2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri


X.Babanlının rəhbərliyi altında Dnepropetrovsk



Yüklə 267,88 Kb.
səhifə26/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   22   23   24   25   26   27   28   29   ...   73
X.Babanlının rəhbərliyi altında DnepropetrovskVilayətindəki partizan dəstəsi düşmənin 17 elektrik qurğusunu sıradan çıxarmış, hərbi sursat anbarını partlatmış, bir neçə qatarı qəzaya uğratmış, 5000 nüsxə vrəqə yaymış, Krivoy-Roqdakı şaxtanı su ilə doldurmuşlar..

Əsir düşərgəsindən qaçmış Aslan İbadovun 15 nəfərlik dəstəsi Jitomirdəki A.Qrabçaqın dəstəsinə qoşulmuşdu. Onun rəhbərlik etdiyi rota düşmənin 22 qatarını, 1 körpüsünü, 64 avtomobilini, 600-ə yaxın canlı qüvvəsini məhv etmişdir.



Çerniqov partizan dəstəsində 70 -ə yaxın , Kovpakın rəhbərlik etdiyi partizan dəstəsind isə 20- Azərbaycanlı vuruşurdu.

1942-ci ilin iyun ayında Leninqrad vilayətinin Dedeviçsk, Oredensk, Olutsk rayonlarında fəaliyyət göstərən partizan dəstəsinə mayor N.Allahverdiyev rəhbərlik etmişdir. Həmin dəstənin tərkibində K.M.Eyvazov, Ə.Ə.Məmmədov, R.Rzayev, İ.S.Süleymanov, N.Ş.Məmmədov, Ə.N.Cəfərov və başqaları vuruşmuşdular. K.M.Eyvazov şəxsən düşmənin iki avtomobilini partlatmış, dəmiryol relsini dağıtmış, rabitə xəttini sıradan çıxarmış və Qrefiya kəndindəki faşist qarnizonunun darmadağın edilməsində fərqlənmişdir. Leninqrad vilayətində partizan hərəkatının fəal iştirakçılarından Q.Q.Qasımov, V.İ.Lukyançenko, Y.V.Novruzov, C.A.Novruzov, M.V.Süleymanov, D.M.Tanrıverdiyev igidlik göstərmişlər.

Azərbaycan partizanları Baltika respublikaları ərazisində də fəaliyyətdə olublar. Baş serjant Qəzənfər Şabanov Latviya SSR-də A.S.Poçonun rəhbərlik etdiyi partizan dəstəsində bir ildən çox vuruşmuş və şəxsən 25 faşist məhv etmişdi. Litva SSR Trakay rayonunda fəaliyyət göstərən "Azad Litva" partizan dəstəsinin döyüşçüsü İ.H.Alxasov silah yoldaşı Pranas Koşatla birlikdə faşistlərlə qeyri-bərabər döyüşə girərək öz canları bahasına xalq intiqamçılarının həyatını xilas etmişdilər. Estoniya SSR ərazisinə reydə çıxan A.Kozlovun partizan dəstəsinin döyüşçüsü İ.B.Dadaşov 1941-ci il noyabrın 6-da beş nəfər partizanla birlikdə Rakvere şəhəri yaxınlığındakı təyyarə meydanında faşistlərin 16 təyyarəsini yandırmışdı.

III.Azərbaycanlııar Avropa müqavimət hərəkatında da fəal iştirak etmişlər. Azərbaycandan olan hərbi əsirlər Almaniya, İtaliya, Fransa, Polşa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasını təşkil edirdilər. Hərbi əsirlərin saxlanıldığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi. 1942-ci ilin yazında Hadi Qiyasbəyov, Mirzəxan Məmmədov, Xələf Hacıyev, Əşrəf Süleymanov və başqalarının rəhbərliyi altında Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat yaradılmışdı. Təşkilatın fəal üzvü Əli Əliyev polyak müqavimət hərəkatının iştirakçıları ilə əlaqə yaradıb, onlardan parol almışdı. B.Hacıyevin rəhbərliyi altında bir dəstə hərbi əsir qaçıb bu parol vasitəsilə müqavimət hərəkatına qoşulmuşdu. Həmin döyüşçülər əsasən Polşa ərazisində fəaliyyət göstərən T.Novakın partizan briqadasında bir ildən çox vuruşmuş, öz cəsarəti ilə xalq intiqamçılarının rəğbətini qazanmışdılar.

Çexoslovakiya ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrinin tərkibində 500-ə qədər Azərbaycan döyüşçüsü vuruşurdu. Xüsusi desant dəstələrinin tərkibində düşmən arxasına göndərilən M.Abışov, A.İbadov, H.Məmmədov, müxtəlif əsir düşərgələrindən qaçıb müqavimət hərəkatına qoşulan A.Kastryulin, Ə.Baxışov və başqaları döyüşlərdə xüsusilə fərqlənmişdilər. Ə.Əlimərdanov Çexoslovakiyanın beş orden və medalı ilə təltif edilmişdi.

Çexoslovakiya ərazisində fəaliyyət göstərən "Fakel", "Qrom", "Yan Qus" və başqa partizan dəstələrində çoxlu azərbaycanlı döyüşçü vardı. M.İ.Şukayevin partizan birləşməsindəki azərbaycanlılardan ibarət Uritski adına partizan dəstəsi Çexoslovakiya ərazisində fəaliyyət göstərdiyi müddətdə faşistlərlə 25 dəfə döyüşə girmiş, 7 dəfə düşmən qarnizonuna hücum edib, hitlerçilərdən 246 nəfərini öldürmüş, 49 nəfərini əsir almış, 41 parovoz, 85 avtomobil, 21 təyyarə məhv etmiş və xeyli qənimət ələ keçirmişdi.[4]



Azərbaycanlı partizanlar əvvəl Yuqoslaviya Xalq Azadlıq Ordusunun 31-ci diviziyası tərkibində olan İvan Qradnik adına 3-cü zərbə briqadasında döyüşürdülər. Sonralar isə xüsusi sovet partizan bölüyü yaradılmış, Cavad Həkimli onun komandiri, Miryaqub Ağalarov isə komissarı təyin olunmuşdu. 1944-cü ilin yazında sovet partizanları İtaliya və Slaven partizanları ilə birlikdə Otlitsa, Sepovan, Çernı Verx, Serkino və Qodoviç kəndlərinin faşistlərdən təmizlənməsində fəal iştirak etmişdilər. 1944-cü ilin əvvəlində Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusu qərargahında xüsusi kəşfiyyatçılar qrupu yaradıldı. Onun tərkibinə slovak partizanları ilə yanaşı, azərbaycanlı partizanlardan Mirdamət Seyidov, Tağı Əliyev, Ənvər Məmmədov da daxil edildilər. Kəşfiyyat qrupuna Mehdi Hüseynzadə başçılıq edirdi. Bu kəşfiyyat qrupu, xüsusilə onun komandiri M.Hüseynzadə - "Mixaylo" özünün əfsanəvi qəhrəmanlıqları ilə Yuqoslaviyanın Adriatik dənizi sahillərində yaşayan bütün əhalinin dərin rəğbətini qazanmışdı.

Alman faşistləri Hitlerin ad gününü qeyd edən zaman "Mixaylo" hərbi təyyarə meydanına daxil olaraq üç təyyarəni, benzin anbarını minaladı və baş verən partlayış nəticəsində təyyarə meydanı alovlandı. İyirmiyə yaxın faşist məhv oldu. Sovet hökuməti azərbaycanlı partizanların əsgəri igidliklərini yüksək qiymətləndirərək onlardan bir çoxunu SSRİ orden və medalları ilə təltif etmişdir.



1944-cü ilin martında M.Hüseynzadənin döyüş dostları ilə birlikdə Triyestdə partlatdığı zabit yeməkxanasında 150 faşist məhv olmuş, 354 nəfər isə yaralanmışdı. Həmin il aprelin 2-də onun qrupunun Optçina şəhəri kinoteatrında törətdiyi partlayış nəticəsində 80 alman əsgəri və zabiti ölmüşdü.

1944-cü il noyabrın 2-də Qoritsa şəhəri yaxınlığında almanların hərbi sursat anbarının partladılmasında iştirak edən Mehdi Hüseynzadə dəstəyə qayıdan zaman casuslarla qarşılaşmış, yayınmaq üçün Vitovle kəndinə gəlmişdi. Lakin o, faşistlərin bu kənddə keçirdiyi əməliyyat nəticəsində qəhrəmanlıqla həlak olmuşdu. SSRİ Ali Soveti Reyasət Heyətinin 1957-ci il 11 aprel tarixli Fərmanı ilə Böyük Vətən müharibəsi illərində müqavimət hərəkatında alman faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi rəşadətə görə M.Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin