5. Peyğəmbər – Sallallahu Aleyhi Və Səlləm – Asi Olmaq Fitnəsi – «Münafiqlərdən: Mənə (döyüşə getməməyə) izn ver, məni fitnəyə salma! – deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir». (ət-Tövbə 49).
6. Fitnə Geniş Mənadır – «Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək dözə biləcəksinizmi». (əl-Furqan 20). İbn Qeyym – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbərləri göndərdiyi ümmətlərlə, onları haqqa dəvət etməklə, onların əziyyətlərinə səbr etməklə, Rəbbin risalətini təbliğ edərkən qarşılaşdığı sıxıntılara səbr etməklə imtahan etdi. Ümmətləri isə Peyğəmbərlərilə imtahan etdi. Peyğəmbərlərə itaət etdilərmi, onlara yardımçı oldularmı, onları təsdiqlədilərmi, yoxsa onları inkar etdilər, onlara qarşı döyüşdülərmi. Alimləri cahillərlə imtahan edər. Onlara öyrədirmi, nəsihət edirmi, onları öyrədərkən, nəsihət edərkən səbrlimi olur, Cahilləri də alimlərlə imtahan edər. Alimlərə itaət edərlərmi, onların göstərdikləri yolla gedərlərmi. Dövlət başçılarını əli altında olanlarla, insanları isə dövlət başçıları ilə, zənginləri fəqirlərlə, fəqirləri isə zənginlərlə, zəifləri güclülərlə, güclüləri isə zəiflərlə, kişiləri qadınlarla, qadınları da kişilərlə, möminləri kafirlərlə, kafirləri isə möminlərlə imtahan edər»93. Bütün yaradılmışlar xeyir və şərdə bir-birilərinin fitnəsidir. İnsan bu həyatda sapıqlar, kafirlər, asilər qarşısında iman və İslamıyla imtahan olunur. «İnsanlar yalnız: İman gətirdik – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyır». (əl-Ənkəbut 2-3).
7. Qorxu, Aclıq, Kasıblıq – «O kəslər ki, biz sizi bir az qorxu, aclıq, mal, can və məhsul qıtlığı ilə imtahana çəkirik. Səbr edən bəndələrə müjdə ver. O kəslər ki, başlarına bir müsibət gələrsə belə deyərlər: Biz Allahın bəndələriyik və Ona qayıdacağıq». (əl-Bəqərə 155-156).
8. Müharibə – «And olsun ki, Biz içərinizdən mücahidləri və səbr edənləri ayırd edib bilmək üçün sizi imtahana çəkəcəyik və əməllərinizi də yoxlayacağıq». (Muhəmməd 31).
9. Dünyaya Bağlanmaq – «Qoy kafirlər hələ yeyib içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. Sonra bilcəklər». (əl-Hicr 3).
10. Şəhvət Və Arzular – «Siz özünüzdən əvvəlkilər kimisiniz. Üstəlik onlar sizdən daha qüvvətli (möhkəm), mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar (dünyadakı) qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı) qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan batağlığına) yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə zərər eləyənlərdir!». (ət-Tövbə 69). «Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır». (Ali İmran 14). Şəhvətlər Allaha itaəti, Onun qadağalarından çəkinməyi unutdururlar. «Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin!». (əl-Həşr 19). İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Allahı zikr etməyi, xatırlamağı unutmayın ki, O da sizə axirətinizdə fayda verəcək saleh əməllərinizi unutdurmasın. Çünki cəza (qarşılıq) edilən əməlin cinsindən olur. «Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahı xatırlamaqdan yayındırmasın. Kim belə bir iş edərsə onlar ziyana uğrayanlardır»94. «O, kəslər ki, dinlərini oyun-oyuncaq etmiş və (fani) dünya həyatı onları aldatmışdır. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə-bilə) inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq!». (əl-Əraf 51).
Şəhvətin Müalicəsi – 1. Şəhvəti evlənmək və ya oruc tutmaqla qarşısını almaq.
2. Nəfsi itaət və ibadətlərlə məşğul etmək. Beləcə qəlbdə şeytanın vəsvəsələrinə yer qalmaz. Nəfs də günah üçün vaxt və imkan tapmaz.
3. Şeytan günah etmək üçün bir vəsvəsə verdikdə dərhal Əuzu – deyərək şeytandan Allaha sığınmaq.
4. Ağlın xəyal və düşüncələrə dalmasının qarşısını almaq. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Ağlın xəyala dalmasının qarşısını almaq. Əgər bunu etməzsənsə o, xəyal fikir halını alar. Fikirlə mücadələ et. Bunu etməsən o, şəhvətə, arzuya dönər. Şəhvətlə döyüş. Çünkü bunu etməsən o, kəsin bir qətiyyətə dönər. Onun da qarşısını almağa çalış. Bunu da etməsən artıq əmələ dönər. Əməlin də qarşısını almasan artıq adətə dönər onu da tərk etmək çox çətin olur (Bütün fəsadlar düşüncələr vasitəsi ilə gəlir. Çünki onlar şeytanın qəlb ərazisinə əkdiyi toxumlardır. Toxumlar oraya əkilərsə şeytan onları daima suvarar və onlar da iradə halına gələrlər. Sonra şeytan yenə sular: Bu səfər də onlar qətiyyətə, daha sonra isə əmələ dönər. Buna görə də düşüncələrin qarşısını almaq iradə və qətiyyətin qarşısını almaqdan yüngüldür)»95.
Ağla Gələn Düşüncələr Necə İdarə Edilir? 1. Allahın sənin qəlbinə baxdığına və ağlından keçən hər şeyi bildiyinə dair bir biliyə sahib olmaq. 2. Allahdan həya etmək. 3. Bu cür düşüncələr səbibi ilə Allahın gözündən düşməkdən qorxmaq. 4. Ondan başqasının sevgisini qəlbinə yerləşdirmək-dən çəkinmək. 5. Bu cür düşüncələrin çoxalaraq qəlbindəki iman və Allah sevgisini sən heç hiss etmədən də qəlbindən yox olmasından qormaq. 6. Bilməlisən ki, bu düşüncələr səni ovlamaq üçün tələ üzərində qurulmuş bir yemdir. 7. Bu düşüncələr iman, Allah sevgisi və Ona yönəlmə düşüncələri ilə bir yerdə ola bilməz. Çünki onlar bir-birinin ziddidirlər. Bu səbəblə də onlar bir yerdə qəlbdə olarlarsa mütləq biri digərinə qalib gələr və onu oradan çıxardar. Sonra da özü orada yerləşər. 8. Bu düşüncələr sahili olmayan dəniz kimidir. Qəlb bu dənizin dalğaları arasına girərsə orada boğular və qaranlıqları içərisində qeyb olar. Oradan qurtulmaq istəsə də çıxış yolu tapa bilməz. Pis düşüncələrin sahib olduğu bir qəlb qurtuluşdan uzaqdır. 9. Bu pis düşüncələr axmaqların dünyası və cahillərin təmənnalarıdır. Bu səbəblə də onlar sahibinə sadəcə peşmanlıq və rəzillik gətirir. Qəlbi ələ keçirdikdə ora vəsvəsələr verər, onun idarəçiliyini əlindən alar və əzaları ona qarşı qaldırar96.
11. Şübhə – «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri sadiq olanlardır». (əl-Hucurat 15). Əbu Abdullah ən-Numan b. Bəşir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Şübhəsiz ki, halal da bəllidir, haram da. Lakin bu ikisinin arasında (müştəbihat)97 bəzi xüsuslar vardır ki, insanların bir çoxu bunların (hökmünü) bilməzlər. Hər kim bu şübhəli şeylərdən qaçarsa öz dinini və şərəfini qorumuş olar. Hər kim də bu şübhəli şeylərə duşərsə, harama düşmüş olar…»98. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Şübhə fitnəsi bəsirətin zəifliyindən və elmin azlığından meydana gəlir»99. Şübhəli şeyləri çox edən kimsənin qəlbi qaralar. Çünki elm və təqva nurunu söndürər. Əli b. Əbu Talibin oğlu, Peyğəmbər – sallallahu aleyhi və səlləm - in (qızı Fatimə - radıyallahu anhə – nin oğlu) və xoş iyli reyhanı Əbu Muhəmməd əl-Həsən - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim: «Səni şübhəyə salan şeylərdən uzaq dur, səni şübhələndirməyən şeylərə tərəf isə yönəl»100. Bu fitnənin qaynağı Allahın dinini yaxşı bilməmək, şəriətini bilməmək, nəfsi arzulara uymaqdır.
12. Nəfsi Arzular - «Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə». (əl-Kəhf 28). «Əgər sənə gələn elmdən sonra onların istəyinə uysan, o zaman Allahdan qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar». (əl-Bəqərə 120,145). «Amma kim (Qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən onun yurdu Cənnətdir». (ən-Nəziat 40-41). «Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe olsaydı göylər, yer və onlarda olanlar korlanıb gedərdi». (əl-Muminun 71).
Nəfsi Dəvət: Allah öz Rəsulunu göndərib ki, insanları zülmətdən nura, öz nəfsi istəklərindən Allaha mühakiməyə çıxartsın. Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Mən səni göndərmişəm ki, səninlə imtahana çəkmək üçün və səninlə imtahana çəkilmək üçün»101. Şatibi – rahmətullahi aleyhi – deyir ki: «Şəriət insanı öz havasına, nəfsi-istəyinə tabe olmaqdan çıxardaraq Allahın əmrinə tabe olmağa görə gəlmişdir». Qula vacibdir ki, öz nəfsi istədiyindən kənara çıxsın və həqiqi qul olsun və qulluğu yerinə yetirsin. Kim özü üçün xeyir istəyirsə bunu öyrənməli və Allahın Rəsuluna nazil etdiyi elmi öyrənməlidir. İnsanlarla rəftar etmək üçün şəri elmə ehtiyac vardır. Müxtəlif insanlar da vardır ki, elm öyrəndikdə şəri elmlərlə yanaşı nafilə elmləri də öyrənirlər. Bu elmi öyrəndikdə nəfsində ona qarşı ləzzət duyduğuna görə öyrənir. Hədis elmini, fiqh elmini öyrənirlər nəfslərində ona ləzzət duyduqları üçün. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Belə bir kimsə öz nəfsi-istəyinə tabe olmaqdan kənara çıxmamışdır. İnsan elmi Allahın əmridir deyə öyrənməli və başlamalıdır fərz olan ibadətlərdən».
Şəkk yoxdur ki, insan üzərinə vacib olanı öyrənməlidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Elm tələb etmək hər bir müsəlmana fərzdir»102. Elm öyrəndiyin zaman üzərindən cahilliyi qaldırmaq üçün səy göstərməlisən. Bu cahillik də Allahın Rəsuluna nazil etdiyini öyrənməklə qaldırılır. Elmdə olan ixlas cahilliyi üzərindən qaldıraraq Allahın bəsirətinə ibadət etməklə olur. Elm tələb edən müsəlman, əməlinin şəriətə müvafiq olmasına həris olan insan mənfəətli elmi öyrənir. Öz halını düzəldəcək elmi öyrənir. İlk öncədə fərz olan elmlər vardır ki, onları öyrənməyə həris olmaq lazımdır.
Sənə ən yaxın olan nəfsindir və sən ən çox öz nəfsinlə müamilə edirsən. İnsan öz nəfsi ilə necə rəftar etməlidir? Allah və Rəsulu müsəlmana vacib olanı Quran və Sünnədə bəyan etmişdir. «And olsun nəfsi yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə əlbəttə ziyana uğrayacaqdır». (əş-Şəms 7-10). İnsan öz nəfsini təmizləməlidir. Çünki nəfsin həm şərə, həm də xeyirə yönəlməsi vardır. Əgər insan öz nəfsini təmizləmək üçün səy göstərərsə artıq o nəfs yaxşı nəfs sayılar və o nəfsin sahibi də xoşbəxt olanlardan olar. Nəfsin təmizliyi, xoşbəxtliyi ümumi bir işlə olur ki, o da nəfsin axirətə bağlan-masıdır. Bu qürur diyarından uzaqlaşmasıdır. Nəfs bütün hallarda, istəklərdə axirət diyarına bağlanmalıdır. İlk öncə insan nəfsi üçün axirət diyarında yararlı olan bir şeyə baxmalıdır. Baxmalıdır ki, axirətdə nəfsi üçün nə kimi yararlı şeylər varsa onları etməlidir. Əgər insan nəfsini axirət diyarına bağlayarsa Cənnəti diləyərək, Cəhənnəmdən qorxaraq bu nəfs Cənnətə aparan əməlləri görməyə səy göstərər və Cəhənnəmdən uzaqlaşdıran əməlləri tərk etməyə səy göstərər. Nəfsin təmizlənməsi üçün üç meyar vardır.
1. İnsan nəfsini, qəlbini islah etməklə təmizləyir. Qəlbində Tövhidi və İxlası yerləşdirməklə. Qəlbdə ixlasın olması nəfsin təmizlənməsi üçün ən əzəmətli şeylərdən biridir. Çünki insanın qəlbində müştərək sevgilər vardır. Əgər insanın nəfsində Allah sevgisi ən ucadırsa nəfsin istəkləri də Allahın istəyinə uyğun olacaqdır və qəlbində olan ixlas daha böyük olacaqdır. Bununla da onun Allaha yönəlməsi günbəgün artacaqdır. İxlasa tabe olur qəlb ibadətləri. Çünki qəlb ibadətlərinin əsası ixlasdır. Qəlbin islahı da yalnız qəlbin Allahla olması ilə olur. Qəlbdə ən əzəmətli bir şey Allah olmalıdır. Nəfsin islahı, düzəlməsi, təmizlənməsi ən uca mətləblərdəndir. Allah və Rəsulu bəndə üçün ən sevimli bir şey olmalı-dır. Bəndəni hərəkətə gətirən sevgidir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «İnsanların hər bir işində onları hərəkətə gətirən sevgidir. Əgər insan axirət diyarını sevərsə ona tərəf hərəkət edər. Əgər dünyanı sevərsə onun üçün hərəkət edər». Hər bir şeyin kökü, əsası məhəbbətdən irəli gəlir. İnsanın qəlbində olan məhəbbətin miqdarına, əzəmətinə görə insan da sevdiyi şeyə yönəlməsi, hərəkəti yaranır. Əgər Allah və Rəsulu insana hər bir şeydən sevimlidirsə insanın hərəkəti, bədəni, əzaları Allaha itaətdə olacaqdır.
2. Bəndə Allahın əmrlərini yerinə yetirməli və qadağalarından çəkinməlidir. Bəndə nəfsini itaətə yönəltməlidir. Bununla da nəfs təmizlənir. Bəzi alimlər əmrləri tərk etməyin günahını qadağaları etməyin günahından daha üstün görürlər, bəziləri isə əksinə fikirləşirlər. Lakin əsas odur ki, bunların ikisində də nəfsin təmizlənməsi vardır. Bəzən insanların çoxu nəfslərinə qarşı səhlənkar yanaşaraq fərzləri tərk edir, qadağaları işləyirlər. Bundan sonra da onun nəfsində boğazdan keçməyən bir loxma kimi çətinlik yaranır. Günahın ardıyca digər bir günah gəlir. Sələflər deyirlər ki: «Əgər sən görsən ki, bir nəfər günah edir bil ki, onun bundan başqa da günahları vardır. Əgər görsən ki, bir nəfər xeyirli işlər görür bil ki, onun bundan başqa da xeyirli işləri vardır. Şəkk yoxdur ki, yaxşı əməl özü ilə yaxşı əməl gətirir, pis əməlin ardınca isə digər bir pis əməl gəlir». Sən bilməlisən ki, sənin malik olduğun ən qiymətli şey nəfsindir.
3. Bəndə öz nəfsini daima hesaba çəkməlidir və nəfsindən qafil, bixəbər olmamalıdır. Bəndə nəfsindən qafil qalarsa nəfs istədiyini edər. Əgər nəfsini tərk edərsə nəfs istədiyinə uyar və sonra arzular, xəyallar içərisində olar. İnsan nəfsini pis şeylərdən çəkindirməli, nəfsini xeyirə və Allaha itaətə yönəltməlidir.
13. Şeytan – Adəm – əleyhissəlam – dan günümüzə qədər insanlığın ən azğın düşməni şeytandır. O, hər insanın ən amansız düşmənidir. Hər ibadət, itaət və saleh əməllərə görə insanlara kin duyar. Şübhələrdən, şəhvət və digər fitnə, fuhuş və bəlalardan doğan bütün günahları onlara sevdirir. «O, sizə pis və murdar şeyləri görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edir». (əl-Bəqərə 169). «Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də sənin düz yolunun üstündə oturub insanlara mane olacağam. Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən». (əl-Əraf 14-17). İbn Abbas - radıyallahu anhu – deyir ki: «Sonra onlara qarşılarından – onları axirətləri haqqında şübhəyə salacağam, sonra onlara arxalarından gələcəyəm – yəni onlara dünyanı çox sevməyə təşviq edəcəyəm, sağlarından gələcəyəm – yəni dinlərində onları tərəddüdə salacağam (yaxşı əməllər tərəfdən), sollarından gələcəyəm – yəni onları günah etməyə həvəsləndirəcəyəm. Şeytan üstlərindən deməyə (cürət etmədi) bacarmadı. Çünki bilirdi ki, üstlərində nəzarətçi Allahdır. İmam Şabi – rahmətullahi aleyhi – deyir ki: «Uca və Böyük olan Allah rəhməti onların üzərindən enər»103. «Sənin izzətinə qüdrətinə and olsun ki, onların hamısını azdıracağam. Yalnız Sənin sadiq bəndələrindən başqa». (Sad 82). «İblis dedi: Ey Rəbbim! Məni azdırmağına and içirəm ki, mən də insanlara (günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxardacağam». (əl-Hicr 39). «Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin. Kim şeytanın getdiyi yolla getsə o, sizi çirkin və pis işləri görməyi əmr edər». (ən-Nur 21). «Şeytan Adəmə vəsvəsə edib dedi: Sənə əbədiyyət ağacı və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi». (Ta ha 120). «Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halalından yeyin. Şeytanın izi ilə getməyin. Həqiqətən şeytan sizin açıq-aydın düşməninizdir. O, sizə pis və murdar şeyləri görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edir». (əl-Bəqərə 168-169). «Həqiqətən şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O, özünə uyanları Cəhənnəm əhli olmağa çağırır». (Fatir 6). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şeytan Adəm oğlunun yollarında oturur. Onun İslam yoluna oturaraq deyir: «Müsəlman olub öz dinini, atalarının, babalarının dinini buraxacaqsan. Adəm oğlu ona qarşı çıxaraq müsəlman olur. Sonra şeytan hicrət yolunda oturur və: «Hicrət edirsən, öz yurdunu, ölkəni tərk edirsən. Ömür boyu at belində gəzən birisimi olcaqsan» deyər. Adəm oğlu ona qarşı çıxaraq hicrət edər. Sonra şeytan onun cihad yolunda oturar və: «Cihad edirsən. Bu canını və malını çətinliyə salma, təhlükəyə atma. Vuruşaraq öldürüləcəksən. Zövcən başqasına nigahlanacaq, malın dağıdılacaq». Adəm oğlu ona qarşı çıxaraq cihad edər. Kim belə edərsə onu Cənnətə qoymaq Allah üzərinə bir haqdır. Kim şəhid olarsa onu Cənnətə salmaq Allah üzərinə bir haqdır»104. İbm Qeyyim – rahmətullahi aleyhi – ən-Nəs asursinin təfsirini edərkən şeytanın təhlükəsini, vəsvəsəsini və şərini belə açıqlayır: «Şeytanın şəri altı mərtəbədir. Adəm oğullarını bu mərtəbədən birinə salmaq istəyər. 1. Şirk və Küfr şərri. Allah və Rəsuluna düşmən olma şərri. 2. Bidət mərtəbəsi. Bu mərtəbə şeytan üçün fısq və günah mərtəbəsindən daha sevimlidir. 3. Böyük günahlar mərtəbəsi. 4. Kiçik günahlar ki, çox edildikdə sahibini həlak edir. 5. Savabı və günahı da olmayan mübah əməllərlə məşğul etmək. Qulun vaxtını boş şeylərə keçirməklə məşğul edər. 6. Daha fəzilətli əməl varkən, ondan aşağı olan fəzilətli əməli etməklə məşğul edər»105.
