2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri



Yüklə 267,88 Kb.
səhifə15/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   11   12   13   14   15   16   17   18   ...   73
Dinə münasibət. İslam dini Azərbaycan xalqının ən mühüm mənəvi əsaslarındandır. Məhz buna görə azərbaycanlıların həyat və düĢüncə tərzinin özünəməxsus xüsusiyyətlərinin köklərini onlan bütün müsəlman xalqları dünyası ilə doğmalaĢdıran Ġslamın universallığı və ənənəviliyində axtarmaq lazımdır.

islam dini Azərbaycanda çətin tarixi yol keçmiĢdir. Bu cəhətdən 20-ci illər xüsusi yer tutur. Bu dövr həm Ġslam dininə müsbət münasibətlə, həm də onun inkar və bəzən isə təqib edilməsi ilə nəzəri cəlb edir. Bu illərdə Azərbaycanda 1920-ci ilin aprelində qurulmuĢ rejimin ziddiyyətləri tam Ģəkildə üzə çıxmıĢdı. Odur ki, islama münasibətdə hökumətin fəaliyyətinə birtərəfli, birmənalı yanaĢmaq doğru olmaz.

Sovet hakimiyyətinin dinə münasibətinin baĢlıca prinsipi kilsə və məscidin dövlətdən ayrılması idi. Dini dövlətə münasibətdə xüsusi iş oca edən sovet hökuməti din əleyhinə baĢladığı ateist fəalivyəti geniĢ kütlələrin mədəni yüksəliĢi və materialistcəsinə maariflənməsi uğrunda mübarizənin tərkib hissəsi hesab edirdi. Azərbaycanda Ġslamın özünəməxsus xüsusiyyətləri olmuĢdur. Azərbaycanda islamla yanaşı, ən qədim dövrlərdən müxtəlif konfessiyalarm – pravoslav, yəhudi, katolik, protestant və qriqoryan, müxtəlif dini icma və sektaların nümayəndələri dinc yanaĢı yaĢamıĢdılar. Azərbaycanda əhali içərisində müxtəlif dini etiqad nümayəndələrinin olması, bu dinlərin, xüsusilə Ġslam dininin özünəməxsusluğu konkret tarixi inkiĢaf Ģəraitinin, dindarların milli xüsusiyyətlərinin nəzərə alınmasını, onların dini hisslərinə ehtiyat və diqqətlə yanaĢmağı tələb edirdi. 1920-ci ildə Azərbaycan Sovet hökumətinin baĢçısı N.Nərimanov Ġslamın müsəlman kütlələrin Ģüurunda tutduğu yeri, onun ġərq xalqlarının mənəviyyatında, məiĢətində, həmçinin həyatın müxtəlif sahələrində də ciddi təsiredici mühüm rolunu dərk edərək vurğulayırdı: “ġərqdə dinə münasibət məsələsi fövqəladə əhəmiyyətli məsələdir”97.

N.Nərimanov dindarların hüquqlarının pozulmasma qarĢı çıxır, dinə loyal münasibət göstərməyə çağırırdı. N.Nərimanovun dinə aid bu göstəriĢləri Azərbaycan hökumətinin 1920-ci ilin mayında qəbul etdiyi dekretdə öz əksini tapmıĢdı.

1920-ci ilin mayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdə dini təlimlərin tədrisinin dayandırılması, Din Nazirliyinin ləğvi haqqında dekreti98 respublikanın hər bir vətəndaĢına istənilən dini etiqadı seçmək və ya heç bir dinə sitayiĢ etməmək hüququ, eyni zamanda dinin lehinə və ya əleyhinə təbliğat aparmaq azadlığı verirdi. Dini etiqadı ayrılıqda hər bir Ģəxsin vicdan iĢi hesab edən dövlət, dinə münasibətdə bitərəf qalaraq, heç bir dini cərəyanın tərəfində durmadı, onlardan heç birini nə maddi, nə də mənəvi cəhətdən müdafıə etmədi. Dövlət böyüməkdə olan nəslin bütün təhsil və tərbiyə iĢini tamamilə Xalq Maarif Komissarlığının sərəncamına ocal, bütün dövlət və qeyri-dövlət məktəblərində hər hansı dini mərasim keçirilməsi qadağan edildi.

Ancaq, təəssüf ki, dinin xeyrinə olan bütün tələb və prinsiplər yerli orqanlar, ayrı-ayrı partiya məmurları tərəfındən pozulur, xalqın yüzillər boyu formalaĢmıĢ ənənəvi mənəvi dəyərlərinin köklərini dağıdan inzibati, zorakı metodlar tətbiq edilirdi. Bütün bunlar əhali içərisində “dinlərinin əllərindən alınması” barədə Ģayiələr yayılmasına və narazılığa gətirib çıxartdı. Kütlələr içərisində böyük izahat iĢi aparmaq tələb olunurdu.

Azərbaycan MĠK-in sədri Ağamalıoğlu “Sadəlövh adamlara açıq məktubla müraciət edərək, sovet hakimiyyətinin dinə və dindarlara münasibətini aydınlaĢdırdı. GeniĢ kütlələr içərisində dekretin izahı iĢinə Respublikanın mütərəqqi ziyalıları, partiya və dövlət xadimləri cəlb olundular. Mətbuatda N.Nərimanov, B.Talıblı və baĢqaları xüsusi məqalələrlə çıxıĢ edirdilər. N.Nərimanov dindarların dini hisslərinin hər hansı formada təhqir olunmasına qarĢı çıxır, Ģəriətin zərərli tələblərinə, ifrat mövhumatçılıqla mübarizədə özünü doğrultmayan tələsikliyə, məcburiyyətə yol verməməyi təkidlə məsləhət görürdü. Maraqlıdır ki, 1922-ci ilin martında RK(b)P MK-ya məktubunda G.V.Çiçerin N.Nərimanovun 1918-ci ilin dekabrında HəĢtərxanda kilsənin dövlətdən ayrılması haqqında dekretin nəĢri ilə əlaqədar dindarlara müraciətini dindar müsəlmanlara taktiki yanaĢma nümunəsi kimi səciyyələndirmiĢdi. Çiçerin Leninə məktubunda yazmıĢdı: “Nərimanov… ġərqdə təĢviqatçılara olduqca qiymətli göstəriĢlər vermiĢdi… Onun mollalara nitqi müsəlman camaatına nəzakətlə yanaĢmağın nümunəsidir”. Onunla razılaĢan Lenin əlavə etmiĢdi: “… Nərimanovun nitqini bütünlüklə daxil etmək (tərtib ediləcək təlimnaməyə - məsul red.) və ya heç olmasa onu tövsiyə etmək olmazmı – bütünlükdə daha yaxĢı olar”99. Sovet hakimiyyətinin ilk illərində respublika hökuməti dindarlara qayğı göstərir, dini bayramlarda – “Qurban bayramı”, “Orucluq bayramı”, “Uraza”, katolik və yəhudi pasxa günlərində, “BlaqoveĢĢeniye” günlərində müxtəlif dinə mənsub adamları iĢdən azad edirdi. “Novruz bayramı” günlərində məktəblərdə tətillər baĢlanır, küçələrdə Ģagirdlərin bayram nümayiĢləri, teatr və klublarda tamaĢa və konsertlər təĢkil edilirdi100. AK(b)P MK 1921-ci il avqustun 30-da məhərrəmlik günlərində fəhlə rayonlarında müsəlmanlara çay və qənd verməyi qərara aldı. Bu dövrdə Azərbaycanda məscid və kilsələr, o cümlədən Bibiheybət və Əmircanda ġəmsi Əsədullayev məscidləri, Bakıda Aleksandr Nevski baĢ kilsəsi və Müqəddəs Mariya katolik kastyolu, sinaqoqlar, müsəlmanların onlarla sitayiĢ yerləri və pirləri fəaliyyət göstərirdi101. Bu illərdə digər Ģəhər və kəndlərdə, o cümlədən ġəki, Ağdam, ġuĢa və digər regionlarda da məscidlər azad fəaliyyətdə idilər.

1920-ci il sentyabrın 28-də Azərbaycan Ġnqilab Komitəsinin dekreti əsasında Bakıda Azərbaycan SSR-ə mənsub olan qızıl, gümüĢ, platin, brilyant və mirvaridən ibarət qiymətli Ģeylərin-varidatın mərkəzləĢmiĢ Ģəkildə saxlanılmasını təmin edən Dövlət Mühafızə Ġdarəsi təsis edildi. Dekretə əsasən, bir ay müddətində bütün sovet idarələri və vəzifəli Ģəxslər sərəncamlarında olan varidatı bu idarəyə təhvil-təslim etməli idilər102. Ancaq dekretdə, xüsusi olaraq qeyd edilmiĢdi ki, qiymətli sərvətlərin təhvil verilməsi dini icmaların ixtiyarında olan sitayiĢ əĢyalarına aid edilmir.

1922-ci ilin noyabrında AK(b)P MK Rəyasət Heyəti Kərbəlaya ziyarətə gedən vətəndaĢlar haqqında məsələni müsbət həll etdi və onlara 300 manatadək qızıl pul aparmağa icazə verdi.

Xalq məhkəmələri ailə və vərəsəlik hüququ sahəsində Ģəriət hüququnun sovet hökumətinin qərarlarına uyğun müddəalarını da rəhbər tutmaq hüququna malik idilər. Hökumətin islama, onun ənənələrinə yumĢaq münasibəti yeni ictimai-siyasi Ģəraitdə öz yerini tapmağa can atan dindarlar tərəfindən rəğbətlə qarĢılandı. Bu cəhət özünü 1920-1922-ci illərdə Volqaboyu, Ukrayna, Krım və Qafqazda baĢ verən aclıqla ümumxalq mübarizəsi günlərində parlaq Ģəkildə göstərdi104




Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin