2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri



Yüklə 267,88 Kb.
səhifə1/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
  1   2   3   4   5   6   7   8   9   ...   73

Azərbaycan SSR Yeni iqtisadi siyasət illərində.Azərbaycanda sovet milli siyasəti.DQMV və Naxçıvan MSSR-in yaradılması.
Plan: 1.Yeni iqtisadi siyasətə keçid ərəfəsində iqtisadi və siyasi vəziyyət.

2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti.

3. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri

4. Yeni iqtisadi siyasətin nəticələri.

5. Azərbaycanda sovet milli siyasəti.DQMV və Naxçıvan MSSR-in

Yaradılması.

Sovet respublikalarında vətəndaş müharibəsi əsasən 1922-ci ilin payızında başa çatdı. Dinc quruculuq mürəkkəb beynəlxalq vəziyyətdə, sovet ölkəsinin iqtisadi mühasirəyə alınmasını təşkil edən Qərb imperialist qüvvələrinin müqaviməti şəraitində başlandı. Sovet Azərbaycanında dinc quruculuğa keçid müharibə, xarici müdaxilə və vətəndaş müharibəsi nəticəsində yaranmış ən ağır təsərrüfat dağıntısı Şəraitində baŞ verirdi. İqtisadi təcridolunma, Ermənistanla sərhəddə tez-tez baŞ verən hərbi münaqişələr, Qarabağda daĢnakların təxribatları, daxili çəkiĢmələr respublikanı var-yoxdan çıxarırdı. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra "daşnak hökuməti" İrana qaçaraq Təbrizdə yerləşdi. 1922-ci il oktyabrın 22-də RSFSR hökuməti nota ilə Irana müraciət edərək, onu öz ərazisindən çıxarmasını tələb etdi. Maraqlısı budur ki, o hökumətin üzvü, notada adı çəkilən Xondakaryan sonralar mühacirətdə olan Kerenskinin müavini olmuĢdu. 1921 -1922-ci illərdə RSFSR və Ermənistan SSR-in Iranda olan səfirləri öz notalarında İran hökumətinin nəzərinə çatdırırdılar ki, iranda "daşnaksutyun" toşkilatının olması qonşuluq əlaqələrinin yaradılması və inkiĢafı üçün təhlükədir. "DaĢnaksutyun" Rusiyadan qaçmış əksinqilabçıları və ağqvardiyaçıları pulla ələ alıb öz ətrafında cəmləŞdirərək sovet respublikalarına basqınlar təĢkil edirdi. Onların 1922-ci ilin aprelində İranın xarici iŞlər naziri Hakim əl-Mülkə göndərdikləri notada deyilirdi: "Təbrizdə daŞnaklar əvvəllərdə olduğu kimi, qayduk dəstəsini təĢkil etmək və silahlandırmaqla məĢğuldurlar, həm də onlar eyni zamanda, Mujdubər anbarından silahları Zəngəzura daĢıyır, orada üsyan qaldıracaqlarına ümid edirlər"1. Notada eyni zamanda qeyd olunurdu ki, Rə.tdə daĢnak komitəsinin sədri dr Terteryan sovet respublikalarına garşı ən cinayətkar fəaliyyət göstərir. "Daşnaksutyunun" Şərq bürosunun sədri Ruben pa.a öz mauzerçiləri ilə birlikdə İranın müxtəlif şəhərlərini sərbəst surətdə gəzir və hər yerdə sovetlər əleyhinə qruplar yaradırdı2.

Ərdəbil dairəsi, 1922-ci ilin ilk aylarında sovet Azərbaycanına böyük basqınlar təĢkil olunan meydana çevrilmiĢdi. Dairənin ərazisində Azərbaycan SSR-ə qarĢı silahlı basqınçıların və qarətçilərin mərkəzləri var idi. RSFSR-in Ġranda olan səlahiyyətli nümayəndəsinin 1922-ci il avqustun 9-da Ġranın xarici iĢlər naziri Qavam-əs-Səltənəyə göndərdiyi notada qeyd olunurdu ki, Astara və baĢqa rayonlarda quldur ġahverən bəyin 150 nəfərlik dəstəsi, əksinqilabçılar Əhməd Rəsulov və Xalıq bəyin hər birində 50-dən 150-yə qədər adam olan quldur dəstələri fəaliyyət göstərirlər. Onlar müntəzəm olaraq sovet Azərbaycanının ərazisinə silahlı basqınlar edir, sərhədyanı kəndləri qarət edir, sərhədçiləri və kəndliləri qətlə yetirirlər.

