SOL ƏLLƏ YEMƏK, İÇMƏK, VERMƏK VƏ ALMAQ
Səlim atasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən heç biriniz sol əli ilə yeməsin, sol əli ilə içməsin. Çünki şeytan sol əli ilə yeyər, sol əli ilə içər». Nəfi əlavə edir ki: «Sol əli ilə alar, sol əli ilə verər»1487. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bütün işlərində dəstəmaz aldıqda, saçını daradıqda, ayaqqabı geyinməsində, yeməkdə, içməkdə. Paltar geyindikdə sağdan başlamağı xoşlayardı. Sol əlini də ayaq yolunda və xoş olmayan işlər üçün istifadə edərdi»1488. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Biriniz ayaqqabısını geyindikdə sağdan başlasın. Çıxardığı zaman da soldan başlasın. Beləliklədə sağ ayaq ilk geyindirilən və son çıxardılan olsun»1489. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə su ilə qatışdırılmış süd gətirdilər. Sağında bir bədəvi, solunda Əbu Bəkr - radıyallahu anhu – dayanmışdı. Allah Rəsulu içdikdən sonra südü bədəviyə verdi və: «Sağı təqib edin» deyə buyurdu1490. Səhl b. Sad - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə içiləsi bir şey gətirildi. Ondan içdi. Sağ tərəfində bir uşaq, sol tərəfində isə bir yaşlı (səhabə) otururdu. Peyğəmbər: «Bu böyüklərə verməyimə icazə verərsənmi?» deyə buyurdu. Uşaq: «Vallahi xeyir!» dedi. Səndən gələn nəsibimi heç kimə vermərəm» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bardağı ona verdi (sağda olan insan isə İbn Abbas idi)»1491.
Sol Əldən İstifadə Yeri: Əbu Qatadə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz kiçik ayaq yoluna çıxdıqda övrətini sağ əli ilə tutmasın və sağ əliylə yuyunmasın. (Bir şey içərkən də) qabın içinə doğru nəfəs alıb-verməsin»1492. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sol əlini ayaq yolunda və xoş olmayan işlər üçün istifadə edərdi»1493.
ALLAHIN RƏHMƏTİNDƏN ÜMİD ÜZMƏK VƏ ALLAHIN ƏZABINDAN ƏMİN OLMAQ
«Allahın əzabından xüsrana uğrayanlardan başqası əmin olmaz». (əl-Əraf 99). «Allahın mərhəmətindən ümüdünüzü kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər». (Yusuf 87). «(İnsanlar) ümidsizliyə qapılandan sonra yağmur göndərən…». (əş-Şura 28). «Bizimlə qarşılaşacaqlarına ümid etməyən, dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların – məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir». (Yunus 7-8). «(Ya Muhəmməd!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır». (əl-Ənfal 30). İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən nəyin böyük günah olduğunu soruşdular o, buyurdu: «Allaha şərik qoşmaq, Allahın köməyinə ümidi itirmək və Allahın məkrindən1494 arxayın olmaq»1495. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki: «Böyük günahların ən böyüyü Allaha şərik qoşmaq, Allahın məkrindən arxayın olmaq, Allahın mərhəmətinə ümidsizlik və Allahın köməyinə ümidi itirmək»1496.
MƏSCİDUL-HARAMDA GÜNAH ETMƏK
«Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə) etdiyimiz Məscidul haramdan döndərənlər və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq». (əl-Həcc 25).
SƏHABƏLƏRİ SÖYMƏK
«(Ey möminlər!) Əgər siz Peyğəmbərə kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Muhəmmədi) iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): Qəm yemə Allah bizimlədir! Dediyi zaman göstərmişdir. O vaxt Allah ona bir rahatlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmişdi, kafirlərin sözünü alçaltmışdır. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ət-Tövbə 40). «Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqilərdir». (əz-Zumər 33). «Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaqlaşdırılar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər. O, şəxsin boynunda heç kəsin bir minnəti yoxdur ki, onun əvəzi verilsin. O, ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, razı qalacaqdır». (əl-Leyl 17-21). «Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) mələklər də onun köməkçiləridir». (ət-Təhrim 4). «(İslamı) ilk əvvəl qəbul edib (başqlarını bu işdə) qabaqlayan mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur!». (ət-Tövbə 100). «Belə olduqda sən onların düşmənçiliyindən qorxma! Allah sənə kifayət edər. O, (hər şeyi) eşidən və biləndir». (əl-Bəqərə 137). «Biz onların ürəklərindən kin-kudurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər». (əl-Hicr 47). «Peyğəmbər möminlərə onların özlərindən də əzizdir. Onun zövcələri isə möminlərin analarıdır». (əl-Əhzab 6). «İman gətirənlər, hicrət edənlər, Allah yolunda cihad edənlər və onlara sığınacaq verib kömək edənlər. Bunlar həqiqətən də möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır». (əl-Ənfal 74). «Məhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə qarşı mərhəmətlidirlər. Sən onları ruku və səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilir ki, o artıq cücərtisini üzə çıxarmış o da möhkəmlənib gövdəsi üstünə çıxaraq əkinçiləri heyran qoymuşdur. Bu kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət və böyük mükafat vəd buyurmuşdur». (əl-Fəth 29). «Sizə nə olub ki, Allah yolunda xərcləmirsiniz. Halbuki göylərin və yerin mirası ancaq Allahındır. Sizlərdən fəthdən əvvəl sərf edib vuruşanlar, fəthdən sonra sərf edib vuruşanlardan üstündür. Lakin Allah onların hamısına mükafat buyurmuşdu». (əl-Hədid 10). «Allaha və Peyğəmbərinə itaət edənlər Allahın nemətlər verdiyi Nəbilər, Siddiqlər, şəhidlər və əməlisalehlərlə bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşdırlar». (ən-Nisa 69). «Allah sizlərdən iman gətirənlərə və yaxşı işlər görənlərə onları özündən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, möminlər üçün onların Allahın özü bəyəndiyi dinini (İslamı) möhkəmlədəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər şübhəsiz ki, əsl fasiqlərdir». (ən-Nur 55). «Allah möminlərdən onlar ağacın altında sənə sədaqət andı içdikləri zaman razı qalmışdır. O, onların qəlblərini öyrənmiş, onlara əmin-amanlıq nazil etmiş və onları yaxın bir qələbə ilə mükafatlandırmışdır». (əl-Fəth 18). «Bu qənimət yurdlarından qovulub çıxardılmış, mal-dövləti əlindən alınmış, Allahın mərhəmətini və razılığını diləyən, Allaha və Rəsuluna kömək edən yoxsul mühacirlər üçündür. Onlar doğrucul kimsələrdir. Onlardan əvvəl yurd salan və iman gətirənlər isə onların yanına köçüb gələnləri sevər və onlara verilənlərə görə qəlblərində həsəd hissi duymazlar. Özləri ehtiyac içində olsalar da onların ehtiyaclarını özlərinkindən üstün tutarlar. Öz nəfslərindən qorunan kəslər nicat tapıb səadətə qovuşa bilərlər». (əl-Həşr 8-9). «Peyğəmbərə iman gətirənlər onun tərəfini saxlayıb ona arxa olanlar və onunla birlikdə nazil olunmuş nurun ardınca gedənlər nicat tapanlardır». (əl-Əraf 157). İmaran b. Hüseyn - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimin ən xeyirliləri mənim zamanımdakılardır. Sonra onların ardınca gələnlərdir». Səhabə deyir ki, bilmirəm iki, yoxsa üç nəsil zikr etdi. Sonra sözünə davam edərək: «Sizdən sonra elə bir qövm gəldi ki, şahidlikləri istənilməyəcəkdir, lakin şahidlik edəcəklər. Xainlik ediləcəklər, onlara güvənilməyəcəkdir. Nəzir deyəcəklər, lakin yerinə yetirməyəcəklər…»1497. Abdullah b. Muğəffəl - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Səhabələrin haqqında Allahdan qorxun. Məndən sonra onları hədəf etməyin. Onlara məhəbbət bəsləyənlərə mənim məhəbbətim çatar. Onlara nifrət edənlərə mənim nifrətim çatar. Onları incidən məni incitmişdir. Məni incidən Allahı incitmişdir, Allahı incidən isə tezliklə öz cəzasına çatacaqdır»1498. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Səhabələrimi söyməyin. Onlardan birinin Peyğəmbəri ilə birlikdə bir anlıq olması sizdən hər hansı birinizin 40 illik əməlindən xeyirlidir»1499. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ağac altında mənə beyət edənlərdən heç kim Cəhənnəmə girməyəcəkdir»1500. Səid b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir nəfərin mənimlə yaşayıb üz-gözü cihadda tozlanması, sizdən birinizin Nuh qədər yaşasa belə bu müddət ərzində etdiyi xeyirli əməllərdən daha xeyirlidir»1501. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim səhabələrimi söyənə Allahın, mələklərinin və bütün insanların lənəti çatar»1502. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim səhabələrimi söyməyin! Həqiqətən sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə onlardan birinin verdiyi bir ovuc (sədəqəyə), hətta yarısına belə çata bilməz»1503. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Münafiqin əlaməti Ənsara nifrət (lağ) etməkdir, möminin əlaməti isə Ənsarı sevməsidir (Ənsarı sevmək iman əlaməti, onlara nifrət etmək isə nifaq əlamətidir)»1504. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim səhabələrimi söyərsə Allahın lənəti onun üzərinə olsun»1505.
ÜZÜMƏ «KƏRM» DEMƏK
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üzümə Kərm (səxavətli) deməyin. Çünki Kərm möminin qəlbidir (Üzüm və ya üzüm budağı deyin)»1506.
ÇOX GÜLMƏK
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Çox gülməyin! Həqiqətən çox gülmək qəlbi öldürür»1507.
ALLAHIM! İSTƏYİRSƏNSƏ MƏNİ BAĞIŞLA
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç biriniz – Allahım! İstəyirsənsə məni bağışla, istəyirsənsə mənə rəhm et – deyə dua etməsin. (Dua etdikdə) Qəti olaraq istəyin. Heç kəs Allahı hər hansı bir işi etməyə məcbur edə bilməz»1508. Belə bir kimsə bu sözləri deməklə elə zənn edir ki, Allahı nə isə etməyə vadar edir. Belə deyən insan üçün sanki əhəmiyyətsiz olur onun üçün Allahın onu bağışlaması. İstəyirsənsə bağışla, istəyirsənsə yox. Ona görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Allahdan bir şey istədikdə böyüyünü istəyin». Fikirləşmə ki, Allah onu verə bilməz. Ən böyüyünü istə ki, aşağı olan verilsin.
KİTAB ƏHLİ OLAN KİMSƏLƏRƏ SALAM VERMƏK
Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələri: «Əhli kitab olan kimsələr bizə salam verirlər. Bu təqdirdə biz onların salamlarını necə qarşılayacağıq?» dedilər. Peyğəmbər: «Sizə kitab əhli bir kimsə salam verdikdə ona «Və Aleykum» deyin1509. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəhudilər sizə salam verdikləri zaman onlardan biri «Əssəmu Aleykum» (ölüm sizin üzərinizə olsun) deyərsə, siz də: «Və Aleykə» (sizin üzərinizə də) deyin1510. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəhudi və Xristianlara ilk olaraq siz salam verməyin. Siz onlardan hər hansı birilə yolda qarşılaşdığınız zaman ona yolun ən dar hissəsini verin»1511 Usamə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – içərisində müsəlman və müşrik olan bir məclisə yetişdi və onlara salam verdi». «Haqq yolu tutub gedənlərə salam olsun». (Ta ha 47). Peyğəmbər – sallallahu aleyhi və səlləm – Fars və Bizans imperatorlarına məktub göndərdikdə sözünə belə başlayardı: «Bismilləhir-Rahmənir-Rahim! Salam olsun doğru yolda olanlara»1512.
ALEYKƏS-SƏLƏM DEMƏK
Əbu Curey əl-Huceymi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına çatdıqda ona dedim: «Aleykəs-Sələm ya Rəsulullah!». O: «Aleykəs-Sələm demə, çünki bu ölülərə verilən salamdır»1513.
ALLAHA HƏMD ETMƏYƏNƏ YƏRKƏMUKƏLLAH DEYİLMƏZ
Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz asqırdıqda Allaha həmd edərsə ona təşmit edin (Yərhəmikəllah) deyin. Əgər Əlhəmdulilləh deməsə ona təşmit deməyin»1514. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında iki nəfər asqırdı. Onlardan birinə Yərhəmukəllah dedi. Digərinə isə demədi. Adam: «Filankəs asqırdı və ona Yərhəmukəlləh dedin. Mən asqırdım niyə mənə demədin?» deyə soruşdu. Peyğəmbər: «O, Allaha həmd etdi, sən isə həmd etmədin» deyə buyurdu1515.
KİTAB ƏHLİ (KAFİR) ASQIRDIQDA YƏRHƏMUKƏLLAH DEYİLMƏZ
Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki, Yəhudilər onlara Yəhəmukəllah deyilməsi ümüdü ilə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında yalandan asqırardılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onlara (Yərhəmukəllah deməz) Allah sizə hidayət versin və qəlblərinizi islah etsin deyərdi»1516.
ƏSNƏDİKDƏ AĞZI ÖRTMƏK
Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz əsnədikdə əli ilə ağzını tutsun. Çünki şeytan (ağzına) girər»1517. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah asqırmağı sevər, əsnəməkdən isə xoşlanmaz. Biriniz asqırdıqda Allaha həmd etdiyində eşidən hər bir müsəlmana «Yərhəmukəllah» demək üzərinə haqq olur. Əsnəməyə gəldikdə isə o, şeytandandır. Buna görə də birinizin əsnəməyi gəldikdə gücü çatdığı qədər onu dəf etməyə çalışsın. Çünki sizdən biriniz əsnədiyi zaman şeytan ona gülər»1518.
ŞER SÖYLƏMƏK
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizin içi irin ilə dolub xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir»1519. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə Arc deyilən sahədə yeridiyimiz zaman şer yazan bir şairlə rastlaşdıq. Peyğəmbər: «Şeytanı tutun. Bir kimsənin içi irin ilə dolub xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir» deyə buyurdu1520. «Şairlərə gəlincə onlara ancaq azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzirlər. Və onlar etmədikləri şeyləri deyirlər». (əş-Şuəra 224-226) ayəsi nazil olduqda İslam şairləri Abdullah b. Rəvaha, Kəb. b. Məlik, Həsən b. Sabit - radıyallahu anhum – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Ya Rəsulullah! Uca Allah bu ayəni nazil edib. Allah bilir ki, biz şairik?» dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – son ayəni oxuyaraq: «Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər hara düşəcəklərini mütləq biləcəklər». (əş-Şuəra 227). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şairlərin söylədikləri ən doğru beyt Ləbidin: «Alə Kullu Şeyin Mə Xaləllahə Batilu – Xəbəriniz olsun ki, Allahdan başqa hər şey batildir» sözüdür1521.
PİS YUXULARI DANIŞMAQ
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xeyirli yuxu Allahdan, şər yuxu isə şeytandandır. Biriniz xoşlamadığı çirkin bir yuxu görərsə həmən sol tərəfinə üç dəfə tüpürsün. Sonra da o, yuxunun şərindən Allaha sığınsın (Başqa rəvayətdə: Hansı tərəfdə yatmışsa digər tərəfə dönsün). Belə edərsə o pis yuxu artıq ona heç bir zərər verə bilməz. Və bu yuxunu heç kəsə xəbər verməsin. Əgər gözəl bir yuxu görərsə həmən sevinsin və o gözəl yuxunu sevdiyi kimsələrdən başqasına xəbər verməsin»1522. Bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedi: «Mən yuxuda başımın kəsilmiş olduğunu və başımın ardıyca getdiyini gördüm». Peyğəmbər: «Yuxuda şeytanın səninlə oynamasını insanlara xəbər vermə» deyə buyurdu1523. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxtın sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir (Başqa rəvayətdə: Qırx altıda biridir, yetimşdə biridir)»1524. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: Yuxu üç cürdür: «Saleh bir yuxu Allahdan bir müjdədir, şeytandan olan bir yuxu bu hüzündür və bir də insanın bir şey haqda çox düşünməsindən görülən yuxu»1525. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mubəş-şiratdan başqa nübuvətdən bir şey qalmadı». Oradakılar: «Mubəşşirat nədir?» deyə soruşdular. Peyğəmbər: «Saleh yuxudur» deyə buyurdu1526. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: Məni röyasında görən məni görmüş kimidir. Çünki şeytan mənim surətimə girməz»1527. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Röyasında məni görən ayıq ikən də məni görəcəkdir. Şübhəsiz ki, şeytan mənim surətimə girməz»1528.
REYHAN VƏ ƏTİR İKRAM EDİLDİKDƏ GERİ QAYTARMAQ
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kimə reyhan ikram edilərsə onu geri çevirməsin. Çəkidə yünkül olsada, qoxusu xoşdur»1529. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İkram edilən xoş ətiri geri qaytarmazdı (imtina etməzdi)”1530.
TAUN XƏSTƏLİYİ
Usamə b. Zeyd - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir yerdə Taun (vəba) xəstəliyi yayıldığını eşitdikdə oraya getməyin. Əgər yaşadığınız yerdə (bu xəstəlik) yayılarsa oradan da çıxmayın»1531. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nə badə xəstə bir kimsəni sağlam olan kəslə bir yerdə yerləşdirəsiniz»1532. Rəvayət edilir ki, Əbu Ubeydə Ami b. əl-Cərrah - radıyallahu anhu –, Ömər - radıyallahu anhu – nun Şamda Taun xəstəliyinin yayılmasına görə şəhərə girməmək qərarına qarşı etiraz edərək dedi: "Ey möminləri əmiri! Allahın bizim üçün təqdir etdiyi qədərdən qaçırıq?". Ömər: "Ey Əbu Ubydə! Bu sözləri başqası desəydi? Bəli, biz Allahın qədərindən digər qədərinə qaçırıq" dedi1533.
DURĞUN SUYA BÖVL ETMƏK
Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Durğun suya bövl etməyin»1534. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Heç biriniz durğun suya sidik ifraz etməsin və onunla yuyunmasın»1535.
HEYVANLARI VURUŞDURMAQ
Mücahid - radıyallahu anhu – rəvayət edir ki, İbn Ömər - radıyallahu anhu – heyvanları vuruşdurmağı yaxşı iş saymazdı»1536.
YEYİLMƏSİ VƏ ÖLDÜRÜLMƏSİ QADAĞAN OLUNAN HEYVANLAR
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – azı dişli hər yırtıcı heyvanı və caynaqlı olan yırtıcı quşları yeməkdən nəhy etdi»1537. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xeybər günü siğəni və eşşək ətini yeməkdən qadağan etdi (Başqa rəvayətdə: Qiyamətə qədər bunun haram olduğunu söyləmiş və hətta bişirilmiş eşşək ətini qablardan boşaldılmasını əmr etmişdir)»1538. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dörd cür heyvanı öldürməyi qadağan etmişdir. Qarışqanı, arını, şanapipiyi və hörümçək quşu»1539. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – pislik yeyən heyvanların ətlərini və südlərini istifadə etməyi qadağan etdi»1540 Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bağlı olan heyvanı daşqalaq edərək öldürməyi qadağan etmişdir» 1541. Bəra b. Azim - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ayağa qalxaraq buyurdu: «Dörd cür heyvandan qurban kəsmək olmaz: Bir gözü kor olan heyvanı, xəstə olan heyvanı, axsaq heyvanı, qoca olan heyvanı…»1542. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə onun qurbanlıq heyvanlarına baxmağımı və bu heyvanların ətlərini, dərilərini kasıblara paylamağı və qəssablara bu heyvandan heç bir şey verməməyi əmr etdi»1543.
Dostları ilə paylaş: |