124. Agent xidmətlərinin iştirakçıları kimlərdir?
A) Prinsipial və agent
B) Fiziki və hüquqi şəxslər
C) Etibarlı idarə edən və benefisiar
D) Müvəkkil şəxs və benefisiar
E) Müştərilər və təsisçilər
125. Trast əməliyyatlarının hansı funksiyaları vardır?
A) Təşkilati, icra, münaqişələrin aradan qaldırılması, nəzarət
B) Tənzimləmə və nəzarət
C) Bölgü və nəzarət
D) Əlaqələndirmə (koordinasiya) və tənzimləmə
E) Təşkilati və sərəncam
126. Mənşəyinə görə “Likvidlik” anlayışı nədir?
A) Duru
B) Çətin
C) Bərk
D) Asan
E) Yumşaq
127. Bankların likvidliyi nədir?
A) Bankların öz öhdəliklərini vaxtında yerinə yetirə bilmək, passivlər üzrə öhdəliklərinin ödəmək üçün öz aktivlərini qısa müddət ərzində pul vəsaitinə çevirə bilmək qabiliyyətidir
B) Kommersiya banklarının normal fəaliyyət göstərməsidir
C) Bankların aktivləri ilə passivlərinin uyğunluğudur
D) Bankların öhdəliklərinin və hesablaşmalarının vaxtında aparılmasıdır
E) Mərkəzi Bankın kommersiya bnklarını nağd pulla təmin etməsidir
Dostları ilə paylaş: |