2. Ədəbi tənqid anlayışı


Ədəbi tənqid – müəyyən konsepsiya və ədəbi meyllərin nəzə- ri dərki işığında sənət əsərlərini dəyərləndirmə və şərh etmə vasitəsidi



Yüklə 27,86 Kb.
səhifə2/9
tarix10.01.2023
ölçüsü27,86 Kb.
#122134
1   2   3   4   5   6   7   8   9
Sənəd-2

Ədəbi tənqid – müəyyən konsepsiya və ədəbi meyllərin nəzə- ri dərki işığında sənət əsərlərini dəyərləndirmə və şərh etmə vasitəsidi.
Ədəbi tənqidin elmi-nəzəri səviyyəsini və peşəkarlığını bədii ədəbiyyatın inkişaf səviyyəsi müəyyənləşdirir. Ədəbiyyat yeni bdədəyərlər qazandıqca, ədəbi tənqid də təhlil, tendensiya, metod yaradıcılığı baxımından zənginləşir.
3. Ədəbi tənqidin klassik janrları
Klassik janrlar tarixən Azərbaycan ədəbi tənqidində uzun əsrlər mövcud olmuş, zaman keçdikcə arxaikləşərək işləkliyini itirmişdir. Ədəbi tənqidin klassik janrlarına şərh, ədəbi risalə, dibaçə və təzkirələr daxildir.
Şərh janrının əsas məqsədi bədii əsəri sadə, aydın, anlaşıqlı bir dildə izah etmək, orada qaldırılan problemlərin təfsirini vermək, müəlliflə oxucu arasında müəyyən əlaqə yaratmaq olmuşdur. Şərhlərdə ayrı-ayrı şairlərin əsərləri misra-misra, beyt-beyt izahını tapmış, ifadə olunmuş fikir və mənaların açılmasına çalışılmışdır. Şərhçilər təhlil prosesində, eyni zamanda, özlərinin söz və sənət haqqında fikirlərini ifadə etmiş, digər tədqiqatçılarla mübahisələrə də müəyyən yer vermişlər. Şərhin ilk nümunələri X yüzildə ǝrǝb ədəbiyyatşünaslığında yaranmışdır.Əsərlərini ərəb dilində yazmış görkəmli Azərbaycan ədəbiyyatşünası Xətib Təbrizi şərh janrının bir sıra dəyərli nümunələrini yaratmışdır. Onun qələminə məxsus «On qəsidənin şərhi»>, «Banat Suad qəsidəsinin şərhi», «İbn Düreydin «Məqsurasinin şərhi, Mufaddaliyyatoin şərhi», «Soqt az-zondoin şərhi, «Əbu Tǝmmam divanının şərhi», «Əl-Həmasənin şərhi» kimi əsər- lər bu janrın ən mükəmməl örnəkləri hesab edilməkdədir. Qeyd etmək lazımdır ki, Xətib Təbrizi şərhçilikdə ona qədər mövcud olan müxtəlif istiqamətləri öz yaradıcılığında birləşdirmiş və şeirin hərtərəfli təhlili metodunun əsasını qoymuşdur. Şərhçilikdə Xətib Təbrizinin ənənələrini Yusif Xoylu uğurla davam etdirmiş, Əbul Əla Məǝrrinin «Səqt əz-zənd» divanına yazdığı «Şərh ət Tənvir>> əsəri ilə bu janra bir sıra yeniliklər gətirmişdir.

Yüklə 27,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin