Lut qövmünün əməlini edən elə bir əməl edir ki, onun öldürülməsi yaşamasından daha xeyirlidir. Elə bir pozuntu edir ki, onun düzəlməsi heç vaxt umulmur. Onun bütün xeyiri gedir. Yer onun üzündən həya suyunu soyur. Bu əməli edən insan bundan sonra nə Allahdan utanır, nə də insanlardan. O, edənin ona qoyduğu nütfə bədənə düşən bir zəhər kimidir. Sələflər ixtilaf ediblər ki, bu əməli edən Cənnətə daxil olacaqmı, yoxsa yox? Bu haqda iki qövl vardır. Birinci - Cənnətə daxil olamayacaq. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vələduzna Cənnətə daxil olmayacaqdır»663. Onlar deyirlər ki, əgər zinadan doğulan uşağın halı belədirsə baxmayaraq ki, onun günahı yoxdur. Çünki o kimsə hər bir xəbisliyə səbəbdir. Xəbisliyin əlamətidir. Çünki o, xəbis bir nütfədən yaranmışdır. Əgər haramdan bitən bir ət Cəhənnəmə layiqdirsə haram nütfədən yaranan məxluqun bədəni necə oda layiq olmasın. Onlar deyirlər ki, Lut qövmünün əməlini edən bir kimsə bu vələduznadan da şərli, rəzil və xəbisdir və o, heç bir xeyirə müvəffəq olmamağa daha layiqdir. Xeyirlə onun arasına bir maneə girər. Hər dəfə bir xeyir əməl etmək istədikdə Allah onun xeyir əməlini pozmaq üçün ona cəza olaraq bir şey çıxarar.
İkinci - Əgər bir kimsə belə bir bəlaya düşərsə insan Allah qarşısında səmimi tövbə edərsə, saleh əməl edərsə, günahlarını xeyirə dəyişərsə, bu arı itaətlə silərsə, gözünü haramdan çevirərək ayıb yerlərini qoruyarsa, öz davranışında, rəftarında Allaha sadiq olarsa bağışlanmışdır və o, Cənnət əhlindəndir. Həqiqətən də Allah bütün günahları bağışlayır. Əgər tövbə bütün günahları şirk, Peyğəmbər, övliya öldürməyi, sehri, küfrü silirsə bu günah bağışlanılmayacaqmı? Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günaha görə tövbə edən o günahı etməmiş kimidir»664. Allah zəmanət verir ki, şikrdən, zinadan, adam öldürməkdən tövbə edənin pis əməllərini yaxşı əməllərə çevirəcəkdir. Bu da hər bir günahdan tövbə edənə aiddir. «De ki: Ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən o, bağışlayan və rəhm edəndir!». (əz-Zumər 53). Bu ayədə olan ümumilikdən heç bir günah xali deyildir. Bu ayə xüsusilə tövbə edənlər barəsindədir.
Əgər o kimsə səmimi tövbəyə müvəffəq olmazsa, daha da şərli olarsa, əvvəl etdiklərini tərk etməzsə, pisliklərini yaxşılığa çevirməzsə bu insan öldüyü vaxt onu Cənnətə daxil edəcək bir sonluğa müvəffəq olmaqdan o kimsə uzaqdır. Onun əməlinə uyğun olaraq bir cəza ona verilər.
MƏHRƏMLƏ YAXINLIQ EDƏN
Heç bir nəfs məhrəmlə yaxınlığı istəmir. Bu əmələ qarşı insanlarda nifrət vardır. Lakin buna baxmayaraq yenə də əgər bir kimsə məhrəmi ilə yaxınlıq edərsə onun həddi ölümdür (istər evli olsun, istərsə evli olmasın). Bəra b. Azim - radıyallahu anhu – deyir ki: «Mən əmimlə qarşılaşdım. Əlində bayraq var idi. Mən: «Hara gedirsən ey əmi?» deyə soruşdum. O: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – məni bir kişinin yanına göndərib ki, o kimsə atasının ölümündən sonra atasının arvadı ilə evlənib. Onun boynunu vuraraq malını götürməyə gedirəm» deyə cavab verdi665. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir məhrəmi ilə yaxınlıq edərsə onu öldürün»666. Həccacın yanına bacısı ilə yaxınlıq edən birisi gətrildi. Həccac: Bu adamı həbs edin və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən soruşun nə edək. Abdullah b. Əbi Mutarraf - radıyallahu anhu – soruşdular. Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu dinlədim: «Kim Əgər bir kimsə möminlərin məhrəmini yararsa onun ortasını qılıncla yarın»667. Bu hədisdə onun ortadan iki hissəyə bölünərək öldürülmə cəzası vardır. heç bir şəkildə yaxınlaşması caiz olmayan biri ilə yaxınlığa girənin cəzası öldürülməkdir. Eyni şəkildə heç bir şəkildə yaxınlıq edilməsi halal olmayan məhrəmlə yaxınlıq edənin cəzası öldürülməkdir ki, Lutilik də belədir. Onlar öldürmənin formasında ixtilaf ediblər. Necə gəldi öldürülməlidir, yoxsa onun cəzası zinakarın cəzası kimidir. Bu haqda iki qövl vardır: Birinci - İmam Məlik, İmam Şafii, İmam Əhməd - Allah onlardan razı olsun - deyirlər ki: «Onun həddi zinakarın həddi kimidir». Ikinci - İmam Əhməd, İshaq və əhli hədisdən bir dəstə - Allah onlardan razı olsun - deyirlər ki: «Onun həddi hər hansı bir halda öldürülməkdir». Həmçinin onlar ittifaqa gəliblər ki, əgər bir kimsə nigah adı ilə məhrəmi ilə evlənərsə (haramlığını bildiyi halda) ona hədd tətbiq olunur. Təkcə Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki, burada şübhə olduğuna görə (nigah) olduğuna görə hədd düşürülür. Əbu Hənifə – rahmətullahi aleyhi – yə müxalif olanlar deyirlər ki: «Əgər nigah altında məhrəmi ilə evlənərsə bunun cəriməsi daha böyükdür. Çünki o, iki böyük qadağanı etmişdir. Birincisi nigah edilməsi haram olan birisi ilə nigah bağlamış, ikincisi isə yaxınlıq etmişdir. Bu da iki qat günahdır».
MEYİD VƏ HEYVANLA YAXINLIQ EDƏN
Həmçinin meyid ilə yaxınlıq edənin də hökmü belədir. Bu haqda da iki görüş vardır. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Ona hədd cəzası tətbiq edilir. Çünki onun bu əməli çirkin bir əməldir». Heyvanla yaxınlıq edənin cəzası haqda üç görüş vardır: Birinci – Hədd yox, təzir cəzası verilir. İmam Məlik, İmam Əbu Hənifə və Şafii (bir görüşünə görə) – Allah onlardan razı olsun - Ikinci – Bunun hökmü zinanın hökmü kimidir. Subay qamçılanır, evli isə daş-qalaq edilir. Üçüncü – Bunun hökmü Lutiliyin hökmü kimidir. Ona hədd cəzası öldürməkdir deyillər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim heyvanla yaxınlıq edərsə onu da, heyvanı da öldürün»668.
LEZBİYANLIQ
Qadının qadına sürtünməsi deməkdir. İki qadın bir-birinə sürtünürsə hər ikisi də zinakar və lənətlidirlər. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Qadın qadına yaxınlaşmış olarsa hər ikisi də zinakardır»669. Qadınların zinası bir-birilərinə sürtünmələridir. Bunlara hədd cəzası təyin edilməyib.
ADAM ÖLDÜRMƏK
Zülm Allah qatında ən böyük günahlardandır. Zülm və düşmənçilik ədalətə və adilliyə zidd olduğuna görə o, adillik ki, Allah göyləri və yerləri ondan ötrü yaradıb, kitabları ondan ötrü nazil edib ki, insanlar bir-biriləri ilə ədalətlə rəftar etsinlər. Buna görə də zülm Allah qatında ən böyük günahlardandır. Bunun da dərəcəsi o işin edilməsinə, fəsadına bağlıdır. İnsanın öz övladını öldürməsi Allah qatında ən çirkin zülmdür. Çünki Allah qəlbləri ona sevgi, şəfqət və rəhmət üzərində yaradıb. Valideyn isə öz övladını öldürür ki, onun yeməyinə və içməyinə şərik olmasın. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Allah qatında hansı günahın böyük olması haqda soruşdum? O: «Səni yaratmış olduğu halda Allaha şərik qoşmaqdır» deyə buyurdu. Sonra hansıdır? O: «Sənin yeməyinə şərik olmasın deyə öz övladını öldürməkdir» deyə buyurdu. Sonra hansıdır? O: «Qonşunun xanımı ilə zina etməkdir» deyə buyurdu və Allah bu ayələri nazil etdi: «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməzlər, zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər». (əl-Furqan 68)670. «Diri-diri torpağa gömülən qız soruşulacağı zaman. O, hansı günaha görə öldürüldü». (ət-Təkvir 8-9). Həmçinin o övlad ki, öz valideynlərini qətl edir. O, valideynlər ki, onun mövcud olmasına səbəb olub. Həmçinin də qohumlardan birini qətlə yetirmək də ən çirkin zülmdür. Buna görə də Qiyamət günü ən şiddətli əzaba Peyğəmbəri öldürən və ya Peyğəmbərin öldürdüyü şəxs olacaqdır. Bundan sonra isə əzaba görə imamı, alimi öldürən və insanlara düz yolu göstərəni öldürənin əzabı olacaqdır. Buna görə də Allah mömin insanı qəsdən öldürənin cəzasını Cəhənnəmdə əbədi qalmaq və ya uzun müddət qalmaqla etmişdir. Allahın qəzəbinə gəlməsi, lənətlənməsi və Allahın onun üçün şiddətli əzabın hazırlamasıdır. Bu da mömin bir kimsəni qəsdən öldürənin cəzasıdır. «Hər kəs bir mömini qəsdən öldürərsə onun cəzası əbədi atılacağı Cəhənnəmdir. O, Allahın qəzəbinə gələr və onun üçün böyük əzab hazırlanmışdır». (ən-Nisa 93). «Allahın haram buyurduğu şəxsi haqsız yerə öldürməyin». (əl-Ənam 151).
Əgər kafir bir müsəlmanı öldürərsə və sonra özü İslamı qəbul edərsə bağışlanır. Bunda heç bir ixtilaf yoxdur. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah hər ikisi də Cənnətə düşən və biri digərini öldürmüş iki nəfərin halına gülər. Səhabələr: «Bu necə ola bilər Ya Rəsulullah!» deyə soruşdular. Peyğəmbər: «Onlardan biri Allah yolunda vuruşaraq (digəri tərfindən) öldürülərək şəhid olur və (Cənnətə düşür). Lakin sonra Allah onu öldürənə tövbə və hidayət nəsib edir. O da Allah yolunda vurşur və şəhid olur» deyə buyurdu671.
Lakin bir müsəlman digər bir müsəlmanı öldürdükdən sonra onun tövbəsi ona verilən cəzaya mane olacaqmı? Bu haqda Sələf və Xələfdən iki qövl vardır. İmam Əhməd – rahmətullahi aleyhi – dən bu haqda iki görüş vardır: «Tövbə onu bu cəzadan qurtarmaz deyənlər, bu öldürülən insanın haqqıdır ki, onu dünyada almayıb, zülm olunaraq dünyadan köçmüşdür. Buna görə də o, ədalət dünyasında öz haqqını almalıdır. Hətta tövbə etsə də belə». Digər qrup: «Varis Allahın ona verdiyi iki şeyi alır. Ya haqqı tələb edir (qisas), ya da 100 dəvə alaraq onu bağışlayır. O, öldürülən kimsəyə varisin götürdüyü bu şeylərdən nə faydası? Varisin aldığı haqq öldürülənin hansı haqqını qarşılayır ki?». Bu görüş iki görüşdən ən doğrusudur. Yəni öldürülənin haqqı varisin haqqı götürməsilə qalxmaz. Buna görə də o, öz haqqını Qiyamət günü götürməlidir. Bu görüş İmam Şafii, İmam Əhməd – rahmətullahi aleyhi – və s. tərcih etdiyi görüşdür.
Digər bir qrup isə deyirlər ki: «Əgər tövbə edibsə və varis də haqqı götürübsə tövbə artıq ona cəzanın verilməsinə manedir. Çünki səhih Tövbə əvvəlki günahları silir və edilən günahın cəzası da dünyada hədd olaraq tətbiq edilmişdir. Əgər tövbə küfrün və sehrin izini silirsə və bunlar da adam öldürməkdən də böyükdürsə onda necə öldürməyin izini silməsin? Allah özünün dostlarını öldürən kafirin tövbəsini qəbul etmiş və onları ən xeyirli bəndələrindən etmişdir. «De ki: Ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən o, bağışlayan və rəhm edəndir!». (əz-Zumər 53). Bu ayə tövbə edənlər haqqındadır və küfrü, küfürdən aşağı olan hər bir günahı da əhatə edir. Yəni onlar deyirlər ki, necə ola bilər ki, bəndə günahına görə tövbə etsin və bundan sonra Allah ona cəza versin. Bildiyimizə görə şəriətdə də belə bir şey yoxdur. Tövbə ilə cəzan silinir».
Yenə deyirlər ki: «Onun tövbəsi günahkarın özünü təslim etməsidir. Nəfsini öldürülənə təslim etməsi mümkün olmadığına görə qanun onu öldürülənin varislərini öldürülənin yerinə qoymuşdur. Beləcə öldürənin özünü öldürülənin varislərinə təslim etməsi öldürülənə təslim etməsi kimidir». Bu məsələnin həqiqəti belədir: Öldürmə üç haqq ilə əlaqəlidir: Birinci - Allahın haqqı. İkinci - Varisin haqqı. Üçüncü - Öldürülənin haqqı. Əgər öldürən özünü könüllü surətdə vəliyə təslim edərsə, peşmançılıq çəkərək, Allahdan qorxaraq, səlim tövbə edərək və bununla Allahın haqqı düşür və dünyavi cəzasını çəkmək, sülh bağlamaq ya da ölənin yaxınları tərəfindən bağışlanaraq öldürülənin vəlisinin haqqı da öz haqqını götürməklə düşür. Yerdə ölənin haqqı qalır ki, Allah da tövbə edən Muhsin bəndəsinin əvəzini verəcəkdir. Allah onunla öldürdüyü adam arasında tövbə etdiyinə görə sülh yaradacaqdır. Bu öldürülmüşün haqqı yoxa çıxmayacaqdır və həmçinin də tövbə edənin də tövbəsi.
«Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa) o, bütün insanları diriltmiş kimi olur». (əl-Maidə 32). Bu əməlin günahı çox böyükdür və ayəni başa düşmək də bir çox insanlarda müşküllük yaratmışdır. Onlar deyirlər ki, 100 nəfəri öldürmək bir nəfəri öldürməkdən daha şiddətlidir. Lakin ayədə onların dediklərinin əksi gəlmişdir. Bir nəfəri öldürmək bütün insanları öldürməyə bərəbərdir. Onlar elə zənn etmişlər ki, bu oxşarlıq günahın və cəzanın miqdarından aslıdır. Ayə isə buna dəlalət etmir. «Onlar Qiyaməti gördükləri gün (dünyada və ya qəbrdə) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar». (ən-Nəziat 46). Onların dünyada qaldıqları müddət bu qədər deyildir.
Həmçinin: Osman - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İşa namazını cəmaatla qılan kimsə gecənin yarısını ibadətlə keçirmiş kimidir. Hər kim də sübh namaını cəmaatla qılarsa gecəni bütün ibadətlə keçirmiş kimi olur»672. Əbu Əyyub - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim Ramazan orucunu tutar və sonra Şəvval ayından altı gün də əlavə tutarsa elə bil ki, bütün ili orucla keçirmiş kimi olur»673. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – «Qul Huvəllahu Əhəd» haqqında buyurdu: «Canım əlində olan Allaha and olsun ki, bu surə Quranın 3/1 bərabərdir»674. Bəllidir ki, bu kimi şeyləri yerinə yetirməyin savabı oxşadılanın savabına çatmır. Əgər bir nəfər axşam və səhər namazlarını cəmaatla qılırsa, digəri isə həm bu namazları cəmaatla qılır, həm də gecəni ibadətdə keçirir. Axşam və səhəri qılan kimsə oxşadılıb gecə ibadət edənə. Onların savablarının miqdarı isə eyni deyildir. Gecə ibadət edənin savabı daha çoxdur. Əgər savabları eyni olsaydı onda o kimsə gecə durub ibadət etdiyinə görə ona ancaq yorğunçuluq qalardı. İnsana Allahı və Rəsulunu, Quran və Sünnəni başa düşməkdən daha əfzəl bir şey verilməyib. Bu da Allahın lütfüdür dilədiyinə verir.
Onda bir insanı öldürənlə, bütün insanları öldürənin arasında nə kimi oxşarlıq vardır? Birinci - Onların hər biri (istər birini öldürsün, istərsə də bir neçə insanı) Allah və Rəsulunun əmrinə müxalif çıxmaqdır. Onlar Allahın cəzasına, qəzəbinə, lənətinə və Cəhənnəminə uzun müddətlik layiqdirlər. O cəzanın dərəcələri də fərqlənir. Peyğəmbəri, imamı, alimi öldürmək adi müsəlmanı (insanı) öldürmək kimi deyildir (günah və cəza) tərəfdən. İkinci - Həmçinin onlar qan axıdılmasında eynidirlər. Üçüncü - Haram qanın axıdılmasında cürət etməkdə onlar ikisi də eynidirlər. Əgər bir kimsə haqqı olmadan bir nəfsi öldürərsə o insan qarşısına çıxan hər bir kəsi öldürməkdə cürətli olacaqdır. Belə bir kimsə insanların düşmənidir. Dördüncü – Bir kimsəni öldürən, bütün insanları öldürən kimi qatil, fasiq, zalım adlanır. İstər bir nəfəri öldürsün, istərsə də bir neçə. Beşinci - Allah möminləri sevgi, məhəbbət, şəfqət göstərməkdə və bir-birilərilə olan əlaqələrdə bir əzanın ağrıması ilə bütün orqanların yuxusuz və rahatsız olması ilə ona şərik olan bir bədənə bənzətmişdir. Qatil bu bədəndən bir əzaya əziyyət verdikdə bədənin digər əzalarına da əziyyət vermiş olur. Buna görə də hər kim bir möminə əziyyət verərsə bütün möminlərə əziyyət vermiş olar. Bütün möminlərə əziyyət verdikdə də bütün insanlara əziyyət vermiş olur. Allah insanları ancaq aralarında olan möminlərə görə qoruyub saxlayır. Ona görə də keşikçiyə əziyyət onun qoruduqlarına da əziyyətdir. Numan b. Bəşir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sən görürsən ki, necə müsəlmanlar bir-birlərinə olan mərhəmətlərinə, məhəbbətlərinə və şəfqətlərinə görə bir vücuda (bədənə) bənzəyirlər. O, vücuddan bir üzv xəstələnərsə bütün vücudda bu xəstəlikdən yuxusuz və hərarətdə olar»675. Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin digər bir möminə olan bağlılığı dayaqları bir-birinə keçrilmiş bir bina kimidir. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – əllərinin barmaqlarını bir-birinə keçirdi»676. «Həqiqətən möminlər qardaşdılar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız». (əl-Hucurat 10). İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə haqsız yerə öldürülən elə bir insan yoxdur ki, qatilin günahından bir misli Adəmin ilk oğlu (Qabilə) yazılmış olmasın. Çünki haqsız öldürmək yolunu ilk dəfə o, qoymuşdur»677. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Allahın ilk haqq-hesab etdiyi şey qanla əlaqəsi olan şeylərdir»678. Çünki birinci qan tökmək cığırını o, açmışdır. Həmçinin digər günahlar da: İlk zina edən, ilk oğurluq edən, ilk içki içən də belədir. Birinci edənin əzabı daha şiddətlidir. Ərəbstan yarmadasına ilk olaraq şirki Əmr b. Luhey əl-Xuzayə gətirmişdir. İbrahim – əleyhissəlam - dinini ilk dəyişən o, olmuşdur. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu Cəhənnəmdə çox böyük bir əzab edildiyini görmüşdür»679. «Onu inkar edənlərin əvvəlincisi siz olmayın». (əl-Bəqərə 41). Yəni ilk kafir olmayın ki, sizdən sonra gələnlər sizə uyaraq onların küfrünün günahı da sizin üzərinizə olar. Özündən sonra pis bir yol qoyub gedənin hökmü də belədir.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Öldürülən kimsə Qiyamət günü şah damarından qan fışqırdaraq (Başqa rəvayətdə: Kəsik başı əlində ikən) gəlir və qatilin yaxasından yapışaraq: «Ya Rəbbim! Ona məni nə üçün öldürdüyünü soruş?» deyər. Allah: «Onu nə üçün öldürdün?» deyə buyurar. O: «Ya Rəbbim! Üstünlük sənin olsun deyə (Allah yolunda cihadda)» deyər. Allah: «Doğru söylədin» deyə buyurar (Başqa rəvayətdə: Üstünlük mənim olsun deyə və ya filankəs əmr etdi deyər. Əmr edən də, öldürən də Cəhənnəmə atılır»680. Tövbə edirsə nə olur dedikdə o, bu ayəni oxudu: «Hər kəs bir mömini qəsdən öldürərsə onun cəzası əbədi atılacağı Cəhənnəmdir. O, Allahın qəzəbinə gələr və onun üçün böyük əzab hazırlanmışdır». (ən-Nisa 93). Bu ayəni oxuduqdan sonra dedi: Bu ayə nə nəsh edilmiş, nə də dəyişdirilmişdir. Ona necə tövbə ola bilər? İbn Abbas - radıyallahu anhu – ilə bir qrup elm adamı qəsdən mömini öldürən kimsənin tövbəsinin qəbul edilməyəcəyi görüşündədirlər. İbn Abbas - radıyallahu anhu – deyir ki: «Bu ayə ən son nazil olan ayələrdəndir və heç bir şey onu nəsh etmiş deyildir»681.
İbn Ömər - radıyallahu anhu – Kəbəyə baxaraq deyərdi: «Sən nə qədər əzəmətli və sənin hörmətin nə qədər əzəmətlidir. Lakin möminin Allah qatında hörməti səndən də əzəmətlidir». Cərir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məndən sonra bir-birilərinin boyunlarını vuran kafirlərin halına dönməyin»682. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir insan ona haram olan qanı tökmədikcə dini tərəfdən əminlik içindədir»683. «Allah din yolunda sizinlə vuruşmayan və yurdlarınızdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Allah ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxaran və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir». (əl-Mumtəhinə 8-9). Əbu Hureyrə - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah və Rəsulunun zimmətinə sahib olan kafiri (Muahəd) haqsız yerə öldürən kimsə Allahın əhdini pozmuşdur. Bu kimsə Cənnətin iyini belə duymayacaqdır. Halbuki Cənnətin qoxusu qırx illik məsafədən gəlir»684. Baxmayaraq ki, zimmi kafirdir. Baxın bu Allahın düşmənini öldürənin cəzasıdır. Onda mömin bəndəsini öldürənin cəzası necə olacaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir möminin öldürülməsi Allah qatında dünyanın zəval (məhv) olmasından daha böyükdür»685. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki müsəlman qılıncları bir-birilə toqquşduqları zaman ölən də öldürülən də Cəhənnəmdədir». Səhabələr: «Ya Rəsulullah! Öldürənin Cəhənnəmdə olduğunu başa düşdük. Bəs öldürülən nəyə görə?» deyə soruşdular. Peyğəmbər: «Çünki o da müsəlman qardaşını öldürməyə can atmışdır» deyə buyurdu686. Ubadə b. Sabit - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah müsəlmanı öldürüb sonra da sevinən heç bir kəsin tövbəsini qəbul etməz»687. Muaviyə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər bir günahın Allahdan bağışlanmasına umulur. Ancaq kafir olaraq ölən ilə bir müsəlmanı haqsız yerə öldürən kimsələrin günahı xaricdir»688. Utbə b. Amr əl-Cuhəni - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha heç bir şeyi şərik qoşmayaraq və haram olaraq qanın tökülməsinə ortaq olmayaraq Allaha qovuşan elə bir qul yoxdur ki, Allah onu dilədiyi Cənnət qapısından içəri salmasın»689. Utbə b. Amr əl-Cuhəni - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allaha şərik qoşmayaraq və haram bir qana bulaşmamış olaraq Allaha qovuşarsa Allah onu Cənnətinə salar»690. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim haram bir qana bulaşmadığı müddətdə dinində rahatlıq içində qalar»691. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir mömini öldürməyə yarım kəlimə ilə belə kömək edərsə alnında: Allahın rəhmətindən ümüdsüz – yazısı olduğu halda Allahın hüzuruna gələr»692. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Pişiyə görə bir qadına əzab verildi. Qadın onu ölənə qədər ac saxlamışdır. Elə buna görə də Cəhənnəmə girdi. Ona belə deyildi: «Sən o pişiyi tutub saxladığın zaman ona nə yemək, nə də su verirdin. Nə də onu azad buraxdın ki, gedib yer üzündəki həşəratlardan yesin»693. Bir qadın pişiyi həbs etdiyinə görə Cəhənnəmdə pişik o, qadının üzünü və sinəsini cırırdı bəs onda mömini həps edərək qətl edənin halı necədir?
Dostları ilə paylaş: |