2. Ədəbi tənqid anlayışı



Yüklə 27,86 Kb.
səhifə1/9
tarix10.01.2023
ölçüsü27,86 Kb.
#122134
  1   2   3   4   5   6   7   8   9
Sənəd-2


2. Ədəbi tənqid anlayışı.
Ədəbi tənqid bədii əsərləri təhlil etmək, dəyərləndirmək, onun məziyyətlərini və qüsurlarını üzə çıxarmaq, bütövlükdə ədəbiyyat haqqında fikir və mülahizələr yürütmək sənətidir. Tənqid adabiyyatın spesifik inkişaf qanunauyğunluqlarmı, təmayül və cərəyanlarını öyrənir, ədəbi prosesə istiqamət verir, onun gələcək inkişaf yollarını müəyyənləşdirir
Bədii sənətin keyfiyyətinə və kamilliyinə cavabdehlik funksıdığı üçündür ki, tanqidin səviyyəsi aslinda ədəbiyyatın inkişaf səviyyəsini əks etdirir. Təsadüfi deyildir ki, bədii ədəbiyyatın uğur və nailiyyətləri bir çox hallarda ədəbi tənqidin və nəzəri-estetik fikrin fonunda dəyərləndirilir. Tənqid bədii ədə- biyyatın kamilliyi, saflığı, yüksəlişi uğrunda mübarizə aparmaqla yanaşı, ədəbi dəyərlərin müəyyənləşdirilməsi, yaşadılması, təbliği məsələlərini də həyata keçirir.
Rus şairi A.S.Puşkin ədəbi tənqidin esetetik mahiyyətini səciyyələndirərək yazırdı: «Tənqid incəsənət və ədəbiyyat əsərlərində gözəlliyi və nöqsanları kəşf etmək elmidir. O, sənətkarın və ya yazıçının öz əsərində rəhbər tutduğu qaydaları kamil şəkildə bilməyə, nümunələri dərindən öyrənməyə və müasir dövrümüzün örnək sənət hadisələrinin praktiki müşahidəsinə əsaslanır» (434, 118).
Ədəbi tənqid bədii mətnin dəyərləndirilməsində müasirlik mövqe yindən çıxış edir, yalnız ədəbiyyat haqqında fikir və mülahizələr söyləməklə qalmayıb, həmçinin təhlilə cəlb etdiyi bədii əsərlər fonunda zamanın aktual hesab olunan sosial-mənəvi problemlərinin həlli yollarını arayır və ictimai düşüncəni bu istiqamətə yönəltməyə çalışır.
Ədəbi tənqid mövcud bədii əsərləri qapalı, məhdud çevrədə deyil, mənsub olduğu milli ədəbiyyatın nəzəri-estetik dəyərləri və təcrübəsi fonunda, habelə dünya ədəbiyyatı və mədəniyyətinin qa zandığı uğur və nailiyyətlər işığında şərh və təhlil edir.Ədəbi tənqid antik dövrdə Yunanıstan və Romada, habelə Hindistanda, Çində mövcud olmuş, lakin daha çox tətbiqi funksiya daŞımışdır. Azərbaycanda isə Xətib Təbrizinin XI əsrdə qələmə aldı- ğı poetik risalə və şərhlər ədəbi tənqidin ilk örnəkləri hesab olunur. Azərbaycan ədəbiyyatşünaslığında işlanan ərəb mənşəli <<>, <, daha sonra Avropa mənşəli «>> (criticism) terminini Avropa ədəbiyyatşünaslığına XVII yüzildə ingilis adibi Con Drayden gətirmişdir. Azərbaycan ədəbi estetik fikrində isə « istilahına vermişdir.
Qeyd etmək lazımdır ki, ədəbi tənqid anlayışının əhatə dairəsi müxtəlif xalqlarda fərqli səciyyə daşımaqdadır. Rusiyada və keç miş Sovetlər Birliyi ölkələrində olduğu kimi, Azərbaycanda da adabi tanqid adabiyyat nazariyyasi va adabiyyatşünaslıqdan ayrı dərk olunur və əsas etibarilə müasir ədəbi prosesə yönəlik araş- dırmalar aparır. Qərb ədəbiyyatında isə ədəbi tənqid anlayışının hüdudları daha geniş olmaqla ədəbiyyat adına yazılan bütün araş- dırmaları ehtiva edir.
Ədəbi tənqidin predmetini müasir ədəbi proses təşkil etsə də, onun nüfuz sferası yalnız təhlil obyekti kimi seçdiyi dönəmlə məh- dudlaşmır, bütövlükdə klassik bədii düşüncənin elmi-nəzəri ümu- miləşdirməsi ilə xarakterizə olunur. Qarşı tərəfdən ədəbi tənqidin predmetini oluşduran müasir ədəbi proses anlayışı da xronoloji baxımdan dəqiq hüdudlara söykənmədiyindan şərti səciyyə daşıyır.

Yüklə 27,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin