Funksiyanın hər çağırışında yeni yaddaş ayrılır və ona vaxt sərf olunur, rekursiyadan istifadə zamanı aşağıdakıları nəzərə almaq lazımdır:Rekursiyanın dərinliyi (çağırışların sayı)kifayət qədər az olmalıdır. Məsələn, faktorialın hesablanması məsələsi for dövrü vasitəsi ilə asanliqla həll olunur (bu cürə hall etmə iterativ və ya dövrlü adlanır): əgər rekursiyadan istifadə etməməklə məsələni asanlıqla hell etmək olursa, onda bu halda rekursiyadan istifadə etmək məqsədə uyğun deyil. Dərinliyi çox olan rekursiyadan istifadə edən proqram daha gec yerinə yetiriləcəkdir və bu isə stekin dolmasına gətirib çıxara bilər.
Ən yaxşı proqramlaşdırma üslublarından biri də prosedur və funksiya tipli alt proqramların əsas proqramlara əlavə edilməsidir. Alt proqram məntiqi bitkin və xüsusi qayda ilə tərtib edilmiş operatorlar qrupundan ibarətdir. Proqramın müxtəlif hissələrindən alt proqrama dəfələrlə müraciət etmək olar. Alt proqramla iş iki əsas mərhələdən ibarətdir: - alt proqramın təsviri; - alt proqramın çağrılması. İstənilən alt proqram əvvəlcə təsvir olunmalıdır. Təsviretmə zamanı alt proqramın adı, parametrlərin siyahısı və onun yerinə yetirəcəyi əməliyyatları icra edən operatorlar ardıcıllığı yazılır. Alt proqramı çağırdıqda isə yalnız onun adı və alt proqrama ötürüləcək faktik parametrlərin siyahısı göstərilir. Əgər alt proqram özü özünü çağırırsa, belə proqramlara rekursiv alt proqramlar deyilir.