2. Ədəbi tənqid anlayışı



Yüklə 27,86 Kb.
səhifə7/9
tarix10.01.2023
ölçüsü27,86 Kb.
#122134
1   2   3   4   5   6   7   8   9
Sənəd-2

Ədəbi icmal – müəyyən bir dövrün ədəbiyyatının təhlil obyektinə çevrildiyi, hər hansı janrın konkret zaman kəsiyində xülasəsinin verildiyi, yaxud hansısa mətbuat orqanının bədii məhsullarını sistemli şəkildə araşdırıldığı tənqidi yazı örnəyidir. Aralarında müəyyən bənzərliklər olsa da, ədəbi icmallar resenziya janni ilə qarışdırılmamalıdır.
Ədəbi icmallar xülasə xarakterli yazı türü olduğu üçün burada ciddi elmi axtarışlardan daha çox, müraciət olunan dövrün (ədəbi növün, janrın) ümumi-nəzəri mənzərəsinin yaradılmasına çalışılır, həmçinin gəlinən nəticələrin etibarlılığını təmin etmək üçün meta analiz aparılır, statistik bilgilər sərgilənir.
Ədəbi icmal yazan tənqidçi gələcəyə yönəlik düşüncələrini ifadə etmək üçün ədəbiyyatın ümumi inkişaf qanunauyğunluq- larından, başlıca problemlərindən, mövcud cǝrǝyan və axınlardan xəbərdar olmalıdır.Azərbaycan ədəbi tənqidində Firidun bəy Köçərli və Seyid Hüseynin ədəbi icmalları janrın ilk örnəklərini təşkil etməkdədir. Sovet hakimiyyəti illərində Hənəfi Zeynallı, Əli Nazim, Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Cəfər, Yaşar Qarayev, Şamil Salmanov və digər tənqidçilər ədəbi icmal janrının dəyərli nümunələrini varatmıslar
Ədəbi dialoq iki və daha artıq yazıçı, ədəbiyyatşünas və ya tənqidçi arasında qarşılıqlı ünsiyyət və mükalimə fonunda gerçǝkləşən tənqidi yazı şəklidir. Klassik dönəmdə dialoq fəlsəfənin janrı kimi meydana gəlmiş, zaman-zaman işləkliyini qoruyub saxlamışdır.
Bilindiyi kimi, qədim yunan ədəbiyyatında fəlsəfi əsərlərin yazılışında dialoq formasından geniş şəkildə istifadə olunurdu. Bu forma mürəkkəb fəlsəfi problemləri sadə bir dillə izah etmək məqsədindən qaynaqlanırdı. Şübhəsiz ki, ədəbi dialoqlar da öz başlanğıcını həmin əsərlərdən almış və zaman keçdikcə tənqidin janrına çevrilmişdir.
Ədəbi dialoqlar mövzu dairəsinin müxtəlifliyi və rəngarəngliyi ilə seçilir. Burada ədəbiyyatın çeşidli problemləri, dialoqa qatılan müəlliflərin konkret yaradıcılıq örnəkləri, habelə cəmiyyəti narahat edən aktual ictimai-siyasi məsələlər öz əksini tapır.
Söhbət və ünsiyyət əsasında yarandığı üçün ədəbi dialoq çətin, mürəkkəb, akademik üslubda deyil, sadə, aydın, anlaşıqlı bir dil- də yazılır. Buna görə də ədəbi dialoqun forması, janr özəlliyi ən mürəkkəb məsələlərdən sadə şəkildə bəhs olunması üçün imkanlar açır.
Ədəbi dialoqun gedişində sualların qoyuluşu, müzakirənin istiqaməti jurnalist və ya tənqidçi tərəfindən yönləndirilir. Ancaq bəzən jurnalist və ya tənqidçinin müdaxiləsi olmadan da ədəbi dialoqun gerçəkləşməsi mümkündür.Azərbaycan ədəbiyyatşünaslığında ədəbi dialoq janrına ilk dəfə Mirzə Fətəli Axundzadənin yaradıcılığında təsadüf olunur. Ədibin <Bəhs olunan məqalədə Mirzə Fətəli ədəbi dialoq janrının imkanlarından bəhrələnərək Rzaquluxan Hidayatin yazdığı şeirlərin ideya-məzmun və bədii sənətkarlıq cəhətdən zəif olmasına diqqəti çəkmişdir.

Yüklə 27,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin