2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri


AZƏRBAYCANLILARIN ERMƏNiSTAN SSR-dən



Yüklə 267,88 Kb.
səhifə37/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   33   34   35   36   37   38   39   40   ...   73
AZƏRBAYCANLILARIN ERMƏNiSTAN SSR-dən

TARiXi ETNiK ƏRAZiLƏRiNDƏN

DEPORTASiYASI
Plan: 1.Deportasiyanı doğuran şərait və səbəblər.

2. SSRİ Nazirlər Sovetinın "Ermənistan SSR-dən kolxozçuların və

başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz

ovalığına köçürülməsi haqqında" 1947-ci il 23 dekabr və 1948-ci il 10

mart və 1951-ci il 28 fevralı tarixli 605 saylı məxfi qərarı.

3. Deportasiyanın mərhələləri və aci nəticələri.

4.1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən tarixi-etnik torpaqlarından  kütləvi surətdə deportasiyası haqqında. H.Əliyevin 18 dekabr 1997-ci il fərmanı.

Müharibədən sonrakı illərdə bütün ölkədə şovinist və yerli millətçilik siyasətinin güclənməsi xalqlar arasında tez-tez münaqişə və toqquşmalar, konfliktlər, ciddi təhlükəli problemlər yaradılmasında açıq təzahür edirdi. Moskva hakimiyyəti Qafqazda da Azərbaycan erməni, gürcü və başqa xalqları bir-birinə qarşı qoymaq və onlar üzərində hakim mövqeyini saxlamaq naminə milli münaqişə ocaqları yaratmaq siyasəti yürüdürdü. Bu məkrli siyasət, əsasən, qondarma "Dağlıq Qarabağ" konfliktinin süni surətdə kəskinləşdirilməsi məqsədi güdürdü. Moskvanın fitvası və havadarlığı ilə mərkəzdəki və xarici ölkələrin lobbisinə arxalanan erməni millətçiləri, kommunist - daşnaklar sonrakı illərdə müharibə, vaxtaşırı azərbaycanlıların Ermənistan SSR-dəki tarixi-etnik ərazilərindən sıxışdırılıb çıxarılması, birinci növbədə, Qarabağın qoparılıb Ermənistana verilməsi tələbi ilə çıxış edirdilər. 40-cı illərdə Moskvanın, bilavasitə A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda partiya elitasının fəal iştirakı ilə gizli "Qarabağ hərəkatı", "Qarabağ komitəsi" yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi növbəti dəfə ÜİK(b)P MK qarşısında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi məsələsini qaldırır. Ermənistan K(b)P MK və XKS-nin Stalinə müraciətində heç bir elmi, tarixi əsası olmadan Dağlıq Qarabağ ərazisinin guya iqtisadi cəhətdən daha çox Azərbaycan SSR-lə deyil, Ermənistan SSR-lə bağlı olduğunu sübut etməyə cəhd olunur. Məsələyə dərhal reaksiya verən Mərkəzi hökumətin nümayəndəsi ÜİK(b)P MK katibi G.M.Malenkov 1945-ci ildə noyabrın 28-də Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırova yazdığı məktubunda bu məsələ ilə bağlı məlumat verir və onun rəyini soruşur.16 M.C.Bağırov 1945-ci il 10 dekabr tarixdə ("tam məxfidir" qrifi ilə) ona cavab məktubu göndərir.17 Məktubda Ermənistanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü bütün iddiaların heç bir elmi, tarixi əsası olmadığı və Dağlıq Qarabağın tarixən Azərbaycan ərazisi olduğu tutarlı faktlarla sübut edilirdi.

Cavab məktubunda sovet hakimiyyəti illərində ilk dəfə Azərbaycan rəhbəri tarixi Azərbaycan torpaqları problemini qaldırır və burada Dağlıq Qarabağın Ermənistana güzəştə gediləcəyi təqdirdə müxtəlif vaxtlarda Ermənistana, Gürcüstana və Sovet Rusiyasına verilmiş bir çox tarixi ərazilərin Azərbaycan SSR-ə qaytarılmasını vacib hesab edir. Azərbaycan rəhbərliyinin məsələnin bu səpkidə müzakirə olunmasına razılıq verməsi ermənilərin planlarının pozulması ilə yanaşı, Mərkəzi hökumətə problemin bütün ölkə üçün sonsuz fəlakətlər yaradacağını anlatdı. Belə bir təhlükənin real olduğunu görən mərkəzi hökumət ermənilərin iddialarını rədd edərək məsələnin "arxivə verilməsini" tövsiyə etdi. Eyni zamanda Moskva Türkiyə ilə sərhəddə ermənilərin mövqeyini möhkəmləndirmək tədbirləri gördü. Hələ 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ ABŞ və İngiltərənin iştirakı ilə keçirilən Tehran konfransında Sovet-İran münasibətləri müzakirə edilərkən, gələcəkdə "Böyük Ermənistan" dövləti yaratmaq xülyasında olan ermənilər əlverişli şəraitdən istifadə edərək, SSRİ xarici işlər naziri V.Molotova müraciət edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə istəmişdilər. V.Molotov məsələ ilə bağlı İ.Stalinlə danışdıqdan sonra onların Ermənistan SSR ərazisinə köçürülməsinə razılıq vermişdi. 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı Fərman verdi. Ermənilərin Ermənistan SSR-ə repartasiyası "Daşnaksutyun" partiyasının 1947-ci ilin iyununda keçirilmiş XIV konqresinin qəbul etdiyi qərarlarla bilavasitə bağlı idi. Bu qərarlarda isə repartasiyanın "azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin genişləndirilməsi" şəraitində baş verdiyi iddia edilirdi. Bu işə Qriqoryan kilsəsi də xeyir-duasını vermişdi.

Beləliklə, azərbaycanlıların Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar verdi. SSRI Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə, 111 100 min azərbaycanlı 1948-1950-ci illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər "könüllülük prinsipinə əsasən" Azərbaycana köçürülməli idi. Qərarın axırıncı, II maddəsində ayrıca göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xaricdən gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər. O zaman Ermənistan SSR-də 400 mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-dən mütəşəkkil surətdə Azərbaycan SSR-ə 1799 təsərrüfat, 7747 nəfər köçürüldü. 429 ailə (2834 nəfər) müxtəlif təzyiqlərə məruz qaldığına görə pərakəndə halda Azərbaycana gəlməyə məcbur olmuşdu. 1948-ci ilin payızınadək deportasiyaya məruz qalanların sayı 10.584 nəfər idi. Azərbaycan SSR və Ermənistan SSR rəhbərləri arasında əldə olunmuş razılaşmaya görə, 1949-cu ildə 15713 nəfər (5420 nəfəri yazda, 10293 nəfəri isə payızda) və 3818 təsərrüfat köçürülməli idi. Lakin SSRİ Nazirlər Soveti Azərbaycan SSR və Ermənistan SSR hökumətləri arasında əldə edilmiş razılaşmanı təsdiq etmədi və SSRİ hökumətinin rəsmi nümayəndəsi S.Çeremuşin Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyevdən Ermənistan SSR-dən Azərbaycana əvvəlcədən müəyyənləşdirilmiş 40000 nəfər azərbaycanlının köçürülməsini tələb etdi.



Azərbaycan SSR Nazirlər Soveti çıxılmaz vəziyyətə düşdüyündən məsələnin həlli üçün SSRİ Nazirlər Soveti sədrinin müavini G.M.Malenkova müraciət edib bildirdi ki, bu qədər adamın köçürülməsi və yerləşdirilməsi üçün Azərbaycanın imkanı yoxdur. Müraciətdə 1949-1950-ci illər üçün əvvəllər müəyyən edilmiş köçürmə planlarına yenidən baxılması və "Ermənistan SSR-dən olan azərbaycanlı kolxozçuların və digər əhalinin 10 min nəfərinin 1949-cu ildə, 15 min nəfərinin isə 1950-ci ildə köçürülməsinə icazə verilməsi" xahiş edildi.

Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu, əsasən, Basarkeçər, Zəngibasar, Noyemberyan, Mikoyan, Dilican, Aştarxan, Kirovakan rayonlarını əhatə edirdi. Bu rayonlar əsasən azərbaycanlıların yığcam şəkildə, yaxud ermənilərlə qarışıq halda yaşadıqları dağlıq və dağətəyi rayonlar idi. Erməni millətçiləri, ilk növbədə, azərbaycanlıları bu rayonlardan qovub çıxarmağa çalışırdılar. Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Azərbaycan SSR-in Kür-Araz ovalığı və digər rayonlarında yerləşdirilərkən burada yaşayan ermənilər tərəfindən də təqib olunur və onlar barədə rəhbərliyə böhtan dolu məktub və teleqramlar göndərilirdi. Azərbaycan SSR Şamxor (indiki Şəmkir) rayon partiya və icra orqanlarında rəhbər vəzifə tutan ermənilər 150 nəfər azərbaycanlının öz təsərrüfatları ilə birlikdə rayondan sürgün edilməsi barədə qərarın qəbul edilməsinə nail olmuşdular.25 Ermənilərin Azərbaycanda bu özbaşınalığına respublikanın XDİN-də, partiya və sovet orqanlarında rəhbər vəzifə tutan Markaryan, Qriqoryan, Yemelyanov, Borşov və başqaları himayədarlıq edirdi. Onlar ermənilərin yığcam yaşadıqları DQMV və onun ətrafında yerləşən rayonlarda deportasiya olunanların yerləşdirilməsinə hər cür maneçilik törədir, M.C.Bağırova yalan və böhtanla dolu rəsmi arayışlar təqdim edirdilər. Köçkünlərin ermənilər tərəfindən sıxışdırılması barədə kollektiv imza ilə göndərilən ərizə və məktubları respublika Təhlükəsizlik Nazirliyinin rəhbəri Yemelyanov qəsdən M.C.Bağırova təqdim etdiyi arayışda "millətçilik", "siyasi təxribat" kimi xarakterizə edirdi. 1949-cu ildə Ermənistandan Azərbaycanın Saatlı, Göyçay, Mirbəşir (indiki Tərtər), İmişli, Əli Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (indiki Beyləqan), Yevlax, Ucar, Gədəbəy və Bərdə rayonlarına 15276 adam köçürülmüşdü. 1950-ci il martın 14-də və avqustun 25-də Azərbaycan və Ermənistan respublikalarının Nazirlər Sovetləri həmin ilin yazında və payızında müvafiq olaraq Azərbaycana 3419 təsərrüfatın və 14361 nəfər adamın köçürülməsi barədə qərar qəbul etmişdilər.28 Lakin köçürülmə, daha doğrusu, mütəşəkkil deportasiya planı erməni millətçilərin istədikləri sürətlə həyata keçirilmirdi. Bu, qeyri-insani tədbirin planlaşdırılmış şəkildə həyata keçirilməsinə bir sıra obyektiv və subyektiv səbəblər mane olurdu. Deportasiya olunanların sosial və məişət problemləri lazımınca həll edilmirdi (respublikanın qısa müddətdə bu yerlərdə kifayət qədər mənzil tikmək imkanı yox idi). Yerlərdə buna süni maneələr də yaradılırdı. Bunun nəticəsi olaraq, 1950-ci ildə Azərbaycandan Ermənistana - öz keçmiş yaşayış yerlərinə qayıtma prosesi başlanmışdı. Köçkünlər içərisindən çıxılmaz vəziyyətə düşənlərin bəziləri əlacsız qalaraq Mərkəzi hökumətə şikayət və etiraz məktubları göndərirdilər. Lakin bu şikayət və etirazlar heç bir nəticə vermirdi.29 1950-ci ildə Ermənistandan Azərbaycana 2907 təsərrüfat və ya 12332 adam köçürülmüşdü. Bu, əvvəlki illərlə müqayisədə ən yüksək göstərici idi. Lakin erməni millətçiləri və onların mərkəzi hökumətdəki himayədarları SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarının yerinə yetirilməsi vəziyyətindən qəti narazı idilər. Onların təkidi ilə 1951-ci il fevralın 28-də SSRİ Nazirlər Soveti "1951-ci ildə köçürülmə planı haqqında" 605 saylı məxfi qərar qəbul etmişdi. Bu rəsmi sənəddə köçürmə prosesinin sürətləndirilməsi tələb olunurdu. Lakin görülən sərt inzibati tədbirlər də öz lazımi nəticəsini vermədi. Əksinə, hətta 1951-ci ildə erməni millətçilərinin istəyinin əksinə olaraq, köçürülənlərin geriyə qaytarılması halları çoxaldı. Belə ki, Ermənistan SSR Nazirlər Soveti yanında Köçürmə İdarəsinin rəisi 1951-ci mayın 27-də verdiyi məlumatda 36 azərbaycanlı ail geriyə qayıtdığını göstərirdi.

1952-53-cü illərdə Ermənistandan daha 3155 təsərrüfat və 1376 nəfər azərbaycanlı deportasiya edildi. Lakin geri qayıdanların sayı da artdı. 1954-cü ildə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini M.Poladovun rəhbərliyi ilə Ermənistana ezam edilmiş xüsusi komissiya müəyyən etdi ki, köçürülənlərin geriyə qayıtmalarının başlıca səbəbi Azərbaycanın Kür-Araz ovalığında elementar yaşayış şəraitinin olmamasıdır. Bu səbəbdən də Azərbaycandan Ermənistana 1115 ailə geri qayıtmışdı. Geri qayıdanlar Ermənistanda qeydə alınmır və adi vətəndaş hüquqlarından məhrum edilirdilər. Deportasiya prosesi 1956-cı ilə qədər davam etdirildi. 1954-1956-cı illərdə 1316 təsərrüfat və 5876 nəfər Ermənistandan deportasiya olunmuşdu.31 Ümumiyyətlə, Ermənistan SSR-də etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir. Onların hər üç nəfərindən biri yeni şəraitə, isti, quru iqlimə, məişət təminatsızlığına uyğunlaşa bilməyib, aclıq və xəstəlikdən həlak oldu.33

1948-1956-cı illərdə Ermənistan SSR-dən, öz tarixi etnik torpaqlarından deportasiya edilən azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırım və etnik təmizləmə kimi qiymətləndirilməlidir.

Zaqafqaziyada hökumətin yeritdiyi antiazərbaycan siyasətinin bir təzahürü də Ermənistan və Gürcüstandakı qədim Azərbaycan torpaqlarında toponimlərin özgələşdirilməsinə, azərbaycanlılara məxsus abidələrin məhv edilməsinə geniş



 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində  xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət  nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən — min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından  didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran  edilmişdir.



 SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı  növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948—1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR  ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların  icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır  köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist  dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi,  soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.

 Təəssüf ki, 1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca  araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.

 Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram:

 1. 1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının  hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və  onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:




Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin