2. İSa üMİDSİz xəSTƏ KİŞİ İLƏ GÖRÜŞÜR (Mark 2: 1-12) Ətrafli məlumat



Yüklə 11,68 Kb.
tarix25.10.2017
ölçüsü11,68 Kb.
#12330

2. İSA ÜMİDSİZ XƏSTƏ KİŞİ İLƏ GÖRÜŞÜR (Mark 2:1-12)

ƏTRAFLI MƏLUMAT: İsanın dövründə evlərin yastı damları əhəngdaşından və kirəmitlərdən düzəldilirdi. Orta yaşlı və ya yaşlı insanlarda beyin qansızması olanda adətən iflic olurdular. İflic olmuş insan nə hərəkət edir, nə də danışa bilir. İsa Özünə Bəşər Oğlu deyə müraciət edir.

1. Sizcə yataqda uzanan, danışa və gəzə bilməyən insan xoşbəxt ola bilər?

  • Belə insana gündəlik həyatda nə cür qayğı göstərmək lazımdır?

  • Bu kişinin qayğısına qalan insanın gündəlik həyatını təsəvvür edin.

2. Həmin dövrlərdə bütün yəhudilər Allaha inanırdılar. Bu kişi iflic olduqdan sonra Allah və iman barədə nə fikirləşirdi?

3. Biz 5-ci ayədən görürük ki, bu kişinin vicdanında günahlar var idi. İnsan, hətta gəzə və danışa bilmədiyi halda hansı günahları edə bilər?

  • Sənin firkin nədir: ağrı və xəstəlik bir insan kimi bizi daha da yaxşılaşdırır, yoxsa pisləşdirir?

4. Şəhər boyunca yorğanda iflic kişini daşımaq nəyə görə çətindir?

  • Nəyə görə başqa insanlar evdən çıxıb bu yazıq kişinin İsanın yanına gəlməsinə imkan vermədilər (4)?

  • Nəyə görə dörd dost qapıdan girməyin mümkün olmadığını görüb çıxıb getmədilər?

5. Bu dörd kişinin iflic kişi ilə hansı ünsiyyəti var idi? Mümkün olan müxtəlif cavabları düşünün (3).

  • İflic insanı dama qaldıranda hansı ehtiyat tədbirləri lazım idi? (Ev haqqında öyrənmək üçün ətraflı məlumata baxın.)

  • Damı sındırmaq üçün nə cür alətlər gərək idi? Bu dörd kişi onları haradan əldə etdi?

  • Dam sökülərkən aşağıda otaqdan hansı fikirlər eşidilirdi?

  1. Dörd kişi öz dostlarını İsanın yanına gətirdilər ki, dostları sağalsın. Nəyə görə İsa əvvəlcə onun günahlarını bağışladı (5)?

    • Nəyə görə İsa bu qayda ilə işlədi: əvvəlcə günahları bağışladı və sonra xəstəliyi sağaltdı?

    • İflic kişi üçün keçmişdə olan bütün günahlarının bağışlandığını eşitmək nə demək idi?

      7. Təsəvvür edin ki, siz İsanın yanına gedirsiniz və ən böyük probleminizi həll etməsini xahiş edirsiniz. Əgər O sizə belə cavab versəydi: “Mənim oğlum/mənim qızım, sənin günahların bağışlandı.” Sən sevinərdin, yoxsa kədərlənərdin?

    • Əgər sən seçməli olsaydın, hansı birini seçərdin: yaxşı vicdanı, yoxsa ən böyük probleminin həllini?

 İflic insan həyatının sonunda cənnətə gedəcəyini biləndə öz xəstəliyinə qarşı münasibəti necə dəyişdi?



8. 5-ci ayədə İsa iflic kişinin imanı haqqında deyil, onun dostlarının imanı haqqında danışır. Belə görünür ki, kişinin özünün İsa ilə görüşməzdən əvvəl imanı yox idi. Onun İsaya iman etməyə başladığı ayəni deyin?

 Qanun müəllimləri nəyə görə inanmırdılar ki, İsa günahları bağışlamağı bacarır (7-8)?



9. İsanın 9-cu ayədə verdiyi suala cavab verin.

 İsanın bu kişini sağaltması nəyin bahasına oldu? Kişinin günahlarını bağışlamaq üçün O nə ödəməli oldu?



 10-12-ci ayələrdə təsvir edilənlərə siz də şahid olsaydınız, İsa barədə nə fikirləşərdiniz?

10. XOŞ XƏBƏR SUALLARI: Əgər ürəyiniz etdiyiniz hansısa səhv bir şeyə görə sizi günahlandırırsa, İsanın sizə dediklərinə qulaq asın: “Mənim oğlum/mənim qızım, sənin günahların bağışlanıb!” Öz vədinə görə ödəmək üçün İsa çarmıxda öldü. Onun vədi bu gün sizin üçün nə deməkdir? (Siz öz ürəyinizdə cavab verə bilərsiniz.)

 (Hər bir kəs cavab versin): Bu dərs zamanı öyrəndiyin ən vacib şey nə idi?
Yüklə 11,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin