2 ulduz (**) Qaz və neft fontanlarında yanğınların söndürülməsi


(**).5. Təbii və texnogen fövqəladə hallarda qəza-xilasetmə



Yüklə 24,28 Kb.
səhifə5/8
tarix01.01.2022
ölçüsü24,28 Kb.
#107031
1   2   3   4   5   6   7   8
2 ULDUZ

(**).5. Təbii və texnogen fövqəladə hallarda qəza-xilasetmə

işlərinin aparılması xüsusiyyətləri
Təbii və texnogen fövqəladə hallarda, kommunal-enerji təsərrüfatı şəbə­kə­lərinin zədələnməsi xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasını xeyli çətinləşdirir, bir sıra əlavə çətinliklər – subasma, qazla çirklənmə, elektrik cərəyanı ilə zədələnmə təhlükəsi yaradır.Bu təhlükələr zamanı, qəza-xilasetmə işlərinin aparılması xüsusiyyətləri görüləcək təhlükəsizlik tədbirlərindən çox asılıdır.

Texniki-qəza manqaları kommunal-enerji şəbəkələrində və texnoloji xətlərdə baş vermiş qəzaların yerini və xarakterini aşkar edir, orada qəza-bərpa işləri görür.

Dağıntılarda keçidlər düzəldikcə və giriş yollarında maneələr aradan qalxdıqca hadisə yerlərinə əsas qəza-bərpа qüvvələri gətirilir və xilasetmənin tam həcmdə geniş apa­rıl­ma­sı­na başlanır. Buraya əvvəlcə yanğınsöndürən manqalar, onların ardınca mexanizasiya man­qa­ları və ya mexanizmlərlə gücləndirilmiş xilasedici manqalar daxil olur.

Xilasetmə işlərinin rəhbəri kəşfiyyat məlumatlarına və şəxsi müşahidələrinə əsasən şəraiti qiymətləndirərək, xilasedici qüvvələrin iş sahələrində yerləşdiril­mə­sini obyektin sxemində qrafık şəklində göstərir və işlərin aparılmasını təşkil edir.

Xilasetmə və digər təxirəsalınmaz işlərin icrasının taktiki üsulları və ardıcıl­lığı, bina və qurğularda dağıntıların dərəcəsindən və xarakterindən, kommunal-enerji şəbəkələrində­ki qəzaların, eləcə də zəhərlənmənin, yanğınların miqyasından, xilasetmə işlərin təşkilinə və aparılmasına təsir göstərən digər amillərdən asılı olur.
Qaz şəbəkəsi manqaları, güclü təsirli zəhərli maddə tutumları və sistemlərin dağıdılması nəticəsində yaranan kımyəvi zəhərlənmə ocaqlarını ləğv edir və qaz şəbəkələrində qəzaları məhdudlaşdırırlar. Mexanizasiya manqaları iş aparılan sahələri və ərazini qurğu və texnikadan təmizləyir. İlk növbədə zavoddaxili yollar və keçidlər (yaşayış binalarının həyətləri), sonra isə zəhərlənmə mənbəyi ola biləcək sahələr zərərsizləşdirilir.

Sanitar manqaları zədəlilərə zədələnmə yerindəcə ilk yardım göstərir və onları yük və ya sanitar maşınlarında tibbi yardım məntəqələrinə köçürürlər. Həkim, yaxud feldşer zədəli adamların tibbi çeşidlənməsinə bilavasitə rəhbərlik edir, onların nəqliyyat vasitələrində düzgün yerləşdirilməsinə və vaxtında müalicə ocağına göndərilməsinə nəzarət edir.



Yüklə 24,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin