2 nömrəli Bakı Baza Tibb Kollecinin
direktoru Dilarə Məmmədəliyevaya
21.09.2016-cı il tarixli
05/6181 nömrəli məktuba
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanlanmış xarici ölkələrdə təhsil almış 3 nəfər orta tibb işçisinin təkmilləşdirmə kursu keçməsi barədə müraciətinizə baxılmışdır.
Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na uyğun olaraq təkmilləşmə kursuna göndərilən Abdullayeva Susana Umudəli qızı Rusiya Federasiyasında aldığı orta ixtisas tibb təhsili haqqında diplom üzrə tibbi fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnaməni almaq üçün Səhiyyə Nazirliyinə müraciət etməlidir. Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə müraciət etmək mümkündür.
Digər 2 nəfər barədə məlum edirik ki, Allahverdiyeva (Ömərova) Yeganə Ömər qızının və Nəcəfova (İsmayılova) Rəna Şəmistan qızının adlarına yazılan orta ixtisas tibb təhsili haqqında diplomları barədə Rusiya Federasiyasına sorğu göndərilmişdir. Sorğuya cavab gəldikdə Sizə əlavə məlumat veriləcəkdir.
Kadrlar, elm və təhsil
şöbəsinin müdiri Kəmalə Mehdiyeva
Dostları ilə paylaş: |