GÜNAHLARA YOL AÇAN BƏZİ SƏBƏBLƏR VƏ ONLARIN DƏRMANI
Şübhəsiz ki, günahlara yol açan səbəbləri bilmək, qəlbi günahlara qarşı müalicə etməyə və onları tərk etməyə kömək olur. Xəstəliyin müalicəsi də ona yol açan səbəbləri aradan qaldırmaqla olur. Burada günaha yol açan səbəbləri, hamısını olmasa da Allahın nəsib etdiyi qədərini açıqlamağa çalışacağıq. Allahdan mənə və bu kitabı oxuyanlara günahları tərk etməkdə kömək olmasını diləyirik.
1. İmanın zəifliyi və təqvanın yoxluğu – İmanı gücləndirmək, qəlbi təqva və Allah qorxusuyla diriltmək. İman və Təqva gücləndikcə Allah qorxusu da artar. Allah qorxusu günahları tərk etmək üçün ən mühüm müalicə yoludur. İbn Həcər Heytəmi – rahmətullahi aleyhi – deyir ki: «Bil ki, insanı günahlardan uzaq edən ən böyük şey Allahdan qorxmaq, Onun güc və intiqamından çəkinmək, cəza, əzab və qəzəbindən çəkinməkdir. Bu səbəblə onun əmrinə zidd davrananlar, başlarına bir bəla və ya müsibətin gəlməsindən qorxsunlar»106. Qorxu Allaha yaxın ola bilmək üçün qulları elm öyrənməyə və əməl etməyə sövq edən bir qamçıdır, əzaları günahlardan çəkindirən və onları ibadətlə bağlayan, pis arzu və zövqləri yandıran, əzaları tərbiyyə edən, qəlbi itaətkar və alçaq könüllü edən, təkəbbürlüyü, riyanı, həsəd və kini uzaqlaşdıran ən böyük səbəbdir. Beləcə qəlb diqqətini qorxduğu şey üzərində toplayar, pis aqibət haqqında düşünər və boş şeylərlə məşğul olmaz. Qorxunun olmaması qəflət və günahlara düşməyə səbəbdir, həddən artıq qorxmaq isə ümüd kəsməyə yol açar. Qulun günah etməməyə səbr etməsi onun imanının qüvvəsinə bağlıdır. İmanı nə qədər güclü olarsa səbri də qüvvətli olar. Amma iman zəif olarsa səbri də zəif olar. Sağlam bir imana sahib olmadan haram və günahları tərk edə biləcəyini zənn edən kimsə xəta edər. Əgər qəlbdə iman lampası güclənib onun nuru qəlbin hər bir güşəsini nurlandırdıqda bu nur əzalara da yayılar. Beləcə əzalar imanın bu çağırışına həmən qulaq verər, itaətsizlik və tənbəllik etmədən ona itaət edərlər.
2. Allahı tanımamaq, əmr və qadağalarını bilməmək – Allahı tanımaq, İsim, Sifət, əmr və qadağalarını öyrənmək. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Cəhalət öldürücü bir xəstəlikdir, onun şəfası isə iki şeydədir: Quran və Sünnə. Həkimi isə Rabbani alimdir». Ömər b. AbdulBərr – rahmətullahi aleyhi – dedyir ki: «Cahil kimsə yaşı çox olsa da uşaqdır, alim isə yaşı az olsa da böyükdür».
3. Allahın əfvinə güvənib bağışlanma xəyallarına dalmaq – Allahın əfvinə ümüdlü olmaqla boş xəyallara dalmaq arasındakı fərqi öyrənmək. İnsanlardan bir çoxları böyük günahlar edir, ibadətlərdən uzaq olurlar, sonra da elə zənn edirlər ki, Cəhənnəmə düşüb bir az yandıqdan sonra Cənnətə girəcəklər. Şeytan sahib olduğu hiylələri ilə insanların bir çox ibadətlərlə başlarını qataraq onların doğru yolda olduqlarını və yaxşı işlər etdiyini onlara vəsvəsə edər. Belələrini görürsən ki, bir-iki dəfə sədəqə verir, lakin fərz zəkatı vermir, haramdan qazanan bir kimsə elə zənn edir ki, bir-iki quruş sədəqə verməklə malını təmizləyir, halbuki bilmir ki, Allah pis malı qəbul etməz. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Ey boş xəyallara aldanan kimsə! Bil ki, Allah İblisi ona əmr etdiyi bir tək səcdəni etmədiyinə görə lənətlədi və uca məqamından qovdu, Adəm – əleyhissəlamı - ı yediyi bir loxma səbəbilə Cənnətdən çıxardı»107.
4. Şübhə və arzuların çoxluğu – Haqqı dəlilləriylə öyrənmək, dini fitnələrdən qorunmaq, Quran və Sünnəyə sarılmaq. Yəhyə b. Muaz – rahmətullahi aleyhi – deyir ki: «Mənə görə ən böyük aldanma günah etməyə davam edib peşmançılıq çəkmədən bağışlanacağını, itaət və ibadət etmədən Allaha yaxın olacağını, Cəhənnəm toxumlarını əkib Cənnətə girəcəyini, üsyanlar edərək itaətkarlarla bir yerdə olacağını, əməl etmədən mükafat alacağını və həddi aşdığı halda Allahın rəhmət etdəcəyini zənn etməkdir»108. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Allahdan qaçaraq Onu qəzəbləndirəcək yerlərə gedən, Onun lənətini haqq edən, əmirlərini zay edən, qadağalarını bəsit görən bir kimsə necə Allah haqqından hüsnü zənn edə bilər? Allaha döyüş açan, Onun dostlarına düşmən, düşmənlərinə dost olan, kamil sifətlərini inkar edən kimsə necə Allah haqqında yaxşı niyyətlər bəsləyə bilər? Yenə də Allahın danış-madığını, əmir və qadağa qoymadığını, razı olmadığını, qəzəblənmədiyini zənn edən bir kimsə Allah haqqında necə hüsnü zənn sahibi ola blər? Hüsnü zənn Rəca/ümidli olmaq deməkdir. Kimin ümidü onu itaətə yönəldirsə və üsyandan uzaqlaşdırırsa bu doğru bir ümüddür. Lakin təmbəlliyi ümid zənn edən, ümidi də tənbəllik qəbul edən kimsə aldanmış deməkdir»109. İbn Rəcəb – rahmətullahi aleyhi – deyir ki: «Rəcadan qəsd edilən budur: Hər hansı bir qüsur edən kimsə Allah haqqında hüsnü zənn edər və Onun günahını bağışlayacağını ümid edər. Bir ibadət etdikdə də Allahın onu qəbul etməsini umar. Lakin cəzalandırmayacağını ümid edərək günahlara baş vuran və onları tərk etməyən və peşmançılıq hissi də keçirməyən bir kimsə özünü aldadır deməkdir». Əbu Osman əl-Cizi deyir ki: «Qurtulmağın əlamətlərindən biri itaət və ibadət edib onun qəbul olmamasından qorxmaqdır. Həlak olmağın əlamətlərindən biri də üsyan edib qurtulacağını ümüd etməkdir»110. İbnul Covzi – rahmətullahi aleyhi – deyir ki: «Dünyanın aqibətini düşünən tədbirini görər, yolun uzun olduğunu bilən səfərinə hazırlıq görər, bir şeyə inanan və sonda onu unudan, Allah qorxulmaya daha layiq ikən insanlardan qorxan kimsə sənin halın necə də qəribədir? Başqalarının ölümü sənə sənin də öləcəyini göstərir, başqalarının yatdığı yer sənə də yatacağın yeri göstərir. Sən isə sanki bunlardan xəbərsizsən».
Dostları ilə paylaş: |