Yetimə Baxmağin Fəziləti: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən və yetimin hamisi Cənnətdə bu iki barmaq kimi və ya bu barmaqların nisbətinə bənzər olacaqdır». Sufyan b. Uyeynə orta barmağı ilə işarə barmağını birləşdirdi. Əbu Bəkr b. Həfs deyir ki, İbn Ömər yemək yedikdə həmişə süfrəsinin arxasında yetim olardı». Davud dedi: «Yetimə doğma ata kimi ol! Bil ki, nə əkərsən onu da biçərsən…». Əsmə b. Ubeyd rəvayət edir ki, mən ibn Sirinə dedim: «Evimdə yetim var (ona nə qayğı göstərim)?» dedim. O: «Övladına nə (yaxşılıq) edirsənsə ona da elə, övladını nəyə görə vurursansa onu da vur!». Buxari «Ədəbul Mufrad» 133,136,138,140.
|