Azərbaycanın iqtisadi həyatının bütün sahələri - sənayesi, kənd təsərrüfatı və nəqliyyatı dərin böhran içində idi. 1921-ci ildə respublikanın sənaye istehsalı 1913-cü ilin istehsal səviyyəsinin 43 faizini təĢkil edirdi3. Bakı neft sənayesi xüsusilə ağır vəziyyətdə idi. Neft istehsalı üç dəfə azalmıĢdı, 1913-cü ildə istehsal edilmiĢ 7,3 milyon tondan 1920/21-ci təsərrüfat ilində 2,4 milyon tona enmiĢdi ki, bu da müharibədən əvvəlki səviyyənin 33,4 faizini təĢkil edirdi4. Yeni neft quyularının qazılması demək olar ki, tamamilə dayanmıĢdı. 1920/21-ci ildə qazılan quyuların sayı 1913-cü ildə qazılmıĢ quyuların cəmisi 2 faizini təĢkil edirdi5. Qazma iĢində Bakı neft sənayesi 1878-ci ilin səviyyəsinə enmiĢdi6.

40 neft emalı zavodundan yalnız 18-i fəaliyyətdə idi, onlar da lazımi avadanlıq və xammal çatıĢmazlığı üzündən fasilə ilə iĢləyirdi 7. Neft emalı 3,5 dəfəyə qədər azalmıĢdı.

Bakıda H. Z. Tağıyevin toxuculuq fabrikində (ona Leninin adı verilmiĢdi) 1921-ci ildə dəzgahların yalnız üçdə biri iĢləyirdi. Gədəbəy misəritmə zavodu, Tovuz və KeĢlə sement zavodları, kərpic zavodlarının 98 faizi dayanmıĢdı. ġəkidə olan 69 baramaaçan fabrikdən yalnız üçü, 1914-cü ildən Ordubadda fəaliyyət göstərən on iki baramaaçan fabrikdən yeddisi, Azərbaycan qəzalarında olan pambıqtəmizləmə zavodlarının yalnız ikisi iĢləyirdi.

Azərbaycanın balıq sənayesi tam tənəzzülə uğramıĢdı. 1920-ci ildə balıq ovu 1913-cü ilə nisbətən on yeddi dəfə azalmıĢdı. Naxçıvan qəzasında duz istehsalı 1913-cü il səviyyəsinin 52 faizini təĢkil edirdi.

Azərbaycan dəmir yolu çox zərər çəkmiĢdi, parovoz və vaqonlar çatıĢmırdı. 1920-ci ilin sonuna yaxın 54 paravozun əsaslı təmirə ehtiyacı var idi. Bakıda əsas dəmir yol emalatxanalarının yalnız iyirmi faizi əvvəlki istehsal gücü ilə iĢləyirdi.

ZəhmətkeĢ xalq, əsasən Ģəhərlərdə fəhlələr çox ağır maddi ehtiyac içərisində yaĢayırdı, paltar, ayaqqabı, ərzaq çatıĢmırdı. Bakıda əhalini təmin etmək üçün kartoçka sistemi tətbiq olunmuĢdu9. Çörəklə təchizatın çətinləĢməsi bütün neft sənayesinin iĢi üçün təhlükə doğururdu. Fəhlələrin mənzillə təminatı da olduqca pis idi. Müəssisələrdə əmək intizamı pozulmuĢdu. Çətinliklərlə üzləĢən fəhlələr tez-tez iĢə çıxmamaq məcburiyyətində qalırdılar, onların arasında tətil etmək meyli artırdı. Əmək məhsuldarlığı 1921 -ci ildə 1913-cü ilə nisbətən buruq qazma iĢində 6,5, neft istehsalında 1,2 dəfə azalmıĢdı. İxtisaslı fəhlələrin çoxu əmək haqqı yüksək olan kustar emalatxanalara, yaxud da kəndlərə gedirdilər. 1918-ci ildən 1921-ci ilə qədər Bakıda neftçi fəhlələrin sayı azalaraq 52 mindən 23 minə enmiĢdi. Neft sənayesi təhlükə qarĢısında idi. Respublikanın kənd təsərrüfatı da ağır böhran keçirirdi. Suvarma sisteminin dağılması nəticəsində Azərbaycanda iki yüz min desyatinə qədər suvarılan torpaq istifadəsiz qalmıĢdı. Kənd təsərrüfatı üçün yararlı olan torpaqların sahəsi 1921-ci ildə, 1914-cü ilə nisbətən 42 faiz azalmıĢdı. Azərbaycanda pambıq becərilməsi, demək olar ki, tamamilə dayandırılmıĢdı: 1921-ci ildə pambıq əkini sahəsi müharibədən əvvəlki səviyyənin 2,3 faizini təĢkil edirdi. Bütün əkin sahələrinin 1914-cü ildə on iki faizi, 1921-ci ildə isə 0,7 faizi pambıqçılığa aid idi12. Bu, qismən də onunla izah olunurdu ki, aclıq pambıqçı kəndlilərin çoxunu taxıl məhsulları əkməyə məcbur edirdi.

Ġpəkçilik də tənəzzülə uğramıĢdı. Azərbaycanda tut bağlarının sahəsi yarıya qədər azalmıĢdı. 1921-ci ildə barama istehsalı cəmisi altı min puda çatırdı, halbuki 1913-ci ildə bu rəqəm 180 min pud idi13. Bağçılıq və üzümçülük güclü zərər çəkmiĢ, bağ və üzümlüklərin sahəsi 1921-ci ildə 1913-cü ilə nisbətən 9 min desyatin azalmıĢdı.



Azərbaycanda əkinçilik çəyirtkə basqınından da tez-tez zərər çəkirdi. Təkcə 1920-ci ildə respublikada iki yüz min desyatinə bərabər kənd təsərrüfatı sahələrinin məhsulları çəyirtkə basqını nəticəsində məhv olmuĢdu. Maldarlığa da ciddi ziyan dəymiĢdi. Azərbaycanda 1921-ci ildə mal-qaranın sayı, 1913-cü ilə nisbətən qırx faiz azalmıĢdı. Kəndli təsərrüfatlarının məhsuldarlığı xeyli aĢağı düĢmüĢdü. Kəndlilərin 26 faizi iflasa uğrayaraq əkin sahəsindən məhrum olmuĢ16, 25 faizi isə əkin sahəsi 1 desyatindən çox olmayan kasıb təsərrüfat sahibinə çevrilmiĢdi17. Kəndlilərin iĢ heyvanı və kənd təsərrüfatı alətləri çatıĢmırdı. Onlar öz torpaqlarını primitiv alətlərlə, əsasən ağac xıĢla becərirdilər. 1921-ci ildə Azərbaycanda hər yüz kəndli təsərrüfatına cəmisi 9 dəmir kotan düĢürdü. Azərbaycan kəndliləri təkcə öz təsərrüfatlarının dağılmasına görə deyil, eyni zamanda sənaye istehsalının fəlakətli dərəcədə tənəzzülə uğramasına görə də ağır maddi vəziyyətə düĢmüĢdülər. Kəndlilər, əhalinin digər zəhmətkeĢ hissəsi kimi, ən vacib olan Ģeylərdən korluq çəkirdilər. Sənaye malları fonduna malik olmayan dövlət o zaman kənd təsərrüfatı məhsullarını sənaye mallarına dəyiĢmək yolu ilə onların istehsal marağını artıra bilmirdi. Məsələn, 1921-ci ilin fevralında ġamaxı qəzasının vəziyyəti barədə belə məlumat verilirdi: "Hazırda kəndlilərin ağ nefti, kibriti, ayaqqabısı, arĢınmalı, sabunu və kənd təsərrüfatı alətləri yoxdur. Kotanları təmir etmək üçün dəmir də yoxdur. Bir girvənkə ağ neft burada min manat, bir qutu kibrit 400 manatdır". Respublikanın iqtisadi vəziyyətini maliyyə böhranı da mürəkkəbləĢdirirdi.


Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin