Dilin Qorunması Və Yalan: «Onların ürəyində nifaq və həsəd mərəzi vardır. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar». (əl-Bəqərə 10). «Onların qəlbində xəstəlikmi vardır?».(ən-Nur 50). «Yoxsa qəlblərində mərəz olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-kudurətini zahirə çıxartmayacaqdır». (Muhəmməd 29). «Məhv olsun yalançılar». (əz-Zariyat 10). «Şübhəsiz ki, Allah həddi aşanı və yalançını doğru yola müvəffəq etməz».(əl-Mumin 28). «Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək». (Ali İmran 61). Səmura b. Cundəb - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. Onun üstündə əlində dəmir qarmaq olan bir nəfər (dəmir qarmağı) üzü üstə uzanan adamın ağzına, burnuna və gözünün bir hissəsinə keçirərək boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da boynunun ardına kimi cırdıqda digər tərəf əvvəlki vəziyyətini alır və o, birinci dəfə etdiyini yenidən təkrarlayırdı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər… Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər. Ağzı, burnu və gözü boynunun ardına kimi cırılan insan isə səhər evindən çıxar-çıxmaz hər tərəfə yalan yayardı (yalan danışardı). Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır» dedilər1130. Belə bir əzaba insanlar arasında ən layiq olanlar medya orqanlarına sahib olan güclü qələm sahibləri, jurnalist və TV verlişlərini aparanlardır. Çünkü onlar yalanlarını yaymaq imkanına sahibdirlər və insanlar arasında yayır və onları aldadırlar.
Qəlbdən sonra ən çox qorunması lazım olan orqan dildir. Çünki qəlbin gizlətdiklərini ifadə edən odur. Kimi zaman sahibi tərəfindən ölçüb biçilməyərək söylənən və dildən çıxan bir söz dünyada da, axirətdə də insanın həlakına səbəb təşkil edə bilir. İnsanları cəhənnəmə götürən şey də elə dilin özüdür. «Dediyi hər sözü(yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır». (Qaf 18). «(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bilmədiyin bir sözü demə. Bacarmadığın bir işi görmə). Çünki qulaq, göz və qəlb bunların hamısı sorğu-sual olunacaqdır». (əl-İsra 36). Səhl b. Sad – radıyallahu anhu– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim iki çənəsi ilə ayaqlarının arasındakını mənə zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm»1131. Əbu Hureyrə – radıyallahu anhu –rəvayət edirki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə heç bir əhəmiyyət vermədən Allahın rizasına uyğun bir söz söyləyər və onun səbəbi ilə Allah da onun dərəcələrini yüksəldər. Yenə də bir kimsə heç bir əhəmiyyət vermədən Allahı qəzəbləndirəcək bir söz söyləyər və onun səbəbi ilə Cəhənnəmə yuvarlanar»1132. Əbu Səid əl-Xudri – radıyallahu anhu –rəvayət edirki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlu hər səhər yuxusundan oyandıqda bütün bədən üzvüləri dilə deyərlər. Bizə görə Allahdan qorx. Həqiqətən də biz səndən aslıyıq. Əgər sən düz dursan biz də düz olarıq. Yox əgər sən əyilsən biz də əyilərik»1133. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allaha və axirət gününə iman gətirirsə ya xeyir söz danışsın, ya da sussun»1134. Əbu Musa – radıyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdum: «Hansı müsəlman daha üstündür?». Peyğəmbər: «Dilindən və əlindən müsəlmanların əmin olduğu kimsə (Başqa rəvayətdə: Mühacir isə Allahın qadağalarını tərk edən kimsədir1135)» deyə buyurdu1136. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul heç əhəmiyyət vermədən elə bir kəlimə söyləyər ki, onu Cəhənnəmin dibinə dərinliyi məşriq ilə məğrib arası qədər olan bir məsafəyə salar»1137. Əbu Amr - Əbu Amra da deyilmişdir - Sufyan b. Abdullah - radıyallahu anhu –rəvayət edir ki, mən Peyğəmbər– sallallahu aleyhi və səlləm –dən soruşdum:«Ey Allahın Rəsulu! Mənə İslama aid elə bir söz de ki, bu haqda səndən başqa heç kimə sual verməyim». (Peyğəmbər) buyurdu: «De: “Allaha iman etdim” və düz dur». Mən: «Ya Rəsulullah! Mənim üçün ən qorxduğun şey nədir?» deyə soruşdum. Peyğəmbər: «Dilini tutub – budur» deyə buyurdu1138. İbn Ömər - radıyallahu anhu –rəvayət edir ki, mən Peyğəmbər– sallallahu aleyhi və səlləm –buyurdu: «Allahı zikr etməkdən başqa çox söz söylməyin. Zikrullahdan başqa sözlər qəlbi qatılaşdırır. İnsanların Allahdan ən uzaq olanı qəlbi qatı olan kimsədir»1139. Əbu Hureyrə - radıyallahu anhu –rəvayət edir ki, mən Peyğəmbər– sallallahu aleyhi və səlləm –buyurdu: «Allah kimi iki çənəsi arasındakı ilə iki ayağı arasındakı şeyin şərrindən qoruyarsa Cənnətə girmiş deməkdir»1140. Ukbə b. Amir – radıyallahu anhu – rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu! Qurtulmağın çarəsi nədir?» deyə soruşdim. Peyğəmbər: «Dilini sənə zərər verən şeylərdən qoru. Evin sənə geniş olsun və günahlarına ağla»1141. Muaz b. Cəbəl – radıyallahu anhu – rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu, mənə məni Cənnətə aparan və Cəhənnəmdən uzaqlaşdıran bir əməl haqqında danış». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sən çox əzəmətli bir şey haqqında soruşdun. Bununla belə Allahın asanlaşdırdığı kimsə üçün bu şübhəsiz ki, çox asandır. Allaha, heç bir şeyi şərik qoşmadan ibadət et, namaz qıl, zəkat ver, Ramazan orucunu tut və Kəbəni həcc et». Sonra (Peyğəmbər) buyurdu: «Sənə xeyrin qapılarnı göstərimmi? Oruc bir qalxandır, sədəqə su odu söndürdüyü kimi günahları söndürür. Bir də kişinin gecə yarısı qıldığı namazı». Sonra bu ayənı oxudu: «Onlar ibadət üçün yataqlarından qalxar. Heç kəs bilməz».(əs-Səcdə 16-17). Sonra buyurdu: «Sənə hər bir seyin əsasından, dirəyindən və zirvəsindən xəbər verimmi?» Mən dedim: «Bəli, ey Allahın Rəsulu!». O, buyurdu: «Hər bir işin başı İslamdır, dirəyi namazdır, zirvəsi isə Cihaddır». Sənə bunlara nə ilə nail olmağı deyimmi? Mən də: «Bəli, ey Allahın Rəsulu!» dedikdə dilini tutub buyurdu: «Buna lazımınca sahib ol! Mən dedim: «Ey Allahın Rəsulu! Biz dediyimiz sözlərə görə sorğu-sual olunacağıq?» (Peyğəmbər) buyurdu: «Qoy anan səndən məhrum olsun! İnsanları üzü üstə və ya burunları üstə Cəhənnəmə (sürükləyən) salan dillərindən başqa bir şeydirmi?»1142. «Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz. Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar».(əs-Səff 2,3). İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurdu: «Həqiqətən də doğruluq yaxşı əməllərə aparan yoldur, yaxşı əməllər isə Cənnətə aparan yoldur. İnsan doğru danışa-danışa sonda Allah qatında doğrulardan yazılar. Yalan isə günahlara, günahlar isə Cəhənnəm aparan yoldur. İnsan yalan danışa-danışa sonda Allah qatında yalançılardan yazılar»1143. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurdu: «İnsanın hər eşitdiyini danışması onun yalançı olmasına kifayətdir»1144. Səmurə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurdu: «Kim yalan olduğunu bildiyi halda mənə isnadən bir söz nəql edərsə o, yalançılardan biridir»1145. «Yalan sözdən çəkinin».(əl-Həcc 30). Əsmə - radıyallahu anhu – rəvayət edir ki, bir qadın: «Ya Rəsulullah! Mənim ərimin məndən başqa bir zövcəsi də var. Ərimin mənə vermədiyi bir şeylə (ərim mənə verib) deməyimdə mənə bir günah varmı?» deyə soruşdu. Peyğəmbər: «Özünə verilməmiş bir şeyi Mutaşabbi1146 - verilmiş kimi göstərən bir kimsə iki yalan paltar geyinmiş kimidir» deyə buyurdu1147.
İcazə Verilən Yalan: Ummu Gülsüm - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurdu: «İnsanların arasını düzəltmək üçün (yalan söyləyib) xeyirli bir xəbər daşıyan, yaxud da xeyir söyləyən yalançı deyildir»1148. Ummu Gülsüm - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –bu üç şey müstəsna olmaqla insanların (yalan) danışmalarından heç birinə izn verdiyini duymadım. Müharibədə, insanlar arasını düzəltməkdə və kişinin öz zövcəsinə, zövcənin də öz ərinə söylədiyi (yalan) sözlərdə»1149.
QEYBƏT ETMƏK
«Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bir-birinizin sirlərini arayıb axtarmayın, bir-birinizin qeybətini etməyin. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı. Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun! Həqiqətən Allah tövbələri qəbul edəndir və rəhimlidir».(əl-Hucurat 12). «Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Lağa qoyulanlar, qoyanlardan daha yaxşıdır. Bir-birinizə tənə etməyin, eyb tutmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq çox pisdir. Tövbə etməyənlər zalimdirlər». (əl-Hucurat 11). «O, kəslər ki, lağlağıdan və lazımsız şeylərdən üz döndərirlər».(əl-Mumin 3). Amr b. As - radıyallahu anhu – öz yoldaşlarından bir dəstə ilə ölmüş və artıq şişmiş bir qatırın yanından keçərkən dedi: «Allaha and olsun ki, sizdən birinizin qarnını doldurana qədər bu qatırın ətindən yeməsi onun üçün müsəlmanın ətini yeməkdən daha xeyirlidir»1150. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, biz Peyğəmbər – sallallahu aleyhi və səlləm –ilə birlikdə idik. Birdən çox pis iyli bir külək qalxdı. Peyğəmbər: «Bilirsinizmi bu nədir? Bu möminlərin qeybətini edənlərin iysidir»1151. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –in vaxtında pis iyli bir külək qalxdı. Peyğəmbər: «Bir dəstə münafiq bir dəstə müsəlmanın qeybətini etdi. Ona görə də bu külək qalxdı»1152. İbn Ummu Abd deyir ki: «Kimin yanında bir möminin qeybətini edirlər və o da onun tərəfini saxlayarsa Allah ona mükafat olaraq dünya və axirətdə xeyir nəsib edər. Kimin də yanında bir möminin qeybətini edərlər və o da onun tərəfini saxlamazsa Allah ona cəza olaraq dünya və axirətdə şər nəsib edər. Hər kəs möminin qeybətini etməkdən daha pis bir loxma uda bilməz. Əgər onun haqqında olan şeyi danışarsa, qeybətini etmiş olar, yox əgər olmayan bir şeyi danışrasa onda ona böhtan atmış olar»1153. «Qeybət edib tənə vuranların vay halına. O, kimsə ki, mal yığıb dənə-dənə sayar və zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır».(əl-Huməzə 1-2). Əbu Darda - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurdu: «Kim müsəlman qardaşının şərəf və namusunu qoruyarsa Allah da Qiyamət günü onun üzünü Cəhənnəm atəşindən qoruyar»1154. Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurdu: «Bilirsinizmi qeybət nədir?». Səhabələr: «Allah və Rəsulu daha gözəl bilir» deyə cavab verdilər. Peyğəmbər: «Qardaşınızın xoşlamadığı bir şeyi söyləməkdir». Səhabələrdən biri: «Ya Rəsulullah! Əgər söylədiklərim onda varsa necə?». Peyğəmbər: «Əgər söylədiklərin onda varsa qeybət etmiş olursan. Əgər dediklərin onda yoxdursa onda iftira (böhtan) atmış olursan» deyə buyurdu1155. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –ə: «Səfiyyənin qısa boylu olduğunu söyləyərək sənə bəs edər» dedim. Peyğəmbər: «Vallahi elə bir söz söylədin ki, əgər o dəniz suyuna qarışdırılsaydı onu ifsad edib korlayardı»1156. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurdu: «Merac gecəsində dırnaqları uzun olan bir qövmə yetişdim. Onlar üzlərini və kökslərini cırmaqlayırdılar. Mən: «Ey Cəbrail! Bunlar kimlərdir?» deyə buyurdum. Cəbrail: «Bunlar insanların ətlərini yeyənlər və başqalarının şərəflərinə dil uzadanlardır» deyə buyurdu1157. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurdu: «Hər bir müsəlmanın qanı, namusu və malı digər bir müsəlmana haramdır»1158. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Təbuka çatıncaya qədər məndən heç danışmamışdı. Təbukda səhabələrin əhatəsində oturarkən məni xatırlayaraq: «Kəb b. Məlik nə edir?» deyə buyurmuşdu. Bəni Sələmə qəbiləsindən olan biri: «Ya Rəsulullah! Onu iki paltarı və təkəbbürlüyü (döyüşə gəlməyə) qoymadı!» dedi. Muaz b. Cəbəl: «Vallahi Ya Rəsulullah! Biz Kəb b. Məlik haqqında xeyirdən başqa bir şey bilmirik!» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir şey deməyib susdu. Bu an düm ağ paltarda bir adam göründü. Peyğəmbər: «Bu Əbu Heysəmə olmalıdır?» deyə buyurdu. Həqiqətən baxdıq ki, gələn Əbu Heysəmə əl-Ənsaridir. Bu kimsəni münafiqlər döyüşə bir sa1159 xurma verdiyi üçün ələ salırdılar1160. Məlik b. Rabi əl-Ənsari - radıyallahu anhu – xəbər verir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in səhabələrindən və Bədr döyüşündə iştirak edən İtban b. Məlik – radıyallahu anhu – deyir ki, namazlarımın çoxunu Bəni Sələmə qəbiləsi ilə keçirirdim. Onlarla mənim aramda bir dərə vardı. Yağmur vaxtı dərə su ilə dolduqda oranı keçib onların məscidinə getmək mənim üçün çox çətin idi. Buna görə də Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Ya Rəsulullah! Qocalmışam, gözlərim də zəif görür. Yağmur vaxtı qövmümlə mənim aramda olan dərə su ilə dolub daşır və mənim üçün ora keçilməz olur. Könlüm istəyir ki, evimə gəlib evimdə namaz qıldırasan və sənin namaz qıldığın yeri namazgah edim». Peyğəmbər: «Mən mütləq gələcəyəm» deyə buyurdu. Səhəri Peyğəmbər - sallallahu aleyhi və səlləm – Əbu Bəkr – radıyallahu anhu – ilə birlikdə evimə qonaq gəldilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm – evə daxil olmaq üçün icazə istədi. Evə daxil olduqdan sonra oturmazdan əvvəl mənə dedi: «Evin hansı hissəsində namaz qılmağımı istəyirsən» deyə soruşdu. Mən də namaz üçün seçdiyim yeri ona göstərdim». Peyğəmbər - sallallahu aleyhi və səlləm – namaza durub təkbir aldı. Biz də onun arxa tərəfində səff düzəldərək təkbir gətirdik. İki rükət namaz qılıb təslim ilə namazını bitirdi. Biz salam verərək namazımızı bitirdik. Namazdan sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – Xaziri (qıyma və unda bişrilən yeməyin adıdır) yeməyinə dəvət etdim. Namaz qıldıqdan sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – in gəldiyini eşidən insanlar bizə axışmağa başladılar. Onlardan biri Malik b. Duhşam haradadır? onu heç görmürəm» deyə soruşdu. (Cəmaatda) onlardan biri: «O, münafiqdir. Hansı ki, Allah və Rəsulunu sevmir». Bunu eşidən Peyğəmbər: «Belə demə! Məgər o, sənin yanında Allaha tərəf yönələrək Lə İləhə İlləllah deməyib və bunu da Allah rizası üçün söyləyir». O kimsə: «Allah və Rəsulu bu haqda daha yaxşı bilir, lakin Allaha and olsun ki, o yalnız münafiqlərlə oturub-durur və onları da sevir». Peyğəmbər: «Allah rizasını diləyərək Lə İləhə İlləllah deyən kimsəyə Allah Cəhənnəm odunu haram etmişdir»1161.
Qeybət Etməyin Səbəbi –İnsan öz nəfsinə uyub pis duyğuların çoxaldığı zaman qəlbindəki qəzəbə və qeybət etmə xüsusiyyətinə sarılaraq insanların qeybətini edir və onlara iftira yaxır. Özünə təskinlik vermək, o insanı gözdən salmaq məqsədilə onun dalınca qeybət edir. Paxıl və qeybətçi kimsə hər hansı bir insanın tərifləndiyi, sevildiyini gördükdə daxilində olan o paxıllıqdan o kimsənin gözəl xüsusiyyətlərini məhv etmək üçün qeybət edir. Boşboğaz insanlar bir-birilə rastlaşdıqları zaman özlərini göstərmək, yaltaqlıq və s. məqsədlərlə başqalarının qeybətini edirlər. Qeybət edən insanlar qorxaq və şərəfsiz insanlar olurlar. Qeybəti ən çox qadınlar edər. Kişilərə isə qadın kimi qeybət etmək yaraşmaz. Çünki belə bir kimsə qeybət etdiyi insanla üz-üzə gəldikdə qəlbindəkiləri onun üzünə deməyə cəsarət etmir. Əgər cəsarətli olsaydı nə işi var idisə onun üzünə deyərdi. Qeybət təkcə dillə ifadə edilərək deyilən bir şey deyildir. Həmçinin göz işarəsilə, hərəkətlərlə kimisə qəsd edərək göz-qaş etmək də qeybətə aiddir. Həmçinin biri digərinin xoşlamadığı bir şeyi o, kimsə olmadığı halda deyir. Ona dalınca danışma deyildiyi zaman o: «Bu sözləri onun üzünə də deyə bilərəm» deyər. Həmçinin bir din qardaşının halını soruşduqda: «Sən kimi soruşursan filankəsi», «Allah ona hidayət versin» və s. Həmçinin bu kiçik qeybətdir bunu etmək olar və ya mən ondan halallıq almışam bunu danışmaq olar və s kimi hallar da qeybətdən sayılır.
İcazə Verilən Qeybət - 1. Zülmə məruz qaldıqda. Zülmə uğrayan məzlumun dövlət başçısına, qazıya və ya zalımdan haqqını ala biləcək bir güc sahibinə müraciyət edərək: «Filankəs mənə zülm etdi» deməsi icazəlidir.
2. Günahı aradan qaldırmaq və üsyankarı yola gətirmək üçün yardım diləmək. Münkəri aradan qaldırmaq gücünə mailk olan bir kimsəyə: «Filankəs filan günahı edir. Ona nəsihət et və ya onu bu əməldən çəkindir» deyilə bilir. Heç şübhəsiz ki, bunu da dedikdə münkəri aradan qaldırmaq olmalıdır məqsədi. Məqsədi bu olmazsa o, zaman bu davranış haram olur.
3. Fətva istədikdə. Qazıya: «Atam, qardaşım, qonşum, dostum və s. mənə zülm edir. Bunu etməyə haqları varmı? Onlardan qurtulmaq üçün, zülmlərini dəf etmək üçün əlacım nədir?» deyilə bilər. Əbu Sufyan - radıyallahu anhu – un zövcəsi Hind Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Əbu Sufyan çox simic bir insandır. Mənə və uşağıma yetərincə (pul, mal) vermir. Onun xəbəri olmadan ondan nə götürürəmsə ancaq odur» dedi. Peyğəmbər: «Sənə və uşağına yetəcək qədər götürə bilərsən» deyə buyurdu1162.
4. Günah və bidət əhli üçün. Bir kimsənin (əqidə) fiqhi məsələlri öyrənmək üçün bir bidətçinin və ya fasiq bir kimsənin yanına gedib-gəldiyini, ondan elm aldığını gördükdə (elm tələbəsinə) gözəl nəsihət vermək və bidətçinin yanına elm almağa getməkdən onu çəkindirmək lazımdır. Bu hallda qəsdi yalnız o kimsəyə xeyirli nəsihət vermək, dinə zərər olduğu üçün o bidətçinin yanından çəkindirmək olmalıdır. Həsəddən, paxıllıqdan bunu etməməlidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm –in xidmətçisi Əbu Həmzə Ənəs b. Malik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə özünə arzu etdiyini, qardaşı üçün arzu etmədikcə iman etmiş olmaz (Yəni: «Sizdən hər hansı bir kimsə nəfsi (istədiyini) sevdiyini qardaşı üçün (istəmədikcə) sevmədikcə iman etmiş olmaz)»1163. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən filankəs və filankəsin dinimizdən bir şeylər bildiklərini zənn etmirəm»1164. Zeyd b. Ərqəm - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər səfərə çıxmışdıq. Bu səfərimiz çox ağır keçmişdi. (Münafiqlərin başçısı) Abdullah b. Ubeyy: «Peyğəmbərin yanında olanlara yemək-içmək verməyin ki, ətrafından tez dağılsınlar» dedi. Sözünə davam edərək: «Mədinəyə çatdıqda ən güclü olanımız, ən zəif və fəqir olanları oradan çıxaracaqdır». Mən həmən bu xəbərləri eşitdikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək ona xəbər verdim». Peyğəmbər – sallallahu aleyhi və səlləm – Abdullah b. Ubeyə xəbər göndərdi. Belə bir sözlər demədiyini israrla and içdi. Oradakılar: «Zeyd, Peyğəmbərimizə yalan söylədin» dedilər. Onların bu sözləri mənə çox pis təsir etdi. Allah məni doğrultmaq üçün: «Münafiqlər sənin yanına gəldikləri zaman biz sənin doğurdan da Allahın Peyğəmbəri olduğuna şəhadət veririk deyirlər. Allah da sənin onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqləri xalis yalançı olduqlarına şəhadət verir». (əl-Münafiqun 1) bu ayəni nazil etdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları yanına çağıraraq Allahdan onlar üçün bağışlanma diləməyi istədi. Lakin onlar üz döndərdilər1165.
5. Tanımaq məqsədilə ləqəbdən istifadə etmək. Topal, sarışın, kor və s. Burada da üç şərtə riayət etmək lazımdır 1) Əgər onu başqa adla tanıtmaq olmursa. 2) Qəsdi qeybət yox tanıtmaq olmalıdır. 3) O, şəxs də bu (ləqəbdən) razı olmalıdır. Fatimə b. Qeys - radıyallahu anhə – rəvayət edir ki, bir gün: «Ya Rəsulullah! Əbu Cəhm və Muaviyə mənə elçi göndəriblər (bu haqda nə deyə bilərsən?)». Peyğəmbər: «Muaviyəyə gəldikdə o, malı olmayan bir fəqirdir. Əbu Cəhm isə dəyənəyini çiynindən endirməz (çox səyahət edər). (Başqa rəvayətdə: Qadınları çox döyər)» deyə buyurdu1166.
6. Müsəlmanları şərdən qorumaq üçün onlara bir çox xeyirli nəsihətlər vermək. Evlənmək istədikdə evləndiyin şəxs haqqında məlumat toplamaq, ticarət əlaqələri qurmaq istədiyin kimsə haqqında: «Filan kimsə ilə ticarət əlaqələri qurmaq istəyirəm necə insandır?» deyilə bilər. Əmanəti filan kimsəyə əmanət edə bilərəmmi? və s. bu kimi suallarla nəsihət istənilən bir kimsəyə müraciyət edildikdə o, heç bir şeyi gizlətməyərək (soruşulan haqqında) məlumat verməli, nəsihət niyyətilə onun pis sifətlərini söyləməlidir. Həmçinin hədis raviləri haqqında məlumat vermək ki, insanlar zəif hədislərə əsaslanaraq əməl etməsinlər. Bu müsəlman alimlərinin icması ilə caiz və vacibdir. Çünki İslam alimləri hədislərdə olan ravilər haqqında bir çox əsərlərdə yazmışlar. Aişə - radıyallahu anhə – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına daxil olmaq üçün izn istədi. Peyğəmbər: «Nə pis yoldaşdır!» dedi. O, kimsə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına daxil olduqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona qarşı yumşaq sözlər söylədi. Aişə: «Ya Rəsulullah! Bir az öncə onun barəsində bu cür sözlər söylədin. Sonra isə onunla yumşaq danışdın. Peyğəmbər: «Ey Aişə! Qiyamət günü insanların Allah qatında ən şərlisi (şərindən) alçaq hərəkətlərindən qorunmaq üçün insanların tərk etdikləri kimsədir» deyə buyurdu1167. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nə gözəl kişidir Əbu bəkr, nə gözəl kişidir Ömər, nə gözəl kişidir Əbu Ubeydə. nə gözəl kişidir Useyd b. Hudeyr, nə gözəl kişidir Sabit b. Qeys b. Şəmmas, nə gözəl kişidir Muaz b. Amr b. Cəmuh, nə gözəl kişidir Muaz b. Cəbəl». Sonra da: «Nə pis kişidir filankəs, nə pis kişidir filankəs» deyə yeddi nəfərin adını çəkdi1168.
Qeybət etdikdə bu dörd şərtə riayət etmək lazımdır: 1. Səmimi qəlblə Allah rizası üçün etmək. Alçaltmaq. gözdən salmaq məqsədilə olmamalı-dır. 2. Qeybət etdiyin şəxs o, günahı açıq-aydın etməlidir. 3. Qeybətini etdiyin şəxs sağ olmalıdır. 4. Adil olmalısan, yalnız etdiyini deməlisən (məsələni şişirtmək, böyütmək, əlavələr etmək olmaz).