2 Translyatorlar, kompilyatorlar haqqında ümumi məlumat. İnterpretator haqqında ümumi məlumat


Həll olunma metodunun seçilməsi və əsaslandırılması



Yüklə 42,74 Kb.
səhifə6/8
tarix29.10.2022
ölçüsü42,74 Kb.
#118793
1   2   3   4   5   6   7   8
Mövzu 1 Proqramlaşdırma dilləri və Kompüterdə məsələ həllinin mərhələləri

Həll olunma metodunun seçilməsi və əsaslandırılması. Məsələlər onun xüsusiyyətləri nəzərə alınmaqla konkret metodların köməyi ilə həll olunmalıdır. Öz-özlüyündə məsələnin riyazi təsvirini çox zaman maşın dilinə çevirmək çətin olur. Həll olunma metodunun seçilməsi və istifadəsi məsələnin həllini konkret maşın əməliyyatlarına gətirib çıxarmağa imkan verir. Metod seçiminin əsaslandırılması zamanı müxtəlif amilləri və şərtləri, həmçinin hesablamaların dəqiqliyini, kompüterdə məsələnin həll olunma müddətini, tələb edilən yaddaş həcmini və s. nəzərə almaq lazımdır. Eyni məsələni müxtəlif metodlarla həll etmək olar, bu halda hər bir metod çərçivəsində müxtəlif alqoritmlər təşkil etmək olar.
Hesablama prosesinin alqoritmləşdirilməsi. Bu mərhələdə seçilmiş metoda uyğun olaraq məsələnin həlli alqoritmi tərtib edilir. Verilənlərin emal prosesi ayrı-ayrı, nisbətən sərbəst bloklara bölünür, blokların icrasının ardıcıllığı müəyyən edilir. Alqoritmin bloksxemi hazırlanır.
Proqramın tərtib edilməsi. Proqram tərtib edilərkən məsələnin həllinin alqorit-mi konkret proqramlaşdırma dilinə çevrilir. Proqramlaşdırma üçün adətən, yüksək sə-viyyəli dillər istifadə olunur, buna görə tərtib edilmiş proqram onun maşın dilinə çevrilməsini tələb edir. Belə çevrilmədən sonra artıq müvafiq maşın proqramı yerinə yetirilir.
Proqramın sazlanması. Sazlanma proqramdakı sintaksis və məntiqi səhvlərin aşkarlanması və aradan qaldırılmasından ibarətdir.
Proqramın sintaksis yoxlanması zamanı bu dildə qəbul edilmiş düzülüş və ya yazılış qaydaları nöqteyi-nəzərindən yolverilməz konstruksiya və simvolların uyğunluqları translyatorla müəyyənləşdirilir. Proqramın səhvləri haqqında xəbərlər proqramçıya çatdırılır, bu halda belə xəbərlərin çatdırılma növü və forması istifadə edilən dilin növündən və translyatorun versiyasından asılıdır.
Sintaksis səhvlərin aradan qaldırılmasından sonra iş prosesində konkret ilkin məlumatlarla proqramın işinin məntiqi yoxlanılır. Bunun üçün xüsusi metodlar istifadə olunur, məsələn, proqramda nəzarət nöqtələri seçilir ki, bunlar üçün də aralıq nəticələri əllə hesablanır. Bu nəticələr sazlanmış proqramın istifadəsi zamanı bu nöqtələrdə kompüterlə alınan qiymətlərlə tutuşdurulur. Bundan başqa, səhvlərin axtarışı üçün sazlama mərhələsində xüsusi əməlləri yerinə yetirən sazlayıcılar istifadə edilə bilər, məsələn, ayrı-ayrı operatorların və ya proqramın bütöv bir fraqmentinin silinməsi, əvəzedilməsi və ya yeniləşdirilməsi, verilmiş dəyişənlərin qiymətlərinin çıxarılması və ya dəyişdirilməsi. Proqramın sazlanması – kompüterdə proqramın işlənmə etapıdır, belə ki, bu etaptda proqram səhvləri meydana çıxır, müəyyənləşdirilir və aradan qaldırılır. Səhvi tapmaq üçün dəyişənin cari qiymətini və proqramın hansı yolla yerinə yetirildiyini bilmək lazımdir.
Proqram yerinə yetirilən zaman meydana çıxan səhvlərin sayı qabaqcadan məlum olmadığına görə sazlamanın müddətini bilmək olmur.
Proqram yazan zaman çoxlu səhv mesajları ekrana çıxır. Əsas 3 növ proqram səhvi var. 




Yüklə 42,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin