3. 70-80-ci illərdə respublika iqtisadiyyatında kənd
təsərrüfatının xüsusi çəkisinin artması.
XX yüzilliyin 70-80-ci illərində respublikanın kəndtəsərrüfatında əsaslı dönüş yaranmış, bu sahəyə diqqət xeyli artmışdı.Respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə
çağırılmış Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda iqtisadiyyatın başqa sahələrində olduğu kimi, kənd təsərrüfatında da yaranmış vəziyyət ciddi təhlil edilmiş,
geriliyin, nöqsanların səbəbləri aşkar edilmiş, mövcud vəziyyəti aradan qaldırmaq üçün yollar müəyyənləşdirilmiş, kompleks tədbirlər görülmüşdü.Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1970-ci ilin iyulunda«Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını inkişaf etdirmək tədbirləri haqqında», 1975-ci ilin iyulunda qəbul etdiyi «Azərbaycan SSR-də kənd təsərrüfatını daha da intensivləşdirmək tədbirləri haqqında», 1979-cu ilin fevralında qəbul etdiyi «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülük və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» qərarlar mühüm rol oynamışdı. Bu qərarlarda respublikada kənd təsərrüfatının vəziyyəti hərtərəfli təhlil olunmuş, onun inkişaf perspektivləri müəyyənləşdirilmiş, əkinçilik və heyvandarlığın inkişafında mövcud olan nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanmış, kənd təsərrüfatının dinamik inkişafını təmin etmək məqsədilə intensivləşmənin tətbiqinə əsaslı vəsait qoyuluşunun artırılmasına xüsusi diqqət verilmişdi. 70-ci illərdə və 80-ci illərin birinci yarısında respublika rəhbəri Heydər Əliyevin fədakar əməyi nəticəsində respublikanın iqtisadiyyatında kənd təsərrüfatıınn xüsusi çəkisi artmış, kənd təsərrüfatında, o cümlədən bitkiçilikdə, tərəvəzçilikdə, bostançılıqda, əkinçilikdə, heyvandarlıqda uzun sürən geriliyə son qoyulmuş, kənd təsərrüfatının bütün sahələrində dinamik inkişafa nail olunmuş, həmçinin busahənin gələcək illərdə daha intensiv inkişafı üçün möhkəm qoyulmuşdu. 1969-1979-cu illərdə respublikanın kənd təsərrüfatında çox böyük irəliləyişlər baş vermişdi. Bu illərdə taxıl istehsalı 2,1 dəfə, pambıq istehsalı 2,5 dəfə, üzüm istehsalı 3,8 dəfə, tərəvəz istehsalı 2,4 dəfə, tütün istehsalı 2,1 dəfə, çay istehsalı ,1 dəfə artmışdı. Heydər Əliyevin prinsipial rəhbərliyi və iş təcrübəsi əsasında 1969-1982-ci illərdə İttifaq üzrə kənd təsərrüfatının ümumi məhsulunun 1,5-1,7 faizi respublikamızın payına düşürdü, hansı ki, bu rəqəm 60-cı illərdə 1 faiz idi. Kənd təsərrüfatının ümumi məhsulu 2 dəfədən çox artmış, ocümlədən taxılçılıqda məhsuldarlıq 48 faiz, pambıqçılıqda 29 faiz, üzümçülükdə 51 faiz, tərəvəzçilikdə 37 faiz, heyvandarlıqda 31 faiz yüksəlmişdi. 70-80-ci illərdə kənd təsərrüfatında pambıqçılığın, üzümçülüyün və taxılçılığın xüsusi çəkisi artmış, bu sahələrdə ixtisaslaşma və mərkəzləşdirmə həyata keçirilmiş və möhkəm maddi-texniki baza yaradılmışdır.Pambıqçılıqda 70-ci ilə qədər orta illik məhsul yığımı327,7 min ton olmuşdursa, 1971-1975-ci ildə bu rəqəm 440,8 in ton, 1981-1985-ci illərdə 653,8 min ton, 1976-1980-ci llərdə isə Heydər Əliyev tərəfindən yaradılan möhkəm madditexnik ibaza əsasında 706,7 min ton olmuşdu. Hər hektardan məhsuldarlıq 35 sentnerə çatmışdı. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1969-1982-ci illərdə pambıqçılığın ixtisaslaşdırılması, onun daha əlverişli təbii-iqlim şəraitinə uyğun rayonlarda yetişdirilməsi təmin edilmişdi. Hesablamalar göstərir ki, pambıqçılıq Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan, Göyçay, Ağdaş, Ağsu rayonlarında daha yaxşı inkişaf etmişdi. 1981-ci ildə respublikamızda 1 milyon 15 min 300 ton pambıq istehsal olunması pambıqçılığın ən gəlirli sahə olduğunu, Azərbaycanda pambıqçılığın yüksək inkişafını təmin etməyin mümkünlüyünü sübut etdi.Nəticədə Orta Asiya pambıqçıları ilə təcrübə mübadiləsi genişləndi. 1970-ci ildən başlayaraq 80-ci illərin ortalarına qədərrespublikada pambıq istehsalı ilbəil artaraq, pambıq istehsalı ən gəlirli sahəyə çevrilmişdi. 1971-1975-ci illərdə orta illik
pambıq istehsalı 440,8 min ton, 1976-1980-ci illərdə 627,5 min ton və 1981-1985-ci illərdə 706,7 min ton təşkil etmişdir. Hər hektardan məhsuldarlıq 1966-1970-ci illərdə 16,0 sentner,
1971-1975-ci illərdə 21,6 sentner, 1976-1980-ci illərdə 30,3 sentner, 1981-1985-ci illərdə 37,1 sentner olmuşdur.
Dostları ilə paylaş: |