2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri



Yüklə 267,88 Kb.
səhifə28/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

Fransada


1944-cü ilin əvvəllərində Fransa ərazisində 25 mindən çox döyüşçünü birləşdirən 30-dan çox partizan dəstəsi fəaliyyətdə idi. Döyüşçüləri əsasən sovet vətəndaşlarından ibarət olan "Çapayev", "Azadlıq", "Vətən", "Donbas", "Kotovski" və digər partizan dəstələrinin şöhrəti hələ o dövrdə bütün Fransaya yayılmışdı. Bu partizan dəstələrinin tərkibində Azərbaycan xalqının oğulları da qəhrəmanlıqla vuruşmuş və fransız xalqının rəğbətini qazanmışdılar.[12] Fransa antifaşist müqavimət hərəkatında 2000 nəfərə yaxın azərbaycanlı iştirak etmişdi. Bunlardan Ə.Cəbrayılov, X.Hacıyev, D.Abdullayev, N.Abdullayev, R.Rzayev, Ə.Möhsümov, M.Məhərrəmov və başqaları cəsur partizan kimi tanınmış, bir neçə ali fransız hərbi orden və medalları ilə təltif edilmişdilər. Əhmədiyyə Cəbrayılov "Armed Mişel" adı ilə bu ölkənin azadlıq hərəkatında fəal iştirak etmiş, şəxsi igidliyə görə paradda əsgərə generaldan irəlidə getmək kimi şərəfli hüquq verən yüksək mükafatla - Hərbi medalla təltif olunmuşdu.

Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin