2 Translyatorlar, kompilyatorlar haqqında ümumi məlumat. İnterpretator haqqında ümumi məlumat


İkilik dil bilavasitə maşın dilidir. Hal-hazırda belə dillər proqramçılar tərəfindən demək olar ki, istifadə edilmir. Assembler dili



Yüklə 42,74 Kb.
səhifə2/8
tarix29.10.2022
ölçüsü42,74 Kb.
#118793
1   2   3   4   5   6   7   8
Mövzu 1 Proqramlaşdırma dilləri və Kompüterdə məsələ həllinin mərhələləri

İkilik dil bilavasitə maşın dilidir. Hal-hazırda belə dillər proqramçılar tərəfindən demək olar ki, istifadə edilmir.
Assembler dili —maşın dilində yazılmış proqramların asan oxunan simvolik formada təqdim etmək üçün nəzərdə tutulmuşdur. Bu dil proqramçıya əməliyyatların mnemonik kodlarından istifadə etməyə, yaddaş sahələrinə və oyuqlara rahat adlar qoymağa, həmçinin ən rahat ünvanlaşdırma sxemlərini verməyə imkan verir.
Makroassembler dili makrovasitələrin əlavə edilməsilə Assembler dilinin genişlənməsidir. Onların köməyilə proqramda makrotəyinetmə parametrlərilə təlimat ardıcıllığını təsvir etmək olar. Daha sonra proqramçı arqumentlərlə təchiz edilmiş makroəmrlərdən istifadə edə bilər. Makroəmrlər proqramın hazırlanması prosesində avtomatik olaraq makrogenişlənmə ilə əvəz edilir. Makrogenişlənmə arqument parametrlərinin yerinə qoyulmuş makrotəyinetmədən təşkil olunmuşdur. Başqa sözlə desək, makroassembler dili baza təlimatlarının ardıcıllıqları kimi daha güclü yeni təyinetmə əmrlər vasitələrini təqdim edir ki, bu da onun səviyyəsini bir qədər yüksəldir. Assembler və Makroassembler dilləri EHM avadanlığının bütün imkanlarından istifadə etmək və proqramın tələb edilən yaddaş həcmi üzrə yerinə yetirilən işin effektiv alınması məqsədi ilə peşəkar sistem proqramçı tərəfindən tətbiq edilir. Bu dillərdə, adətən, sistem proqram təminatının tərkibinə daxil olan nisbətən kiçik proqramlar işlənir: drayverlər, utilitlər və s.
"Yüksək səviyyəli dil" dedikdə, onun insan dilinə nə qədər yaxın olması başa düşülür. Beləliklə, insan üçün daha anlaşıqlı olan və proqramlaşdırma prosesini asanlaşdıran yeni dillər yaradılmağa başladı. Proqramlaşdırma dilinin hər bir yaradıcısı insan-maşın əlaqələri haqqında öz təsəvvürlərini gerçəkləşdirdiyindən, qısa müddət ərzində yüzlərlə yeni dil meydana çıxdı. Yüksək səviyyəli dillər adlandırılan dillərin az bir qismi öz yerini tapıb inkişaf etdi və möhkəmləndi. Yüksək səviyyəli dillərin öz müsbət cəhətləri var. Yüksək səviyyəli dilin Assemblerdən başlıca üstünlüyü, onu öyrənmək və istifadə etməyin çox-çox asan olmasıdır. Yüksək səviyyəli dildə yazılmış proqram Assemblerdəkinə nisbətən, daha yığcam və anlaşıqlıdır. Onlar, əsasən, daşınabiləndir, yəni müxtəlif prosessorlu kompüterlərdə eyni cür işləyir. Bu isə o deməkdir ki, proqramı yazarkən onun işləyəcəyi kompüterin arxitekturasının incəliklərini öyrənməyə ehtiyac qalmır. Əlbəttə, bu halda hər bir prosessorun öz kompilyatoru olmalıdır və onun yaratdığı icra faylı yalnız həmin prosessor üçün yararlı olacaqdır.
50-ci illərin ortalarında Con Vamer Bekusun rəhbərliyi altında IBM firması üçün FORTRAN (FORmula TRANslator) alqoritmik dili hazırlandı. Fortran dili yaradılana qədər yalnız hesabi ifadəni maşın koduna çevirən proqramlaşdırma dili var idi. FORTRAN dili vasitəsilə digər dillərdən fərqli olaraq keçid və giriş-çıxış operatorlarından istifadə etmək mümkün oldu.
50-ci illərin sonunda FORTRAN dilinə alternativ olaraq Piter Naurun rəhbərliyi altında ALGOL (ALGOrithmic Language) dili işləndi. Bu dilin üstünlüyü ondan ibarət idi ki, burada istifadə olunan işarələr riyaziyyatda qəbul olunan işarələrə yaxın idi.
PL/1(Programming Language) dilinin ilk versiyası 60-cı illərin əvvəlində meyda-na çıxmağa başladı. Bu dildə olan imkanlar FORTRAN dilində olan imkanlardan cox idi. Bu dillə paralel COBOL (COBOL - Common Oriented Business Language) dili də yaranmağa başladı.
60-cı illərin axırında Nayard Dalın rəhbərliyi altında Simula-67 dili işləndi, bu dildə sinif anlayışından istifadə edildi. Sinif dedikdə, obyektləri təsvir etmək üçün istifadə edilən xüsusi verilən tipi başa düşülür.
70-ci illərin ortasında İsveçrə alimi Niklaus Virt Paskal dilini təklif etdi və bu dil-dən geniş şəkildə istifadə edilməyə başlandı. Paskal dilindən prosedurlu proqramlaş-dırmanı öyrənmək üçün istifadə edilməyə başlandı. Paskal dili riyaziyyatçı, fizik, ədə-biyyatçı və filosof olan məşhur fransız alimi Blez Paskalın şərəfinə adlandırılmışdır. Paskal dilindən ali məktəblərdə daha cox istifadə olunur.
19791980-cı illərdə Ada dili (Ada Lavleysin şərəfinə adlandırılmışdır) yaradıldı. Ada dili strukturlu, modullu, obyekt yönümlü proqramlaşdırma dilidir. Bu dil o dövr üçün yüksək səviyyəli proqramlaşdırma dili hesab olunurdu.
Universal dil olan C 70-ci illərin ortalarında Denis Ritçi və Ken Tompson tərfindən yaradıldı. Bu standart prosedurlu sistemli proqramlaşdırma dili çox populyar oldu. Bu dil əsasında Java dili yaradıldı.
İnternetdə proqramlaşdırma vasitələri – bu veb-səhifələrin təsviri dilləri və web resurslarla işləmə vasitələridir. Web səhifələrin təsviri dilindən istifadə edərək brauzerlə işləmək mümkündür.
PHP (Hypertext Processor) – Web proqramlaşdırma dilidir, HTML səhifələrinin dinamik generasiyası üçün istifadə olunur.
Hal-hazırda müxtəlif tipli məsələlər üçün müxtəlif proqramlaşdırma dillərindən istifadə olunur:

  • Elmi hesablamalar üçün (C++, FORTRAN, Pascal, Java);

  • Sistemli proqramlaşdırma üçün (C++, Java);

  • İnformasiyanın işlənməsi (C++, COBOL, Java);

  • Verilənlər bazasının idarəedilməsi (FoxPro, dBase, SQL, Delphi) ;

  • Süni intellekt (LISP, Prolog);

  • Nəşriyyat sahəsində (Postscript, TeX);

  • Məsafəli informasiyanın işlənməsi (Perl, PHP, Java, C++, SQL);

  • Şəbəkə mühitində sənədlərin işlənməsi (HTML, XML).


Yüklə 42,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin