12.2. TARALARIN TƏSNİFATI
Taralar çox müxtəlif əlamətlərinə görə ayrı-ayrı növlərə bölünür. Hər bir tara növü texniki, iqtisadi və təşkilatı göstəricilərinə görə tiplərə və çeşidlərə ayrılır. Bu tiplər və növlər Respublika Sertifikasiya və Standartlaşma Komitəsinin müəyyən etdiyi RST və Texniki şərtlərlə təsdiq edilir. Respublika standartlarının tələbləri, texniki şərtləri və müvafiq təlimatlarında nəzərdə tutulan göstərişlərə görə hər bir tara növünün özü müxtəlif göstəricilərə və parametrlərə görə qiymətləndirilir və növlərə ayrılır. Tara növlərinin müxtəlif olması qablaşdırılan məhsulun fiziki-kimyəvi xassələrinin müxtəlifliyindən, tara materiallarının növündən, məhsulların nəqlediləcəyi məsafədən və şəraitdən, habelə digər amillərdən asılıdır.
Taralar bir çox əlamətlər üzrə, o cümlədən hazırlandığı materialın növünə, qabaritinə, fiziki-kimyəvi xassələrinə və konstruksiyasına, funksional təyinatına, mənsubiyyətinə və istifadə şərtlərinə görə təsnifləşdirilir. (şəkil).
Dostları ilə paylaş: |