2. Ədəbi tənqid anlayışı



Yüklə 27,86 Kb.
səhifə5/9
tarix10.01.2023
ölçüsü27,86 Kb.
#122134
1   2   3   4   5   6   7   8   9
Sənəd-2

Açıq məktub – müasir ədəbi tənqidin özünəməxsus formaya və yazı üslubuna malik olan janrlarından biridir. Tənqidçinin yazıçıya (yaxud da əksinə) məktub formasında ünvanlanmış ədəbi-nəzəri düşüncələrini ifadə edən bu janr dilinin sadəliyi, səmimiliyi ilə diqqəti çəkir.
Ədəbi tənqidin bir sıra janrlarından fərqli olaraq açıq məktubda yerli-yersiz terminlərə, anlaşılması çətin olan kəlmələrə istinad edilmir, fikrin sadə, aydın şəkildə ifadəsinə üstünlük verilir. Məktub formasında qələmə alın- dığından bu janra xas olan cəhətlərdən biri fikrin səmimi, nəzakət qaydalarına uyğun tərzdə ifadə olunmasına çalışılmasıdır.
Şübhəsiz ki, açıq məktub janrı klassik ədəbiyyatda sıx-sıx tǝ- sadüf olunan, poetik şəkildə qələmə alınan məktub formasından qaynaqlanmaqdadır. Mirzə Fətəli Axundzadənin dərc olunmaq üçün İranın <> Qəzeti münşisinə ünvanladığı, lakin bəlli səbəblərdən yayınlanma- yan <Ədəbi portret – müasir tənqid və ədəbiyyatşünaslığın geniş maraq doğuran, lakin yazılışı ciddi yaradıcılıq axtarışları tələb edən janrlarından biridir. Bu janrın əsas özəlliyi ədəbi şəxsiyyətin obrazının, portretinin yaradılması, yaradıcılıq fardiyyətinin dǝyǝrləndirilməsi ilə səciyyələnir.
Ədəbi portretin tənqid və ədəbiyyatşünaslığın janrı kimi əsası XIX əsr fransız ədəbiyyatşünası Şarl Sent Böv tərəfindən qoyulmuşdur. Ədəbi portret janrında əsər yazan tənqidçinin üç mühümmndiqqət yetirməsi zəruridir: Bioqrafiya, müəllifin sənətd nəhayət yazarın epoxa və cəmiyyət kontekstində gerçək fəaliyyəti. Ədəbi portretlərdə şair, yazıçı və ya tənqidçinin həyat və yara- dıcılığının oxuculara məlum olmayan tərəflərinə daha çox diqqət yetirilir. Xüsusilə, sənətkarın bioqrafiyasını bilinməyən məqamlan, yazı üsulu, dünyagörüşü, nəşr edilmiş əsərlərinin yazılma səbəb- ləri, variant nüsxələri, qəhrəmanlarının prototipləri, təsirləndiyi və bəhrələndiyi qaynaqlar və s. Məsələlər bəhs olunan janrda yazılmış ədəbi tənqidi yazı müəllifini düşündürən problemlərdəndir.
Polemik məqalə- müəyyən mübahisə və ya polemikaya aydınlıq gətirmək maqsadila yazılmış ədəbi-nəzəri səpkili asardir. Başqa sözlə, janrın əsasında bütövlükdə ədəbi-nəzəri fikri düşündürən və maraqlandıran müəyyən bir mübahisəli məqam dayanır. Şübhəsiz ki, ədəbi tənqidin istəlinən janrında qələmə alınmış hər hansı yazıda polemika doğuracaq motivlərin olması müm- kündür. Lakin polemik məqalədə qaldınlan problem aydınlığı ilə seçilir, yazılan əsərin məqsədinə xidmət edir, həmçinin mübahisəl məsələ Mmüəllifin bəlli şərhləri ilə müşayiət olunur. Bəzən polemik məqalələr yeni-yeni tənqidi yazıların yaran- masına səbəb olur; onun əsas missiyası da məhz bundan ibarətdir. Azərbaycan ədəbiyyatşünaslığında bədii yaradıcılıq metodu, sərBəst şeir, intibah ədəbiyyatı və s. Mövzularda yazılmış polemik məqalələr ədəbi ictimaiyyətin diqqət və marağına səbəb olmuşdur.Polemik məqalələr üçün səciyyəvi cəhətlərdən biri qaldırılan problemlərin dəqiq elmi-nəzəri dəyərinin verilə bilinməməsidir. Ona görə də bu səpkili yazılar polemika doğuran mövzunun müxtəlif prizmalardan Dəyərləndirilməsi ilə müşayiət olunur. Bəzən də mübahisələrin bit- məməsi zaman-zaman problemə təkrar dönülməsinə səbəb olur.

Yüklə 27,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin