2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri



Yüklə 267,88 Kb.
səhifə3/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   2   3   4   5   6   7   8   9   ...   73

1921-ci ilin martında RK(b)P X qurultayı ərzaq sapalağını ləğv etmək, natural ərzaq vergisinə keçmək barəsində qərar qəbul etdi. Ərzaq vergisinin miqdarı ərzaq sapalağından az idi. Ərzaq vergisi ödənildikdən sonra qalan məhsul kəndlinin ixtiyarında qalırdı və o, bu məhsulu azad surətdə sata da bilərdi. ġəhərlə kəndin, sənaye ilə kənd təsərrüfatının iqtisadi əlaqələrini qoruyub saxlamaq üçün, bir müddət əmtəə istehsalını (alğı-satqı vasitəsi ilə mübadiləni) saxlamaq nəzərdə tutulurdu, müəssisələr öz məhsulunun bir hissəsindən istədiyi kimi istifadə edə bilirdi ki, bu da fəhlələri maddi cəhətdən həvəsləndirirdi. Kiçik və kustar sənaye, xüsusi ticarət Ģəbəkəsi geniĢləndi, YĠS-in tətbiqi ilə torpağı icarəyə götürməyə, muzdlu əmək tətbiq etməyə icazə verildi, sənaye müəssisələri təsərrüfat hesabına keçirildi, onların bir çoxu kooperativlərə, Ģirkətlərə, yaxud xüsusi Ģəxslərə icarəyə verildi. O vaxt V.Ġ.Lenin etiraf etmiĢdi: "Biz müəyyən dərəcədə yenidən kapitalizm yaratdıq". YĠS hər Ģeydən əvvəl ölkəni iqtisadi və siyasi böhrandan çıxarmaq, fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmləndirmək məqsədini daĢısa da, onu "ciddi və uzun müddətə", "lakin... həmiĢəlik yox", həyata keçirmək fikrində idi. Ġqtisadiyyatın hakim mövqeləri "bolĢevik" dövlətinin əlində qalırdı ki, bu, qüvvələri yenidən qruplaĢdırmaq, proletariat diktaturasının" iqtisadi hakimiyyətini gücləndirmək məkanı yaradırdı. Beləliklə, V.Ġ.Lenin və onun həmfikirləri təsərrüfatın sosialist formasının inkiĢaf etdiriləcəyinə, "kim-kimi" məsələsinin "sosializmin" xeyrinə həll olunacağına ümid edirdilər.


1921-ci ilin yazından baĢlayaraq, baĢqa sovet respublikalarında olduğu kimi, Azərbaycan SSR-də də "hərbi kommunizm" siyasətindən YİS-ə keçid əməli olaraq həyata keçirilirdi. Bu istiqamətdə atılan ilk addımlardan biri Azərbaycan Ġnqilab Komitəsinin 192l-ci il mayın 17-də "Ərzaq inhisarlarının bütün formalarının ləğv edilməsi barədə" dekreti oldu. Bu dekretlə ərzaq sapalağının qalıqları ləğv edildi, müəyyən çərçivədə, ticarətdə müstəqilliyə icazə verildi.

YĠS həyata keçirilərkən Azərbaycanda və digər milli respublikalarda iqtisadi vəziyyəti, tarixi keçmiĢi, məiĢət və mədəniyyət xüsusiyyətlərini nəzərə almaq tələb olunurdu. Bu xüsusiyyətlər sırasına iqtisadi gerilik, milli proletariatın azsaylılığı, yerli kadrların çatıĢmaması daxil idi. Bunlardan baĢqa, demək olar ki, milli rayonlar üçün eyni olan xüsusiyyətlərlə bərabər, Azərbaycanda çoxmillətli fəhlə sinfinin xeyli hissəsi Azərbaycan kəndi ilə bilavasitə bağlı olmadığından vəziyyət mürəkkəbləĢirdi. Bu, Bakı fəhlələri ilə Azərbaycan kəndlilərinin əlaqəsini çətinləĢdirirdi. Millətlərarası münasibətlər də mürəkkəb idi. Millətlər arasında düĢmənçiliyin təzahürünü, hakim Ģovinist-millətçiliyi, mərkəzin diktatorluğunu ləğv etmək lazım idi. Yeni iqtisadi siyasət 30-cu illərin ortalarına qədər davam etdi, kapitalizmin canlamasi demək olsa da amma o dövr üçün yeganə doğru siyasət idi.



Azərbaycan neft Bakısı kimi çox böyük sənaye mərkəzi, bir çox Ģəhərlərdə və qəzalarda da kiçik sənaye ocaqları olmasına baxmayaraq, əsasən aqrar ölkə olaraq qalırdı. 1921-ci ildə respublika əhalisinin 77,6 faizini kənd əhalisi təşil edirdi32. Fəhlə və qulluqçular əsasən Bakı rayonunda cəmləşmişdi, qəzalarda əhalinin əksəriyyətini kəndlilər, az bir hissəsini fəhlələr təĢkil edirdi.

Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin