2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri



Yüklə 267,88 Kb.
səhifə43/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   39   40   41   42   43   44   45   46   ...   73
Maarif və elm.

XX əsrin 70-80-ci illərində Azərbaycanda elm və maarif sahəsində ciddi irəliliyişlər baş vermiş, təhsilin inkişafına diqqət xeyli güclənmişdi.1972-ci il avqustun 10-da Azərbaycan KP və Nazirlər Soveti «Gənclərin ümumi orta təhsilə keçməsinin başa çatması və ümumtəhsil məktəblərinin işinin daha da inkişaf etdirilməsi haqqında» qərar qəbul etmişdi. Qərarın icrası əsasında təkcə 1973-cü ildə respublikada 49 yeni məktəb binası tikilib istifadəyə verilmişdi. 1971-1975-ci illərdə Azərbaycanda 146.581 yerlik 254, o cümlədən kənd yerlərində 65.488 yerlik 173 məktəb binası tikilib istifadəyə verilmişdi. Qeyd olunan illərdə 23250 yerlik məktəbəqədər müəssisə, məktəblərin nəzdində 1780 yerlik internat binaları, müəllimlər üçün 1575 kvadrat metr yaşayış binası tikilmişdi. Bu illərdə məktəblər əyani və metodik vəsaitlərlə təmin olunmuş, kitabxana şəbəkələri genişləndirilmişdi. 70-80-ci illərdə tədrisin keyfiyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşmışdı. 1971-1975-ci illərdə 8 fənn üzrə kabinetlər təşkil olunmuşdu. 70-80-ci illərdə axşam və qiyabi təhsil məktəblərinin geniş şəbəkəsi yaradılmışdı. Orta və ali məktəblərin fəaliyyəti kökündən yaxşılaşdırılmış, tədrisin keyfiyyətinə diqqət artmışdı. 1975-1984-cü illərdə ümümtəhsil məktəblərinin şəbəkəsi xeyli genişləndirilmişdi. Respublikada fəaliyyət göstərən 4280 ümumtəhsil məktəbindən 3437-i, yaxud 76,1%-i kənd yerlərində yerləşirdi. 1982-ci ildə Bakı şəhərində 142 orta məktəb fəaliyyət göstərirdi. 70-80-ci illərdə aparılmış məktəb islahatı ixtisasların artırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə, təlimtərbiyə işləri səviyyəsinin gücləndirilməsinə gətirib çıxardı. 70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda təhsil sisteminin inkişafı ilə bağlı xeyli əhəmiyyətli tədbirlər keçirilmişdi. Nəticədə, respublikada təhsil sistemində 70-ci illərə qədər mövcud olan nöqsanların aradan qaldırılması sahəsində, inkişafında, əhalinin təhsil səviyyəsinin, işləyənlərin tərkibində ali və orta təhsillilərin xüsusi çəkisinin artmasında, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsində, təhsil alanların hərtərəfli biliklərə yiyələnməsində, hazırlıqlı mütəxəssislərin hazırlanmasında böyük işlər görülmüş, əhəmiyyətli nailiyyətlər əldə edilmişdi.



Ədəbiyyat

1. H.Ə.Əliyev. Sovet Azərbaycanı. Bakı, 1981

2. H.Ə.Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında.

«Respublika» qəz., Bakı: 30 dekabr 2000

3. İ.H.Əliyev. «Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı».

Bakı: 1997

4. Azərbaycanın iqtisadiyyatı. Bakı: 1988

5. Dulayeva H.T. Azərbaycan SSR-in kənd təsərrüfatı 60-80-ci illərdə.

6. Zeynalov İ.X. Azərbaycanın iqtisadi və sosial inkişafı (70-80-ci

illərdə). Bakı: 1996

7. Zeynalov İ.X. Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II

yarısında. Bakı: Azərnəşr, 2004

8. Hüseynova İ. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı:

2004


9. XX əsr Azərbaycan tarixi. Bakı: 2004

10. Azərbaycan tarixi. 7 cilddə, VII c., Bakı: Elm, 2003




Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin