2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri


Azərbaycan döyüşçülərinin partizan və antifaşist müqavimət hərəkatında iştirakı.Milli legionlar



Yüklə 267,88 Kb.
səhifə24/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   20   21   22   23   24   25   26   27   ...   73
Azərbaycan döyüşçülərinin partizan və antifaşist müqavimət hərəkatında iştirakı.Milli legionlar

Plan: 1. ÜİKR(b) P-nin 1941-ci il 29 iyun və 19 iyul tarixli dekreti

2. Azərbaycanlıların partizan hərəkatında iştirakı

3. Azərbaycanlıların antifaşiat müqavimət hərəkatında iştirakı

4.Milli legionlar.
I . Müharibənin ilk dövründə Almanlarin sürətlə irəliləməsi sovet rəhbərliyinin tədbirlər görməyə məcbur etdi. SSRİ XKS və ÜİK(b)MK-nın 1941-ci il 29 iyun tarixli direktivlərində və ÜİK(b)MK-nın 1941-ci il 19 iyul tarixli "Alman ordularının arxasında mübarizənin təşkili haqqında" qərarında, bir sıra digər qərar və direktivlərində müvəqqəti işğal edilmiş rayonlarda düşmən və onun əlaltıları üçün dözülməz şərait yaratmaq, süvari və piyada partizan dəstələri təşkil etmək, işğalçılara qarşı bütün mübarizə formalarına rəhbərlik etmək üçün gizli partiya təşkilatları şəbəkəsi yaratmaq və genişləndirmək vəzifələri müəyyən olunmuşdu.

Müharibə illərində Azərbaycan döyüşçüləri Belorusiya, Ukrayna,Leninqrad vilayəti,Pribaltika respublikalarında partizan hərəkatında fəal iştirak etmişlər. Əsir düşərgəsindən qaçan insanlar partizan dəstələrinə qoşulurdular. 1943-cü ilin sentyabrında 50 Azərbaycanlı əsir düşərgəsindən qaçaraq leytenant Məmməd Əliyevin rəhbərliyi ilə Krımda 8 sayli partizan dəstəsi təşkil etdi.

1944-cü ildə Belotsk rayonundakı “Suvorov” partizan dəstəsinə Mayor Ələkbər Əliyev komandir təyin edilmişdi. Onun rəhbərlik etdiyi partizan dəstəsi düşmənin 11 qatarını, 13 parovozunu, 84 vaqonunu, 9 avtomobilini, bir tankını partlatmış, üç təyyarəsini vurmuş, 7,9 km rabitə xəttini sıradan çıxarmış, Almaniyaya zorla aparılan 400 sovet vətəndaşını azad etmişdir.

1942-1943-cü illərdə Brest vilayətinin Jabinsk rayonunda fəaliyyət göstərən M.Çernyak adına partizan dəstəsinin vzvod və rota komandiri kommunist M.A.Əliyev öz döyüşçüləri ilə 20 dəfə faşist qarnizonu ilə döyüşə girmiş, hitlerçilərin yaşadığı 7 binanı dağıtmış, 6 avtomobili yandırmış, 1000 nəfərdən çox əsgər və zabiti məhv etmiş və əsir tutmuş, 50 qatarı qəzaya uğratmışdı.

1943-1944-cü illərdə Krımda 11.700 nəfər xalq intiqamçısını özündə birləşdirən 33 partizan dəstəsi faşist işğalçılarına qarşı cəsarətlə vuruşurdu ki, bunlardan biri də döyüşçülərinin 90 faizi azərbaycanlılardan ibarət olan 8-ci Azərbaycan partizan dəstəsi idi. Bu dəstə yeddi ay faşistlərə qarşı mübarizədə 32 dəfə faşist qarnizonuna və nəqliyyat vasitələrinə hücum etmiş, düşmənin 1225 əsgər və zabitini məhv etmiş, 451 nəfərini əsir almış, 23 avtomobilini partlatmış, 9700 metr rabitə xəttini kəsmiş, qənimət olaraq 7 topunu, 11 minomyotunu, 60 pulemyotunu ələ keçirmişdi.


Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin