2 nömrəli Baki Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyevaya



Yüklə 5,89 Kb.
tarix21.11.2018
ölçüsü5,89 Kb.
#84389


2 nömrəli Baki Baza Tibb Kollecinin

direktoru Dilarə Məmmədəliyevaya

14.04.2016-cı il tarixli

05/5995 nömrəli məktuba

Səhiyyə Nazirliyinə ünvanladığınız xaricdə təhsil alan mütəxəssislərin diplomları barədə müraciətinizə baxılmışdır.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na uyğun olaraq 2000-ci ildən başlayaraq xarici ölkədə tibbi və əczaçılıq təhsili alan mütəxəssislər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnaməni almalıdırlar.

1988-2000-ci illərdə xarici ölkəlrdə orta ixtisas tibb təhsili alan şəxslərin arasında saxta diplomlar aşkar olunduğu üçün həmin illərdə təhsil alan şəxslərin sənədlərinin yoxlanılması məqsədəuyğun hesab olunur. Bununla bağlı təkmilləşdirmə kurslarına göndərilən işçilərinin diplomların surətlərini Səhiyyə Nazirliyinə göndərilməsini xahiş edirik. Orta ixtisas tibb təhsili haqqında diplomları təsdiq olunan tibb işçiləri sertifikasiyaya buraxılırlar.



Kadrlar, elm və təhsil

şöbəsinin müdiri Kəmalə Mehdiyeva
Yüklə 5,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin