Monoqrafiya-yunan mənşəli termin olub mono (vahid, eyni) va qrafiya (yazmaq) sözlərinin birləşməsindən yaranmışdır. Ədəbi tanqid va adabiyyatşünaslığı müştərək janrı hesab olunan monoqrafiya hər hansı bir problemin, yazıçının və ya ədəbiyyatşünasın yaradıcılıq yolunun sistemli şəkildə araşdırıldığı janr kimi diqqəti çəkir.
Monoqrafiya müasir dövrdə ədəbiyyat tarixinin yaradılmasında əsas qaynaqlardan biri kimi mühüm əhəmiyyətə malikdir. Digar janrlardan fərqli olaraq monoqrafiya həcm etibarı ilə böyük olur və oxuculara ayrıca kitab şəklində təqdim edilir. Daha çox ədəbiyyatşünaslığa yaxın olan bu janra bəzən tənqidçilərin də müraciət etməsi təhlil və tədqiq olunan ədəbi şəxsiyyətin, yaxud hansısa nəzəri problemin sistemli və hərtərəfli şəkildə araşdırılması zərurətindən irəli gəlir.
Monoqrafiya qaynaqlar və məxəzlər əsasında yazılır və araşdırmanın sonunda istifadə olunmuş ədəbiyyatın siyahısı – biblioqrafiya verilir.
Azərbaycan ədəbi tənqidində janrın tələblərinə bütünlüklə cavab verməsə də, Mirzə Məhəmməd Axundovun «<Şeyx Nizami>>> (Gəncə, 1909) və Firudin bəy Köçərlinin «Mirzə Fətəli Axundov> (Tiflis, 1911) adlı əsərləri monoqrafiyanın ilk nümunələri kimi dəyərləndirilə bilər. Sonralar Məmməd Arifin «Cəfər Cabbarlı- nın yaradıcılıq yolu», Mikayıl Rəfilinin «Mirzə Fətəli Axundov»>, Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami»>, Mir- zə İbrahimovun <, Bəxtiyar Vahabzadənin «Səməd Vurğun»>, Yaşar Qarayevin «Azərbaycan realizminin mərhələləri»>, Bəkir Nəbiyevin «, Tofiq Hüseynoğlunun Ədəbiyyatla yaşayıram», Rafael Hüseynovun << və başqa də- yərli monoqrafiyalar yaranmışdır.Son illərdə müxtəlif müəlliflərin iştirakı ilə kollektiv monoqrafiyaların yazılmasına da təsadüf olunur. Şübhəsiz ki, burada ayrı-ayrı müəlliflərin araşdırılan problemin fərqli aspektlarina yönəlik şərhi önə çəkilir.
10,11,12,13,14,15,16,17,18 9-cu sualın tərkibindədir.