151. Düz okklyuziya nə zaman istifadə olunur?
A) Ambliopiyanın müalicəsində istifadə olunur.
B) Akkomodasiyanın spazmının müalicəsində istifadə olunur.
C) Görmə sinirinin atrofiyasının müalicəsində istifadə olunur.
D) Refraksion pozğunluqların aradan qaldırılmasında istifadə olunur. E) Qlaukomanın müalicəsində istifadə olunur.
152. Fokus məsafəsi 0,5 m olan linzanın şüasındırması:
A) 1,0 D-dır.
B) 4,0 D-dır.
C) 0,5 D-dır.
D) 0,1 D-dır.
E) 2,0 D-dır.
153. Yetişmiş kataraktanın müalicəsi:
A) Yalnız cərrahidir.
B) Xəstənin istəyindən asılı olaraq ya cərrahi, ya da konservativdir.
C) Konservativdir.
D) Qeyri-cərrahidir.
E) Yoxdur.
154. Birincini açıq bucaqlı qlaukoma zamanı gözun ön kəsiyinin biomikroskopik dəyişiklikləri hansıdır?
A) Ön kameranın qapalı bucağı, güzehli qişanın ön səthində pigmentin despersiyası. B) Qüzehli qişanın piqment haşiyəsinin destruksiyası, bəbək kənarının diffuz atrofiyası, ön kameranın geniş bucağı.
C) Bəbək kənarı boyu və ön kamera bucağında, trabekula üzərində “pulcuqların” mövcudluğu, fəsadlı katarakta.
D) Qüzehli qişanın koloboması, büllurun diffuz bulanması.
E) Bəbəyin gen olması, billürda “günəbaxan” figurunun mövcudluğu.
Dostları ilə paylaş: |