2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


QADININ ƏRİNƏ OLAN İTAƏTSİZLİYİ



Yüklə 4,25 Mb.
səhifə24/46
tarix10.02.2018
ölçüsü4,25 Mb.
#42639
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

QADININ ƏRİNƏ OLAN İTAƏTSİZLİYİ

Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ər öz yoldaşını yatağa dəvət etdiyi halda qadın itaətsizlik edib gəlməzsə və əri bundan qəzəbli yatarsa mələklər səhərə qədər o, qadını lənətlyərlər (Başqa rəvayətdə: Qadın yatağa qayıdana qədər, əri onu bağışlayana qədər)»742. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, qadın ərinin haqqını ödəmədikcə, Rəbbinin haqqını ödəmiş olmaz. Ər öz yoldaşını yatağa dəvət etdiyi halda arvad dəvə üstündə olsa da belə, yerə enib ərinin bu istəyinə cavab verməlidir»743. Qadınların əksəriyyəti əri ilə öz arasında bir anlaşılmazlıq baş verdikdə onu özü ilə birgə olma haqqından məhrum edərək zənn edir ki, ərini cəzalandırır. Halbuki bu məhrumiyyət ərinin harama (zinaya) vadar olması kimi pis nəticəyə yol aça bilər. Bəlkə də işlər qadının əleyhinə olar və ər onun üstünə ikinci bir qadınla evlənmək haqqında düşünməyə başlayar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qadın ərinə dünyada ikən əziyyət verdikdə o, kişi üçün Cənnətdə hazırlanmış Hurisi belə deyər: Ey qadın! Allah səni zəlil etsin. O, sənin yanında müsafirdir. Bəlkə də bu yaxında səndən ayrılaraq bizim yanımıza gələcəkdir (ona əziyyət vermə) deyərlər744. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Üç nəfərin namazı qulaqlarından yuxarı qalxmaz. Ağasından qaçan qulun namazı qayıdana qədər, qadının namazı hansı ki, əri qəzəbli halda gecəni keçirdib və xalqın nifrət etdiyi hakimin namazı»745. Amr b. As - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə səfərlərin birində idik o: «Sizlər nə görürsünüz» deyə buyurdu. Biz: «Qırmızı dimdikli, ayağında ağ ləkələr olan qara qarığa görürük» deyə cavab verdik. Peyğəmbər: «Əgər qadın bu qarığaya oxşamasa Cənnətə girməz»746.

Bu itaətin nə qədər mühüm olduğunu - Abdullah b. Əbi Əfva – radıyallahu anhu rəvayət edir ki, Muaz – radıyallahu anhu Şamdan gəldiyi zaman Peyğəmbər - səllallahu aleyhi və səlləm ə səcdə etdi. Allah Rəsulu: «Bu nədir, ey Muaz!» deyə buyurdu. Muaz: «Mən Şamda olarkən onların Rahiblərinə və Patriklərinə səcdə etdiklərini gördüm və daxilimdən bu hərəkəti sizin üçün də etmək fikrinə düşdüm» deyə cavab verdi. Peyğəmbər: «Əgər mən Allahdan başqa səcdə etməyi hər hansı bir kimsəyə əmr verməli olsaydım, qadının öz ərinə səcdə etməsini emr verərdim. Məhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, qadın ərinin haqqını ödəyincəyə qədər Rəbbinin haqqını ödəmiş olmaz. Hətta qadın dəvənin belindəki palanın üstündə oturmuş olsa belə, əri onu istədikdə ərinin istəyinə mane olmamalıdır»747.
HEÇ BİR SƏBƏB OLMADAN ƏRİNDƏN BOŞANMAĞI TƏLƏB EDƏN QADIN

Qadınların çoxu ən kiçik bir anlaşılmaqzlıqdan ötrü ərlərindən dərhal boşanmaq istədiklərini bildirirlər. Yaxud da əri istədiyi əşyanı. Pulu ona verməyəndə boşanmaq istəyir. Qadın bəzi aravuran rəfiqələri və ya qonşuları tərəfindən qızışdırılır. Souban - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Heç bir pislik olmadığı halda ərindən onu boşamasını tələb edən qadına Cənnətin qoxusu haram olar»748. Uqbə b. Amr - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ərlərindən onları boşamalarını, onları buraxmalarını istəyən qadınlar münafiqlərdir»749. Qadınlar bir şeyi unutmamalıdırlar ki, Cəhənnəmin əksəriyyətini təşkil edən onlar olacaqlar. Usamə b. Zeyd - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «(Merac gecəsində) Cənnətin qapısında durub içəri baxdım. Oraya girənlərin böyük çoxluğunun miskinlər olduğunu gördüm. Mal sahiblərindən Cəhənnəmlik olanlardan başqaları (haqq-hesab) üçün həbs olumuşlar. Atəş əhli olan zənginlərin isə Cəhənnəmə atılmaları öncə əmr olunmuşdur. Cəhənnəmin qapısında da durdum. Bir də baxdım ki, Cəhənnəmə girənlərin çoxu qadınlardır (Başqa rəvayətdə: «Biz nəyə görə Cəhənnəm əhlinin çox hissəsi olacağı» dedilər. Peyğəmbər: «Çünki çox lənət edir, ərlərnizə qarşı nankorluq edirsiniz. Yaxşılığa qarşı küfr edirsiniz. Onlardan birinə dünya durduqca yaxşılıq etsən və sonra səndən məmnun olmayacaq bir şey görsə – səndən heç bir xeyir görmədim deyər. Ağıl və din naqisliyi də vardır. Sizin qədər ağlı başından alaraq kişiyə üstün gələni görmədim». Qadınlar: «Ağıl və din naqisliyi nədir?» deyə soruşdular. Peyğəmbər: «Ağlı nöqsan-lığa gəldikdə – iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir. Dini naqisliyə gəldikdə isə – (heyzli günlərdə) namaz qılmazsınız və ramazan-da da (bir müddət) oruc tutmazsınız»750.

Əgər ər namaz qılmağı tərk edərək spirtli içkilərə qurşanarsa, qadını döyərsə və onu haram işlərə məcbur edərsə və ya şəriətlə müəyyən edilmiş qadın haqlarını tapdalaması halları olarsa və o kimsəyə edilən nəsihətlər fayda verməzsə qadın dinini və şərəfini qorumaq üçün boşanmaq istəməsində heç bir maneə yoxdur.
QADININ ƏRİNİN İZNİ OLMADAN EVDƏN NƏ İSƏ VERMƏSİ VƏ EVİNƏ KİMİSƏ BURAXMASI

Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Bir qadının əri evdə olduğu halda onun iznini almadan (nafilə) oruc tutması caiz deyildir. Ərinin izni olmadan evinə başqalarını buraxması halal deyildir»751. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qadın ərinin evindən onun icazəsi olmadan heç nə verməməlidir»752.


ZİHAR

Zihar - zahr (arxa, dal) sözündən əmələ gəlmişdir. Cahiliyyə dövründə ərəblərdə belə bir söz gəzərdi ki, kim öz arvadına: «Sən mənə anamın arxası kimisən» desəydi arvadı ona anası haram olduğu kimi haram sayılardı. Allah bu əməlin nə qədər çirkin olduğunu bəyan edərək: «Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar əlbəttə pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah bağışlayan, əfv edəndir. Qadınları ilə zihar edib, sonra da sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır. Kim (azad etməyə bir kölə) tapmazsa qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa altımış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allaha və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir». (əl-Mücadələ 2-4).
ƏRİN HEYZLİ ZÖVCƏSİLƏ YAXINLIQ ETMƏSİ

«(Ya Muhəmməd!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə ki: Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, heyzdən təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın! Allah (günahlardan) tövbə edənləri, təmiz və pak olanları sevər». (əl-Bəqərə 222). Qadın heyz müddəti bitdikdən sonra qüsl alana qədər onunla yaxınlıq etməsi halal deyildir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim kahinin yanına gedib onun dediyini təsdiqləyərsə və ya heyzli qadınla əlaqədə olarsa və yaxud qadınla arxadan yaxınlıq edərsə Muhəmmədə nazil olanı inkar etmişdir»753. Qadının heyzli olduğunu bilmədən xəta edərək əlaqədə olan şəxs üçün heç nə lazım deyildir. Bilərəkdən edən isə kəffarə ödəməlidir. Bu kəffarə bir dinar və ya yarım dinar miqdarı qədərdir.
QADINLA ARXADAN YAXINLIQ ETMƏK

«Qadınlar sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin». (əl-Bəqərə 223). Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qadınla arxadan yaxınlıq edən məlundur (lənətlənmişdir)»754. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim kahinin yanına gedib onun dediyini təsdiqləyərsə və ya heyzli qadınla əlaqədə olarsa və yaxud qadınla arxadan yaxınlıq edərsə Muhəmmədə nazil olanı inkar etmişdir»755. Qadın və kişinin hər ikisi də buna razı olsalar da belə bu əlaqə haramdır. Çünki haram qarşılıqlı razılığın olması ilə halal ola bilməz.
ZÖVCƏLƏR ARASINDA ƏDALƏTLƏ RƏFTAR ETMƏMƏK

«Siz hər nə qədər cəhd göstərsəniz də heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı (birisinə) təmamilə meyl göstərib digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlayar). Həqiqətən Allah bağışlayan və rəhm edəndir». (ən-Nisa 29). Tövsiyə edilən ədalət məişət zəminindədir. Gərək kişi onların hər birinin yemək, içmək, geyim və s. bu kimi haqqlarını ödəsin. Burada ədalətlə rəftarda söhbət qəlbin sevgisindən gedə bilməz. Çünki onun ixtiyarı bəndələrinin əlində deyildir. Sən kimisə digərlərindən daha çox sevə bilərsən. Lakin birinin yanında daha çox gecələmək və ona daha çox əlavə xərcliklər xərcləmək bu haram bir əməldir. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İki arvadı olan kimsə onlardan hər hansı birinə (digərindən üstün) meyl edərsə Qiyamət günü bir tərəfi əyilmiş halda gəşləcəkdir»756.
NAMƏHRƏM QADINLA TƏK QALMAQ

«Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda pərdə arxasından soruşun». (əl-Əhzab 53). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişi (naməhrəm olan) bir qadınla tək qalarsa üçüncüləri şeytandır»757. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bu gündən sonra kimsə yanında bir-iki adam olmadan əri yanında olmayan bir qadının yanına qətiyyən girməsin»758. Ukbə b. Amr - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «(Naməhrəm) qadınların yanına girməkdən çəkinin». Ənsardan biri: «Ya Rəsulullah! Əgər bu kimsə (qadının) ərinin yaxın qohumu olsa necə?» deyə soruşdu. Peyğəmbər: «Yaxın qohum – bu ölümdür» deyə buyurdu.759 İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nə badə sizdən biriniz yanında qohumu olmayan bir qadınla baş-başa qalmasın»760.
NAMƏHRƏM QADINLA ƏLLƏ GÖRÜŞMƏK

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizlərdən birinizin başına dəmir iynə soxulması halal olmayan bir qadına toxunmaqdan daha xeyirlidir»761. Naməhrəm bir qadınla əl verib görüşmək şübhəsiz ki, əl zinasıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Gözlər zina edir, əllər zina edir, ayaqlar zina edir, cinsiyyət üzvü zina edir»762. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, mən qadınlarla əl verib görüşmürəm (Başqa rəvayətdə: Mən qətiyyən qadınların əlinə toxunmuram)»763. Aişə - radıyallahu anhə rəvayət edir ki: «Allaha and olsun ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in əli (naməhrəm olan) qadın əlinə dəyməmişdir. O. qadınlarla sadəcə danışaraq beyət etdirərdi»764.


QADININ ƏTİRLƏNMƏSİ

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Gözəl ətir vurub onu hiss etdirmək üçün bir qrup insanların yanından ötən qadın zinakardır»765. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ətirləndikdən sonra ətrinin iyini hiss etdirmək üçün məscidə girən qadının cənabətdən qüsul aldığı kimi qüsl etməyənədək namazı qəbul olunmaz»766.


QADININ MƏHRƏMİ OLMADAN SƏFƏR ETMƏSİ VƏ ÇÖLƏ ÇIXMASI

İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qadın yanında məhrəmi olmadan səfər edə bilməz»767. Bu bütün səfərlərə o, cümlədən də həcc ziyarətinə də aiddir. Qadınla birgə səfərə çıxmağa haqqı olan şəxs dörd şərtə cavab verməlidir. Müsəlman, həddi-buluğa çatmış, ağıllı və kişi olmalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «…Atası, oğlu, əri, qardaşı və ya ona məhrəm olan başqa bir kişi»768. Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Ərinin evindən izinsiz çıxan qadın dönüncəyə qədər və ya tövbə edincəyə qədər mələklər ona lənət edər»769.


NAMƏHRƏM QADINA BAXMAQ

«(Ya Muhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınla), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!». (ən-Nur 30). «Mömin qadınlara da de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar». (ən-Nur 31). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Gözün zinası – baxmaqdır»770. İbn Məsud - radıyallahu anhu bir dəstə adamla xəstəni ziyarət etdilər. (Gəldikləri) evdə qadın da var idi. Gələn adamlardan biri o qadına baxmağa başladı. Abdullah: «Gözünün çıxması sənin üçün (ona baxmaqdan) daha xeyirlidir»771.
ƏR VƏ ARVAD MÜNASİBƏTLƏRİNİ SAĞDA-SOLDA DANIŞANLAR

Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü Allah qatında insanlar arasında ən böyük əmanət xaini (ən şərli insan) ər və arvad bir-birilə yaxınlıq etdikdən sonra qadının sirrini yayan kimsədir»772. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişi xanımı ilə, xanımı kişi ilə olan münasibətləri sağda-solda danışırlarmı?» dedikdə orada olanlardan: «Ey Allahın Rəsulu! And içirəm ki, danışırlar» dedi. Peyğəmbər: «Belə şeyləri danışmayın. Çünki belə şeyləri danışmaq eynilə kişi və qadın iki şeytanın yolda xalqın gözü önündə münasibətdə olmasına bənzəyir» deyə buyurdu773. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İcazə verilmir ki, bir qadın başqa bir qadına toxunduqdan sonra o qadının xüsusiyyətlərini ərinin onu görmüş kimi ona təsvir etməsini»774.


MUHALLİL VƏ MUHALLƏLUN LƏHU

Muhallil - Böşanmış bir qadını təkrar ərilə evlənə bilməsi üçün sırf bu məqsədlə nigahına alan kimsə. Muhalləlun Ləhu Boşadığı zövcəsini yenidən ala bilmək üçün zövcəsinin başqasıyla belə bir evlilik etməsini qəbul etməkdir. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Muhallil və Muhalləlun ləhuya lənət olsun»775. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib ərindən ayrılmış qadını öz ərinə qayıtmasını halal görənə və həmçinin də bu işi gördürənə»776.
DƏYYUSLUQ

İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Uç qrup insana vardır ki, Qiyamət günü Allah onlara baxmaz: Ata-anasına asilik edən övlada, kişiləşən qadına və ailəsində pozğunluğa göz yuman dəyyusa»777. Dəyyusluğa – həyasızlıq yayan jurnalların, filmlərin evə gətrilməsinə göz yuman, qadınının və ya qızının telefonla yad kişilərlə danışması, gəzintiyə çıxması və bu kimi əməllərə göz yummaq da aiddir.


QEYRİSİNİN ATASI OLDUĞUNU İDDİA ETMƏK VƏ ÖVLADDAN İMTİNA

İslam dininə görə müsəlmanın başqasının onun atası olduğunu iddia etməsi və ya özünü aid olmadığı bir nəsildən sayması qadağandır. Bəziləri belə bir əməli hər hansısa bir xeyirə görə, bəziləri də atasının onu körpə yaşlarından atmasına etiraz əlaməti olaraq edirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bilərəkdən başqasının onun atası olduğunu iddia edən kimsəyə Cənnət haram edilmişdir»778. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nəsilə ondan olmayan yad birini daxil edən qadının Allah yanında heç bir mükafatı yoxdur. Allah onu Cənnətinə varid etməyəcəkdir. Gözlərini ona dikmiş övladından imtina edən kişini isə Allah (Öz rəhmətindən) uzaqlaşdırar. Onu hamının yanında rüsvay edər»779. Əli - radıyallahu anhu rəvayət edir ki: «Bizdə Allahın Kitabı və (əlimdə) olan bu səhifədən başqa bir şey yoxdur. Səhifənin içində Peyğəmbər sallallahu aleyhi və səlləm in belə buyurduğu yazılmışdır: «Mədinənin Ayr və Sevr dağları ərazisindəki sahəsi haramdır. Hər kim Mədinənin bu haram daxilində Kitab və Sünnətə müxalif olan (günah780) edərsə və ya bir bidətçiyə yardım edərsə artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar. Müsəlmanlar tərəfindən verilən (qorunmaq) zəmanəti birdir və hər kim bu işdə müsəlmanları badə verərsə artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar. Hər kim özünü atasından başqasına nisbət edərsə artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar»781. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Atalarınızı tərk (inkar) etməyin. Kim bilə-bilə atasını rəd edərsə o, küfr etmişdir»782. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim atasından başqasını ata olaraq iddia edərsə Allahın lənəti onun üzərinə olsun»783. Əbu Zərr radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - salallahu aleyhi və səlləm – buyurdu: «Kim özünü atasından başqasına nisbət edərsə artıq küfr etmişdir, Kim də özünü nəsəb bağı olmayan bir qövmə aid edərsə (iddia edərsə) cəhənnmədə yeriniə hazırlaşsın»784.


FAİZ YEMƏK (SƏLƏMÇİLİK)

«Ey iman gətirənlər! Sələmi qat-qat artırıb yeməyin. Allahdan qorxun bəlkə rəhm olunasınız». (Ali İmran 130). «Sələm yeyənlər qəbrlərindən ancaq cin vurmuş kimi qalxarlar. Bunların belə olmaları alış-veriş də sələm kimi bir şeydir dedikləri ucundandır. Halbuki Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma qayıdanlar Cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. Allah sələmi məhv edər, sədəqələri isə artırar. Allah kafir və günahkarları sevməz. Ey möminlər! Əgər doğurdan da iman gətirmisinizsə Allahdan qorxub sələmdən qalan məbləğdən vaz keçin. Əgər belə etməsəniz o zaman Allaha və onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin. Yox əgər tövbə etsəniz sərmayəniz sizindir. Beləliklə nə siz zülm edərsiniz, nə də sizə zülm olunar. Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin. Əgər bilmək istəyirsinizsə (borcu) ona bağışlamağınız daha yaxşıdır. Allaha tərəf qayıdacağınız gündən qorxun. Hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır». (əl-Bəqərə 275-281). Bu qədər bəs edər ki, bu günahın nə qədər çirkin olmasını anlayaq. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah riba yeyəni, verəni də lənət etsin. Dəllala da və iki şahidə də»785. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu günahın çirkinliyini (böyüklüyünü) bəyan edərək buyurdu: «Faiz yetmiş üç hissədən ibarətdir. Ən sadəsi insanın anası ilə evlənməsi (Başqa rəvayətdə: Zina etməsi) kimidir. Faizin ən pisi isə müsəlman olan bir şəxsin namusuna toxunmağa (dil uzatmağa) bərabərdir»786. Abdullah b. Hənzələ - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanın bilərəkdən yediyi bir dirhəm faiz otuz altı zinadan da pisdir»787. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Faiz çoxluq gətirsə də şübhəsiz ki, nəticədə (sonda) bir azlıq olacaqdır»788. Səmura b. Cundəb - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) bir gölün yanına çatdıq. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - gölün suyunun qan rəngində olduğunu buyurdu). Baxdıq ki, göldə bir nəfər üzür. Sahildə isə biri yanında bir topa daş ilə dayanıb. Üzən adam bacardığı qədər üzdükdən sonra yanında daş topası olan adamın yanına gəlib ağzını açar. O da daşları onun ağzına atardı. O, hər dəfə üzüb onun yanına gəldikdə ağzını açar o da daşları onun ağzına atardı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər. Göldə üzən insan isə faiz yeyəndir. Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır» dedilər789. Faizdən gələn gəliri sədəqə kimi də vermək olmaz. Çünki Allah pakdır və təmiz olanı da qəbul edir. Eynilə yeməkdə, içməkdə, geyimdə və s. xərcləmək olmaz.
MALIN NÖQSANINI BİLDİRMƏMƏK

Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün buğda satılan (bir köşkün) yanından keçərkən əlini alt hissəsinə salaraq (oranı yoxladı). Barmağına yaş dəydi. Peyğəmbər: «Ey ərzağın sahibi! Bu nədir?» deyə buyurdu. Ya Rəsulallah! Yağış dəymişdir – dedi. Peyğəmbər: «İslanmış hissəsini insanlar görsünlər deyə ərzağın üstünə qoysaydın nə olardı! Bizi aldadan bizdən deyildir (Başqa rəvayətdə: Hər kim başqasının qadınını və köləsini aldatsa bizdən deyildir790)» deyə buyurdu791. Əbu Hureyrə -radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bizə silah çəkən bizdən deyildir, bizi aldadan bizdən deyildir (Başqa rəvayətdə: «Gecə vaxtı bizə (ox, nizə və s) atan bizdən deyildir792793. Bu günümüzdə satıcıların çoxu (istər meyvə-tərəvəz satışı ilə məşğul olan, istər mülk, istərsə də maşın və s.) Allahdan qorxmayaraq mallarının qüsurlarını alıcılardan gizlətməyə çalışırlar. Malların istehsal tarixini dəyişərək gizlətməyə çalışırlar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Müsəlman müsəlmanın qardaşıdır. Qardaşına qüsurlu bir şeyin qüsurunu ona deməyənə qədər satması halal deyildir»794. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Alıcı və satıcı bir-birilərindən ayrılmadıqları müddətdə alış-verişdən boyun qaçırma haqqına sahibdirlər. Əgər doğrunu söyləyib həqiqəti açıqlayarlarsa alış-verişləri bərəkətli olar. Yox əgər yalan söyləyib həqiqəti gizlədərlərsə alış-verişlərinin bərəkəti qaldırılar»795. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm ə alış-verişində daima aldadıldığı haqda söylədi. Peyğəmbər: «(Bundan sonra) kiminlə alış-veriş etsən ona de: (İslamda) aldatma yoxdur» deyə buyurdu796.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin