İstehlak tarası - istehsalçı firma və ya müəssisələrin hazır məhsullarının ilkin qablaşdırlamasından ibarətdir və məhsullar məhz bu tara növündə son istehlak məntəqələrinə, yerlərinə çatdırılır. Bura qutular, paketlər, bankalar, butulkalar, flakonlar və s. aid edilir. Göstərilən tara növlərinin dəyəri bir qayda olaraq pərakəndəsatış qiymətlərinə daxil edilir. Bu növ taralar bazara malyeridilişi prosesinə köməklik göstərir, satış həcmini artırır və marketinq sahəsində əhəmiyyətli rol oynayır.