İşin gedişi: Təcrübi qurğunun işə hazırlanması. Laboratoriya işində istifadə olunan qurğu şəkildə göstərilmişdir. Təzyiq sensoru istilik maşınının hava çıxışlarından birinə bağlanır. Porşen şkala üzrə 9 sm hündürlüyə qaldırılaraq qurğunun yuxarı hissəsindəki vintin köməyi ilə bərkidilir. İstilik maşınının açıq hava çıxışındakı borucuğun sıxacı bağlanılır. Porşenin bərkidildiyi vinti bir az boşaltdıqda porşen 9 sm hündürlükdə qalır. Təzyiq sensoru interfeysə qoşulur. Kompüterdə «Data Studio» da «İstilik tutumları nisbəti» faylı açılır.
Qurğu üzərindəki məlumatlara əsasən porşenin kütləsi və en kəsiyinin sahəsini təyin edin.
Kompüter proqramında “Start” düyməsini basın.
Kursordan istifadə edərək təzyiqin rəqslərinin periodunun zamandan asılılığını qrafikdən təyin edin. Asılılığı göstərən qrafikin sahəsini genişləndirmək olar. Bir neçə pikə sərf olunan zamanı ölçərək, onu piklərin sayına bölməklə periodu təyin edin. Periodun və porşenin hündürlüyünün uyğun qiymətlərini kompüter proqramındakı cədvəldə qeyd edin.
Porşeni şkala üzrə 8 sm hündürlüyə gətirərək təcrübəni təkrar edin. Hər dəfə porşenin qaldırılma hündürlüyünü 1 sm azaltmaqla bu işi 1 sm hündürlük qalana qədər təkrarlayın.
Barometr vasitəsilə atmosfer təzyiqini təyin edin.
Sonra h=f(T2) asılılığın qurun. Alınan qrafikin meyl bucağının tangensini, yəni qrafikin meylliyini tapın. tg -nın qiymətini (30) düsturunda yazaraq Cp/Cv nisbətini hesablayın. Alınan nəticəni ideal qiymətlərlə müqayisə edin