızlıq, şərə qapı açan, fəsadın açarı olan rəzillik harama baxmaqdır. Allah səni mühafizə etsin qardaşım! Qəlbini ifsad edəcək, fikrinə zəhər qatacaq, imanını zəiflədən şeylərdən uzaq durmağa çalış.

Allah gözü qəlbin aynası etmişdir. Qul gözünü haramdan çevirdikdə qəlb də şəhvət və istəyini boğacaqdır. Qul gözünü sərbəst buraxdıqda qəlb də şəhvətini sərbəst buraxacaqdır. Fadl b. Abbas - radıyallahu anhu Qurban bayramının birinci günü Müzdəlifədən Minaya Peyğəmbər sallallahu aleyhi və səlləm in miniyinin arxasında gələrkən qadın gəldi. Fadl - radıyallahu anhu da onlara baxmağa başladı. Peyğəmbər sallallahu aleyhi və səlləm Fadl - radıyallahu anhu nun başını digər tərəfə döndərdi»644. Əgər baxmaq caiz (icazə verilən) olsaydı Peyğəmbər sallallahu aleyhi və səlləm Fadl - radıyallahu anhu nun halını rədd etməzdi. Usamə b. Zeyd - radıyallahu anhu deyir ki: «Baxmaq hər bir fitnənin köküdür»645. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: «Özümdən sonra kişilərə qadınlardan daha zərərli bir fitnə buraxmadım»646. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dünyadan qorunun! Qadınlardan qorunun!»647.

Allah gözlərin xain baxışını və qəlblərin də gizlətdiyini bilir. (Gafir 19). İbn Abbas - radıyallahu anhu bu ayənin təfsirində deyir: «Bu o, kimsədir ki, bir ev əhlinə qonaq gedər. Orada bir gözəl qadın görərsə ev əhli (ona) baxmadıqları zaman qadına baxar. Ev əhli baxdıqları zaman isə gözlərini çəkər». Sufyan əs-Souri - rahmətullahi aleyhi - deyir ki: «O, kimsədir ki, bir məclisdə oturar. Yanlarından qadın ötdüyü zaman məclis əhli qafil olarsa qadına baxar. Onlar baxdıqları zaman gözlərini çəkər». Muhəmməd Əmin Şingiti - rahmətullahi aleyhi - deyir ki: «Bu ayədə hədə və təhdid vardır. Əgər bir kimsə gözü ilə xainlik edərsə Allahın qarşısında durduğu zaman hissiyatından soruşular»648. «(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bilmədiyin bir sözü demə. Bacarmadığın bir işi görmə). Çünki qulaq, göz və qəlb bunların hamısı sorğu-sual olunacaq-dır». (əl-İsra 36). Bu baxış İblisin zəhərli oxudur və şəhvətə aparandır. Haram baxışlar insanın qəlbində pis fikirlər yaradır ki, bu fikirlər böyüyərək şəhvətə, sonra iradəyə, istəyə və qətiyyətə çevrilir və sonda haram iş edilir.

Sən bu ayə barədə düşün: «(Ya Muhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar». (ən-Nur 30-31). Haramın əvvəli ilə axırı arasında bağlantı vardır. İbn Kəsir - rahmətullahi aleyhi - deyir ki: «Allahın mömin bəndəsinə olan əmridir ki, onlar gözlərini haram olan şeydən çevirsinlər və yalnız icazə verilən şeyə baxsınlar. Əgər gözü harama baxarsa dərhal gözünü çevirsin». Qasimi - rahmətullahi aleyhi - deyir ki: «Bu ayədə gözü çevirmək ayıb yerini qorumaqdan əvvəl zikr edilmişdir. Çünkü baxış zinaya aparan yoldur. Məhz buna görə də ilk olaraq gözləri qorumaq gəlmişdir». İbn Qeyyim - rahmətullahi aleyhi - deyir ki: «İnsana baş verən bir çox müsibətlərin əsası baxışdır. Çünki baxış fikirlər, fikirlər böyüyərək şəhvətə, şəhvət iradəyə, iradə isə güclü qətiyyətə çevrilir və nə qədər ki, bir mane yoxdur əməl hasil olur». Ona görə də deyilir ki: «Gözü harama baxmaqdan çevirməyə səbr etmək ondan sonra baş verənlərin ağrısına səbr etməkdən daha asandır».

Baxış insanda yanğı, həsrət hissləri əmələ gətirir. Belə ki, bəndə qadir olmadığı və səbri çatmadığı şeyə baxır və bu da əzabın ən böyüküdür. Məs: İnsan evli qadını görür və qəlbi ona bağlanır. Gözünü ona baxmaqdan çevirə bilmir və onunla evlənə də bilmir. Buna görə də bəzi fasiqlər aşiq olduqları qadınları ərlərindən boşanmalarına səy göstərmişlər.

Çox təəccüblüdür ki, baxan insanın baxışı oxdur və o ox baxan insanın qəlbinə çatmır. Baxanın özünün qəlbində yer hazırlayır. Bundan da qəribə olan odur ki, baxış qəlbi yaralayır və yaranın üzərinə yara gətirir. Ona görə də deyilir ki, baxışın qarşısını almaq sonra yaranan həsrətin, ağrının qarşısını almaqdan asandır. Sən bu hədis barədə düşün: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar»649. Bu hədis gözün də üsyan edib günah edəcəyinə və onun etdiyi günahın zina sayıldığına ən açıq bir dəlildir. Peyğəmbər sallallahu aleyhi və səlləm sıralamağı göz zinasından başladı. Çünkü göz zinası əlin, ayağın, qəlbin və fərc zinasının əsli və təməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Gözlər zina edir, əllər zina edir, ayaqlar zina edir, cinsiyyət üzvü zina edir»650.

Harama baxan insanın halı Duzlu dəniz suyundan içən insanın halına bənzəyir görəsən o kimsə sudan doyarmı? Əlbəttə ki, yox.O, sudan nə qədər içsə də susuzluğu daha da artacaqdır. İbnul Covzi - rahmətullahi aleyhi - deyir ki: «Ey qardaşım! Allah səni qorusun baxışın şərindən. Baxış neçə-neçə abidi həlak etmiş, neçə-neçə zahidin qətiyyətini pozmuşdur. Baxışdan çəkin, çünki o, bir çox müsibətin səbəbidir. Baxışın müalicəsi başlanğıcda daha asan və yaxşıdır. Əgər o, təkrarlanarsa şərr onun qəlbində yerləşər və onun müalicəsi də çətinləşər».

Bu xəstəlik üçün bir əlac varmı? Bəli, hər nə qədər dərd verilmişsə mütləq onun dərmanı da verilmişdir. Onu bilən bilir, bilməyən də bilməz. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: «Allah hər bir xəstəlik üçün dərman göndərmişdir. Onu bilən bilir, bilməyən də bilməmişdir».

Həqiqətən də baxış şeytanın zəhərli oxlarından biridir. Əgər bir kimsə baxışını davamlı edərsə onun həsrəti, peşmançılığı davamlı olar.



Gözü Haramdan Çevirməyin Faydaları: 1. Gözü haramdan çevirməyin birinci faydası Allahın əmrinə tabe olmaqdır. Allahın əmrinə tabe olmaq isə bəndənin dünyada və axirətdə səadətinin qayəsidir. Bəndənin də dünyada və axirətdə Rəbbinin əmrlərini yerinə yetirməkdən daha mənfəətli bir şey yoxdur. Dünyada və axirətdə xoşbəxt olan yalnız Allahın əmrlərini yerinə yetirdiyinə görə xoşbəxt olmuşdur. Dünyada və axirətdə bədbəxt olan da yalnız Allahın əmrlərini zay etdiyinə görə bədbəxt olmuşdur. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey gənclər zümrəsi! Sizdən kimin evlənməyə gücü çatırsa evlənsin. Çünki evlənmək gözü haramdan daha çox qoruyar və iffəti də qoruyar. Kim evlənməyə müqtədir olmazsa oruca sarılsın. Çünki oruc onun üçün şəhvəti qıran bir şeydir»651.

2. Əgər bir kimsə gözünü haramdan çevirərsə o, zəhərli oxun qəlbə çatmasına (təsir etməsinə) mane olar. Ola bilər ki, o zəhərli oxda onun həlakı vardır. Cabir b. Abdullah - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dən qəflət (təsadüfü) nəzər barəsində soruşdum o, gözümü çevirməyimi buyurdu»652. Qəflət nəzər odur ki, insanın qəsdi olmadan baxmasıdır. Əvvəlində günah yoxdur, lakin davamlı edərsə artıq günah qazanmış olar. Bureydə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əli - radıyallahu anhu ya buyurdu: «Ey Əli! Sən baxışın ardınca baxış etmə. Həqiqətən birinci sənin leyhinə, ikinci isə əleyhinədir». Çünkü ikinci baxış sənin ixtiyarınladır. Peyğəmbər sallallahu aleyhi və səlləm Cərir - radıyallahu anhu ya baxışını davamlı etdirməyib, gözünü çevirməsini əmr etmişdir. Çünkü baxışı davam etdirmək təkrar-təkrar baxmaq kimidir. Cabir rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir qadın görmüş və yoldaşı Zeynəb - radıyallahu anhə nin yanına gələrək (dəri işi ilə məşğul idi) ehtiyacını ödədikdən sonra səhabələrin yanına çıxdı: «Şübhəsiz ki, qadın şeytan surətində gəlir və gedir. Biriniz qadın gördükdə həmən ailəsinin yanına getsin. (Başqa rəvayətdə: Birinizin bir qadın xoşuna gələr və könlünə düşərsə, həmən öz yoldaşının yanına gedərək onunla yaxınlıq etsin). Çünkü belə etməsi nəfsində olanı müalicə etməyə bərabərdir»653.

3. Gözü haramdan çevirmək insanın qəlbində Allahla ünsiyyət yaradır ki, bu da qəlbin Allaha yönəlməsini (toplanmasını) yaradır. Gözü sərbəst harama baxmaqda buraxmaq qəlbi dağıdar, parçalayar. İnsanın qəlbini Allahdan uzaqlaşdırır və qəlb üçün gözü buraxmaqdan daha zərərli bir şey yoxdur. Həqiqətən harama baxmaq insanla Rəbbi arasında sıxıntı yaradır. Ummu Sələmə - radıyallahu anhə rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm in yanında idik. Yanımda Meymunə - radıyallahu anhə də vardı. Bu vaxt (kor olan) Ummu Məktub gəldi. Bu hadisə artıq örtünmək əmr olunmasından sonra baş vermişdir. Peyğəmbər: «Örtünün» deyə buyurdu. Biz: «Ya Rasulullah! Məgər o, kor deyil? Bizi nə görür, nə də tanıyır» dedik. Peyğəmbər: «Bəlkə siz də korsunuz və onu görmürsünüz» deyə buyurdu654.

4. Gözü haramdan çevirmək insanın qəlbini gücləndirir və onu fərəh (sevinc) içində edir. Gözü harama baxmaqda buraxmaq qəlbi zəiflədir və qəlbi kədərləndirir. Əbu Səid - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişi, başqa bir kişinin övrət yerinə baxmaz, qadın da başqa bir qadının övrət yerinə baxmaz. Bir kişi başqa bir kişi ilə, qadın da başqa bir qadınla bir tək yorğan altında olmaz (yatmaz)»655.

5. Gözü harama baxmaqdan çevirmək qəlbdə nur yaradır. Bu gözə, üzə, və digər orqanlara da yayılar. Harama baxmaq isə qəlbdə də, orqanlarda da zülmət yaradır. Buna görə də Allah Nur ayəsini gözü haramdan çevirmək ayəsindən bir başa sonra gətirmişdir. «(Ya Muhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar». (ən-Nur 30-31). Allah ayıb yeri qorumazdan əvvəl gözü qorumağı əmr etdi. Çünki insanın zinaya düşməsi gözü səbəbilədir. Sonra bu ayənin ardınca «Allah göylərin və yerin nurudur» (ən-Nur 35). Əgər qəlb nurlanarsa bütün xeyirlər hər bir tərəfdən ona yönələr. Həmçinin də əgər qəlb zülmətləşərsə bütün bəla buludları, şər ona gələr. Qəlb zülmətləşəndən sonra ora bidət, zəlalət, nəfsə tabe olmaq, düz yoldan uzaqlaşmaq, xoşbəxtlik səbəblərindən üz döndərmək, bədbəxtlik səbəbləri ilə məşğul olmaq kimi xəstəliklər yönələr. Bunun da qarşısını alan nurdur. Əgər o qəlbdəki nur yoxa çıxarsa o qəlb sahibi kor kimi olar. Zülmət içərisində gedən birisi kimi.

6. Gözü haramdan çəkmək insanda doğru-düzgün fərasət yaradır. İnsan onunla haqqı batildən, yalanı doğrudan ayırd edə bilir. Sələflər deyirlər ki: «Əgər bir kimsə zahirini Sünnəyə tabe olmaqla təmin edərsə, batinini daima Allahın nəzarəti altında hiss edərsə, gözünü haramlardan çevirərsə, nəfsini şübhələrdən qoruyarsa və halal ilə qidalanarsa onun fərasəti boşa çıxmaz». Allah əməlinə görə ona ya mükafat verir, ya da cəzalandırır. Əgər bir kimsə Allah rizası üçün bir şeyi tərk edərsə Allah ondan da xeyirlisi ilə onu əvəz edər. Əgər bir kimsə gözünü Allahın haram etdiyi şeylərdən (naməhrəmdən) çevirərsə Allah onun bəsirətinə nur verər, gözünü həbs etdiyinə görə. Çünki fərasət də nurun nəticəsidir. Allah o, kimsə üçün elm və bəsirət qapısını açar, düzgün fərasət qapısını açar, bu fərasət də yalnız qəlbin bəsirəti ilə bilinir (gözlə deyil). Bunun da əksini Allah Lut qövmünü korluqla, bəsirətin korluğu ilə vəsf etmişdir. Necə ki, Allah and içir ki: «And olsun ki, onlar öz sərxoşluqları içərsində çaşqınlıq içərisindədirlər». (əl-Hicr 72). Allah onları sərxoşluqla vəsf etdi. Bu da ağlın korlanması, həmçinin də Aməh – bəsirətin korlanmasıdır. İnsanın şəkillərlə bağlanması ağlın korlanmasını, bəsirətin və qəlbin korlanmasını vacib edir.

7. Gözü haramdan çevirmək qəlbdə sabitlik, şücaət və qorxmazlıq yaradır. Allah o kimsədə zahiri gücü cəm edir. Sələflər deyirlər ki: «O, kəs ki, nəfsi istədiyinə zidd çıxar şeytan onun kölgəsindən də qorxar». Sən bunun əksini nəfsi istədiyinə tabe olanda görürsən. Nəfsin zəlil olması, alçaq olmasını Allah özünə qarşı çıxanda qoymuşdur. Kim Allaha qarşı çıxarsa zəlillik onda olmalıdır. Həsənul Bəsri rahmətullahi aleyhi deyir ki: «Onlar nə etsələr də bu asiliyin zəlilliyi onların boyunlarındadır. (Vəzifəsindən, gücündən və şəxsiyyətindən aslı olmayaraq). Allah özünə asi olanı mütləq zəlil edər». Allahın izzəti, şərəfi özünə itaətdə yanaşı tutmuşdur. «İzzət, sadəcə Allahın, Peyğəmbərin və möminlərindir. Lakin münafiqlər bunu bilməzlər». (əl-Munafiqun 8). «Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki əgər möminsinizsə siz çox yüksəkdə durursunuz». (Ali İmran 139). Zəlillik isə günahla yanaşıdır. Bir kimsə izzəti, şərəfi istəyirsə bunu Allaha itaətdə, zikr etməkdə, saleh əməl işləməkdə axtarsın. «Hər kəs izzət-qüdrət, şərəf-şan istəsə, bütün izzət-qüdrət, şərəf-şan ancaq Allaha məxsusdur. Pak söz Ona tərəf yüksələr və pak sözü də yaxşı əməl qaldırar». (Fatir 10). Kunut duasında da gəlmişdir ki: «Sənin dost tutduğun kimsə zəlil olmaz, Sənin düşmən kəsildiyin kimsə də izzətli olmaz». Əgər bir kimsə Allaha itaət edərsə artıq Allah onu dost tutmuşdur və onun itaətinin miqdarında da izzətdən payı vardır. Əgər bir kimsə Allaha qarşı çıxarsa Allah onu düşmən tutmuşdur asilik etdiyinə görə. Onun günahının miqdarına görə də onun zəlillikdən payı vardır. Günah nə qədər çox olarsa zəlillik də bir o qədər artar.

8. Gözü haramdan çevirmək şeytanın qəlbə olan girişinin qarşısını alır. Çünki şeytan qəlbə baxışla daxil olur. Küləyin boş yerə daxil olmasından da sürətli şeytan harama baxmaqla insanın qəlbinə daxil olar, nüfuz edər. Şeytan o baxdığı insanın surətini (şəklini) onun qəlbində bəzəyər. Onun baxdığı qadını onun qəlbində bir bütə çevirər. İnsanın qəlbi də o bütə qapanar. Sonra şeytan ona vəd (arzu) verər. Onun qəlbində şəhvət alovunu yandırar. Ona günahların odununu atar. Elə bir od ki, əgər bu şəkillər (surət) olmasaydı ona çata bilməzdi. Artıq bununla qəlb alov içərisində olur. Həmçinin o, odun təsirindəndir ki, insanda ağrılar, acılar olur. Qəlbi hər tərəfdən od bürümüşdür. Təndirin içərisində olan bir qoyun kimi. Buna görə də haramlara baxan şəhvət sahiblərinin cəzası bərzəx həyatında onlar üçün oddan bir təndir olacaqdır. Səmura b. Cundəb - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu:) Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınlar gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər… Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər. Təndir içində gördüyün kişi və qadınlar isə zinakar kişi və qadınlardır. Bu da onların Qiyamətə qədər görəcəyi əzabdır»656.

9. Gözü haramdan çevirmək insanın qəlbini öz xeyirləri üçün fikirləşməyə və o xeyirləri ilə məşğul olmağa yönəldir. Əgər gözünü haramlardan çevirərsə, insan xeyirli işlər barəsində fikirləşər və o, işlərlə məşğul olar. Lakin insanın haramlara baxması ona öz xeyirlərini unutdurur. Bir baxış bu xeyirlər arasında bir maneə olur. Bununla harama baxan insanın işləri zay olur. Artıq öz nəfsi istəklərinə tabe olur və Rəbbinin zikrindən də qafil olur. «Qəlbini bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!». (əl-Kəhf 28). Gözü harama baxmaqda buraxmaq bu üç işi vacib edir. İnsanın işi zay olur, nəfsinə tabe olur və Rəbbinin zikrindən qafil olur.

10. Həqiqətən də göz ilə qəlb arasında bir yol vardır. Onun saleh olması ilə düzəlir, korlanması ilə də korlanır. Əgər qəlb korlanarsa göz də korlanar, əgər baxış korlanarsa qəlb də korlanar. Həmçinin düzəlmək tərəfdən də belədir. Göz korlandıqda qəlb də korlanır, zay olur və artıq qəlb (nəcasət) atılan bir zibilliyə çevrilir. Artıq o qəlb Allahın bilgisi, sevgisi, Allaha qayıtmaq üçün bir yaşayış yerinə çevrilmir. Bu qəlbdə bu kimi şeylərin yalnız ziddi yerləşir. Alimlər bu bədəndə olan üzvləri (göz, qulaq, dil, əl, ayaq) çaylara, qəlbi isə bir hovuza bənzədiblər. Əgər insan bu əzalarını xeyirli şeylərdə istifadə edərsə hovuza (qəlbə) təmiz su axar. Əgər haramlara istifadə edərsə o hovuza çirkab sular axar və hovuz da zibilliklə dolar.

11. Gözü haramdan qorumaq qəlbi şəhvətin əsarətindən qurtarar. Əsil əsir şəhvəti və havasının əlində əsir olandır.

12. Gözü haramdan qorumaq ilə qəlb həsrət acısından qurtulmuş olur. Çünki gözün sərbəst buraxılması həsrətin davamlılığını vacib edər. Ox ovun üzərində nə kimi iz buraxırsa baxışlar da o izləri buraxır. Öldürməsə də yaralayır.

13. Gözü haramdan qorumaq Cəhənnəmə açılan qapılardan birini bağlar. Çünkü baxmaq əmələ aparan şəhvət qapısıdır.

14. Gözü haramdan qorumaq ağla güc və səbat verir. Ağlın qüvəsinə qüvvət verir. Gözün harama buraxılması isə ağlı bəsit və küt edir, həmçinin irəli düşünməsinin qarşısını alır. İnsanın dünya görüşünün olması, onun himməsi, irəlini görməsi ağlın önəmli bir özəlliyidir. Baxışlarına sahib olmayan kimsə bu baxışların onun əleyhinə hansı cinayətləri etdiyini bilsəydi gözünə sahib olardı.

15. Gözü haramdan qorumaq qəlbi şəhvət sərxoşluğundan və qəflət yuxusundan qurtarar. Gözün buraxılması Allahdan və Axirət yurdundan qəflət qalmağa və eşq sərxoşluğuna düşməyə səbəbdir. Həqiqətən baxış bir içki qədəhi, eşq də o şərabın verdiyi sərxoşluqur. Eşq sərxoşluğu içkinin verdiyi sərxoşluğundan daha təhlükəlidir. İçki sərxoşluğundan ayılan kimsə, eşq sərxoşluqdan ayılmaya bilər. Eşq sərxoşluğundan ayılan azdır. Onlar da gözlərini ölülər diyarında açarlar. Ey qardaşım! Sən İblisin oxundan həzər et. O, səni öldürməsə də qəlbini yaralayar. O yara da o qədər çox olar ki, sonda səni həlak edər.

Ey insan! Allahın şiddətli əzabından çəkin. Bu hissiyatları verən onları almağa, cəzalandırmağa və səni bundan məhrum qoymağa da qadirdir. «(Ya Rəsulum!) De ki: Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə də möhür vursa, onları sizə Allahdan başqa kim qaytara bilər? Gör biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər». (əl-Ənam 46). Göz Allahın verdiyi bir nemətdir. Bəndəyə də lazımdır ki, gözü barəsində Allahdan qorxsun. Onu harama çevirərsə ondan məhrum olmaq cəzasından qorxsun. Şair deyir ki: «Bütün hadisələrin başı baxışdandır, böyük od da balaca qığılcımdan yaranır».

Həmçinin bəndə gözü haramdan qorumaq barəsində Peyğəmbər sallallahu aleyhi və səlləm in vəd vermiş olduğu mükafatı düşünsün. Ubadə b. Sabit - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim mənə altı şeyi zəmanət verərsə mən də ona Cənnəti zəmanət verərəm: Danışdığınız zaman doğru danışın, vəd verdiyiniz zaman yerinə yetirin, əmanət verildiyi zaman qaytarın, ayıb yerlərinizi qoruyun, gözlərinizi haramdan çevirin və əllərinizi (haramdan) saxlayın»657.
LUT QÖVMÜNÜN ƏMƏLİNİ ETMƏK

Bu əməli etməyin cəzası dünya və axirətdə ən böyük cəzalardandır. Artıq alimlər ixtilaf ediblər ki, hansının cəzası daha şiddətlidir. Lut qövmünün əməli, yoxsa zina və ya onların cəzası bərabərdir. Bu haqda üç qövl vardır:



Birinci Əbu Bəkr, Əli, Xalid b. Valid, Abdullah b. Zubeyr, Cabir b. Zeyd, İbn Abbas, Zuhri, Rabiyə b. AbdurRahmən, İshaq b. Rahaveyh, İmam Məlik, İmam Şafii (iki görüşündən birində) və İmam Əhməd Allah onlardan razı olsun deyirlər ki, Lut qövmünün əməlini etmək zinanın cəzasından daha da şiddətlidir. Bunun cəzası istər evli olsun, istər evli olmasın hər bir halda ölümdür.

İkinci Əta b. Əbi Rəvah, Həsənul Bəsri, Səd b. Museyyib, Şafii, Qatadə, İbrahim ən-Nəhəi, İmam Əhməd (onun ikinci rəvayətinə görə) Əbu Yusuf Allah onlardan razı olsun deyirlər ki, bunun cəzası zinanın cəzası ilə eynidir.

Üçüncü Əbu Hənifə, Həkim Allah onlardan razı olsun deyirlər ki, bu əməlin cəzası zinanın cəzasından da aşağıdır və bu əməlin cəzası təzir cəzasıdır. Onlar öz görüşlərinə bu dəlilləri gətirirlər: Müəyyən bir cəza (öldürməmək şərti ilə) cəzalandırmaqdır. Onlar deyirlər ki, bu əməl günahlardan biridir. Allah və Rəsulu bu haqda müəyyən bir cəza təyin etməmişlər. Leş, qan və donuz yemək kimi təzir cəzasıdır. Bu əməldə elə bir yerdən yaxınlıq olur ki, bu da nəfslərin istəmədiyi bir şeydir. Hətta Allah heyvanların nəfslərinə qoymadığı iyrənc bir işdir. Buna görə də dişi eşşəklə yaxınlıq edən kimsəyə olduğu kimi buna da hər hansı bir həd cəzası yoxdur. Çünkü Lutilik nə şəriətnən, nə də lüğətnən zinakar deyə adlandırılmaz. Zina edənləri cəzasını bildirən dəlillərin içərisinə girməz. Həmçinin onlar deyirlər ki, şəriət qanunlarında vardır ki, əgər bir günaha qarşı nəfslərdə istək olmayaraq o günah edilərsə buna yalnız təzir cəzası təyin edilir. Buna görə də hədd cəzası zina, oğurluq, içki içənə qoyulmuş-dur. Çünkü zinada iki tərəfdən də buna meyl vardır. Leş, qan və donuz əti yeməyə isə bəlli bir hədd cəzası qoyulmamışdır. Onlar deyirlər ki: İki eyni cinsin bir-birinin bədəni ilə zövq almasına hədd cəzası yoxdur. Necə ki, iki qadının bir-biri ilə yaxınlıq etməsinə də hədd cəzası yoxdur.

Birinci qövl sahibləri ümmətin cumhurudur və həmçinin də bu haqda səhabələrin yekdil rəyi vardır. Günahlar içərisində bundan böyük olanı yoxdur. Küfrdən sonra ikinci dərəcəli günah Lut qövmünün əməli ilə məşğul olanların günahıdır. Allah belə bir böyük günahla Lut qövmündən əvvəl heç kəsi imtahana çəkməmişdir. Allah onlara elə bir cəza vermişdir ki, bu cəzanı heç bir ümmətə verməmişdir. Onlara bir neçə cəza cəm edilmişdir. Onların həlak edilməsi, diyarlarının altının üstünə çevrilməsi, yerə keçrilmələri, kor ediləmələri, üzərlərinə daşların yağması. Bu da bu günahın nə qədər şiddətli olmasını bildirir. Bu elə bir günahdır ki, az qala yer öz oxundan çıxsın. Mələklər bu əməli görəndə yerlərdən və göylərdən qaçırlar. Qorxurlar ki, o yerlərin əhalisi üzərinə əzab ensin və bu əzab onlara da toxunsun. Həmçinin belə bir iş olanda yer öz harayını Rəbbinə qaldırır. Az qala dağlar yerindən qopsun. Həmçinin belə bir iş edənin öldürülməsi belə bir əməli etməkdən onun üçün daha yaxşıdır. Çünkü ona bu yaxınlıq edildiyi zaman o kimsə öldürülmüş kimi olur. Elə bir öldürülmək ki, bundan sonra onda heç bir həyat umulmur. Əgər həqiqətdə bir kimsə öldürülərsə o, ya məzlum, ya da şəhid sayılar. Axirətdə də mənfəət qazanar. Lakin bu ölüm elə bir ölümdür ki, onda heç bir həyat umulmur. Həmçinin də Allah öldürülənin qisasını vəlilərinə vermişdir. Onlar da ya onu bağışlaya bilərlər, ya da öldürə bilərlər. Lakin Lut qövmünün əməlini edənin cəzası isə öldürülməkdir. Burada heç bir bağışlanma da yoxdur (heç kəs bu əmələ görə səndən qisas ala bilməz). Buna da Peyğəmbər sallallahu aleyhi və səlləm in sünnəsi və həmçinin də səhabələrin icması dəlalət edir. Bunda heç bir ziddiyət də yoxdur. Xalid b. Valid radıyallahu anhu ərəbistanın kənarlarında görür ki, bir kişi qadın evləndiyi kimi evlənir. Bu haqda Əbu Bəkr radıyallahu anhu ya məktub yazır. Əbu Bəkr radıyallahu anhu səhabələrlə məşvərət edir. Əli b. Əbu Talib radıyallahu anhu isə bu haqda ən şiddətli qövli olan bir kimsə idi. Bunu yalnız ümmətlərdən bir ümmət edib və Allahın da onlara nə divan tutduğunu da bilirik. Mənə görə onlar odla yandırılmalıdırlar. Əbu Bəkr radıyallahu anhu bu xəbəri Xalidə məktubla bildirir. O, əmri yerinə yetirir. İbn Abbas radıyallahu anhu deyir ki: «Bu əməli edən kimsə kəndə (şəhərdə, qəsəbədə) ən yüksək binaya qaldırılmalı və oradan da başı aşağı atılmalı və ardınca da böyük bir daş parçası (daşlar) atılmalıdır. Bu hədd Allahın Lut qövmünə etdiyi həddir». İbn Abbas radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Lut qövmünün əməlini edənləri gördüyünüz zaman edəni də, ediləni də öldürün»658. Lənətləyib onları üç dəfə. İbn Abbas radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah Lut qövmünün əməli ilə məşğul olanlara lənət etasin (bu kəliməni üç dəfə təkrar etdi)»659. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətim üçün ən çox qorxduğum (yaramaz iş) Lut qövmünün əməlidir»660. Heç bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm zinakarı bu qədər lənətlə-məyib. Bu əməli edənləri isə təkidlə üç dəfə lənətləyib. Səhabələrdən heç kəs bu əməli edənin öldürülməsi barədə ixtilaf etməyiblər. İxtilaf yalnız necə öldürülməsi barədə olub. Kim bu iki ayəni oxuyaraq onlar üzərində düşünərsə ona zina ilə Lut qövmünün əməli arasında fərq aydın olar. «Zinaya da yaxın düşməyin. Çünkü o, çox çirkin bir əməl və pis bir yoldur». (əl-İsra 32). «Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz». (əl-Əraf 80). Yəni Allah hər ikisini də fuhuş deyə adlandırmışdır. Zina barəsində fahişəni qeyri-müəyyənlikdə gətirdi. Yəni zina hər hansı bir fuhuş işlərdən biridir. Digər ayədə isə «Əl» artikili ilə gətirmişdir. Bu da, deməkdir ki, yəni hər bir fuhuşluq bu adda birləşib. Onların bu əməli etmələrində məqsəd yalnız şəhvətdir. Ehtiyacdan deyildir. Necə ki, kişinin qadına meyl etməsi kimi. Bunda ehtiyac vardır. Onlar arasında məhəbbətin, sevginin yaranması, onların evlənmələri, nəsillərin artması vardır. Bu kimi nigahda bu cür xeyirlər vardır. «Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz doğurdan da, həddi aşmış bir tayfasınız». (əl-Əraf 81). «Doğurdanmı siz bəşər övladından yalnız erkəklərə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir cəmaatsınız». (əş-Şuəra 165-166). Lakin Lut qövmünün əməli isə belə deyildir. Bunun üzərində elə bir fəsadlar vardır ki, onları saymaqla qurtarası deyildir. Bunun da təfsilatını yalnız Allah bilir. Lut qövmü Allahın yaratdığı bu fitrəti çevirmişlər. Yəni Allah kişiləri hansı keyfiyyətlərinə görə yaratmışdısa onlar bu fitrəti tərsinə çevirmişlər. Qadınları buraxaraq şəhvətlə kişilərin üstünə gəlirlər. Buna görə də Allah onların diyarlarının altını üstünə çevirdi. Həmçinin də Allah onların qəlblərini çevirdi. Allah onların əməllərinin çirkinliyini daha da gücləndirərək buyurur ki, onlar Musriflərdir – israf edənlərdir, həddi aşanlardır. Sən bu haqda fikirləş və heç gör zina haqda belə bir şey gəlibmi? «Siz doğurdan da, həddi aşmış (musrif) bir tayfasınız». (əl-Əraf 81). Allah onları çirkin iki vəsflə vəsfləndirmişdir: «Həqiqətən onlar pis, fasiq tayfa idilər». (əl-Ənbiya 74). Onları Peyğəmbərlərinin dili ilə fitnəkar deyə adlandırmışdır: «Lut: Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!». (əl-Ənkəbut 30). Mələklər onları zalım deyə adlandırmışdır: «Biz bu məmləkətin əhlini məhv edəcəyik, çünki onlar zalimdirlər». (əl-Ənkəbut 31). Bir düşün? Allah bu cür kimi cəzalandırmışdır, kimləri bu cür hədələmişdir. «Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: Bu çox çətin, başı bəlalı bir gündür dedi. Tayfası (qonaq gəldiyini bilən kimi) Lutun yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. Lut onlara dedi: Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar (nigah) baxımından sizin üçün daha təmizdirlər. Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağlı başında bir adam yoxdur. Onlar dedilər: sənin qızlarına heç bir rəğbətimiz olmadığını, şübhəsiz bilirsən. Nə istədiyimizi də yəqin ki, bilirsən. Lut dedi: Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim. (Mələklər) dedilər: Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi? Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş, bir-birinə bitişik bərk daşlar yağdırdıq». (Hud 77-82). «(Ya Muhəmməd!) Lutu da yad et! Bir zaman o, öz qövmünə demişdi: Doğurdanmı siz özünüzdən əvvəl heç bir bəşər övladının etmədiyi iyrənc bir işi görürsünüz? Həqiqətən siz kişilərə yaxınlaşır, yol kəsir və məclislərinizdə çirkin iş görürsünüz. Tayfasının cavabı ancaq: Əgər doğru danışanlardansansa bizə Allahın əzabını gətir! Deməkdən ibarət oldu». (əl-Ənkəbut 28-29). Sən bu haqda fikirləşsən onların əməlinin nə qədər şiddətli olduğunu bilərsən.

Lut Qövmünün Əməlini Edənlərin Cəzasi Zinadan Aşağıdır Deyənlərə Cavab Onların: Bu günaha Allah müəyyən bir hədd (cəza) qoymamışdır? Cavab: Allah tərəfindən çatdıran Peyğəmbər sallallahu aleyhi və səlləm bu hərəkəti edənə qəti olaraq öldürülmə cəzasını qoymuşdur. Peyğəmbər sallallahu aleyhi və səlləm in buyurduğu da yalnız Allah tərəfindəndir. Onların deməsi ki, bu əməlin cəzası şəriət tərəfdən bilinmir bu batil bir şeydir. Əgər deyirsinizsə ki, bu əməli edənin cəzası haqqında Quranda bir cəza gəlməyib bu onu tələb etmir ki, Sünnədə də bu haqda bir şey yoxdur. Biz deyə bilərik ki, Quranda zinakarın daş-qalaq olunması barədə də bir cəza gəlməyib. Bunların hər biri Sünnədə gəlmişdir. Onlar: Bu əvvəl Quranda olub sonra özü nəsx olub, lakin hökmü qalıb? Cavab: İçki içənin qamçılanması həddi. Bu haqda da Quranda bir şey gəlməmişdir. Yalnız Sünnədə bu əməlin cəzası gəlmişdir. Onlar: Bu əmələ bir cəza gəlməyib. Çünkü insanların təbiəti bu Lut qövmünün əməlini istəmir. (Necə ki, heyvanla, meyidlə yaxınlığa da insanların təbiətində bir istək yoxdur). Buna qarşı ancaq insanlarda nifrət vardır. Cavab: Bu da düzgün bir qiyas deyildir. Peyğəmbər sallallahu aleyhi və səlləm in Sünnəsi və səhabələrin icması ilə bu rədd olunub.
LUT QÖVMÜNÜN ƏMƏLİNİN BƏLASINA DÜŞƏNİN DƏRMANI NƏDİR?

Bu xəstəlik üçün bir əlac varmı? Bəli, hər nə qədər dərd verilmişsə mütləq onun dərmanı da verilmişdir. Onu bilən bilir, bilməyən də bilməz. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: «Allah hər bir xəstəlik üçün dərman göndərmişdir. Onu bilən bilmişdir, bilməyən də bilməmişdir». Xəstəliyin müalicəsi iki yolladır: Birinci - Bu xəstəliyin ortaya çıxmasından əvvəl səbəbini ortadan qaldırmaq (qarşısının alınması). İkinci - O xəstəlik düşdükdən sonra onu qaldırmaq. Bunların hər ikisi də Allahın müyəssər etdiyi kimsə üçün asandır. Allahın yardım etmədiyi kimsə üçün isə çətindir. Çünkü işlərin ixtiyarı Allahın əlindədir.



Birinci - Gözü naməhrəmdən çevirmək. Həqiqətən də baxış şeytanın zəhərli oxlarından biridir. Əgər bir kimsə baxışını davamlı edərsə onun həsrəti, peşmançılığı davamlı olar.

İkinci - Qəlbi bu dərddən uzaqlaşdıracaq şeylərlə məşğul etmək və qəlblə bu dərdə düşmənin arasına girmək. Bu da narahatçılıq içində olan qorxudur, ya da narahat edici sevgidir. Qəlb sevdiyini yalnız daha uca bir sevdiyi üçün tərk edir və ya bu sevgilinin itirilməsindən özünə daha zərərli olan bir pisliyin meydana gəlməsi qorxusu ilə tərk edir. Bunun üçün də insanın iki şeyə ehtiyacı vardır. Bunların birisini və ya hər ikisini də itirərsə bunun sahibi faydalanmaz. 1. Bəsirət. İnsanda düzgün və sağlam bəsirətin olmasıdır ki, insan bununla sevilən və sevilməyənin arasındakı dərəcələrini ayıra bilir. Buna görə də iki sevdiyindən əsas uca sevdiyini üstün tutur. Həmçinin də xoşlamadığı şeylərdən aşağı olanı yerinə yetirir ki, daha ağır (zərəri çox) olan ona toxunmasın. Bu da ağlın xususiyyətidir. Kim bunun ziddini edərsə ağıllı661 sayılmaz. 2. Bu kimi şeyləri bilməklə, ayırmaqla yanaşı insanda güclü qətiyyət, səbr olmalıdır ki, sevdiyini yerinə yetirməyə və xoşlamadığını tərk etməyi bacarsın. Çox vaxt insan bu fərqləri bilir. Bilir ki, bu digərindən daha üstündür və bunun zərəri digərindən daha aşağıdır. Lakin onun nəfsinin zəifliyi, himməsinin662, iradəsinin zəifliyi o, mənfəətli olanı üstün tutmağa mane olur. Belə bir insan özü faydalanmadığı kimi başqaları da ondan faydalanmır. Həmçinin Allah dində imamlığa çatmağı yalnız səbr və yəqin əhlinə buyurmuşdur. «Səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etmişdik». (əs-Səcdə 24). Onlar səbr, qətiyyət sahibləri idilər və həmçinin də onlar ayələrmizə yəqinliklə inanırdılar. Bu o, kimsədir ki, öz elmi ilə faydalanan və həmçinin başqa insanlar da ondan faydalanırlar. Bunun əksi olan insan isə öz elmi ilə faydalanmır və başqaları da onunla faydalanmırlar. Həmçinin insanlardan elələri də vardır ki, öz elmi ilə özü faydalanır başqaları isə ondan faydalanmırlar. Birinci sinif insanlar o, kəslərdir ki, öz nurunda gedir və başqaları da bu nurdan faydalanırlar. İkinci sinif insan o, kəsdir ki, artıq onun nuru sönmüşdür. O, kimsə zülmət içərisində gəzir və ona tabe olanlar da bu zülmətin içərisində gəzirlər. Üçüncü sinif insan isə yalnız öz nurunda özü gəzir başqaları isə bu nurdan faydalanmırlar.
LUT QÖVMÜNÜN ƏMƏLİNİ EDƏN CƏNNƏTƏ DAXİL OLACAQMI?

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin