2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri



Yüklə 267,88 Kb.
səhifə30/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   26   27   28   29   30   31   32   33   ...   73
Milli legionlar. Müharibənin başlanması, ilk vaxtlarda alman-faşist ordularının müvəffəqiyyətləri ilə əlaqədar azərbaycanlı döyüşçülərin bir hissəsində yeni bir düşüncə tərzi yaratdı və onlar itirilmiş müstəqilliyi bərpa etmək uğrunda mübarizəyə başlayaraq sanki bolşevik Rusiyasından və Stalindən intiqam almaq istəyirdilər. Sovet rejimi ilə razılaşmaq istəməyən bir çox azərbaycanlı döyüşçülər qəsdən əsir düşür və Azərbaycanın milli istiqlalını yenidən bərpa etmək ümidi ilə alman əsgərləriilə birlikdə bolşevizmə qarşı birgə mübarizə aparırdılar. Eyni zamanda bolşevik istilasından sonra Almaniyada və digər Avropa ölkələrində mühacir olmuş azərbaycanlılar Vətən həsrəti ilə yaşayırdılar. Mühacirlər əsir düşmüş azərbaycanlıların içərisində ayrıca milli legionların yaradılması

və ən mühümü isə Almaniyanın Azərbaycanın müstəqilliyinin tanıması istiqamətində intensiv iş aparırdılar. Əsir düşənlər isə çox idi. Alman tədqiqatçısı P.Mühlen yazırdı ki, 1941-ci il noyabrın 1-nə qədər 2 milyondan artıq sabiq Qırmızı Ordu döyüşçüsü əsir düşmüşdü. Şərq Nazirliyinin rəhbəri Rozenberq

əsir düşənlərin 3,6 milyon olduğunu göstərirdi. Ə.Fətəlibəyli- Düdənginskinin məlumatlarına görə əsir düşənlərin 150 min nəfəri Azərbayan türkü, 1 milyona qədəri isə bütün türklərin və qafqazlıların olduğu göstərilir. Qeyd etməliyik ki, əsir düşənlərlə alman komandanlığı «ali irq» ideologiyası ilə davranır, onların qaldığı düşərgələrdə kütləvi xəstəliklər yayılır və on minlərlə adam acından, soyuqdan məhv olurdu. Təkcə bir düşərgədə 30 min əsirdən 28 min nəfəri tif xəstəliyindən ölmüşdü. Belə ölüm hallarının qarşısını almaq məqsədi ilə də Milli legionların yaradılmasının əhəmiyyəti böyük idi. Milli legionların yaradılmasında görkəmli vətənpərvər, xalqını və Vətənini sevən mayor Əbdül Rəhim bəy Fətəlibəyli-Düdənginskinin böyük xidmətləri olmuşdur. Ə.Fətəlibəyli- Düdənginski (Naxçıvanın Düdəngə kəndində doğulmuşdu) 1940-cü ildə Moskva Hərbi

Akademiyasını bitirmiş və ailəsi ilə birlikdə Litvaya getmişdi. O, Baltikyanı döyüşlərin birində almanlara əsir düşmüş və 1941-ci ilin noyabrında Hitlerə məktub yazaraq Azərbaycan legionlarının yaradılması fikrini bildirmişdi. İlk əvəl Hitler bu məsəlyə diqqət vermədi. Çünki sürətlə irəliləyən alman ordusu 1941-ci ilin sonuna qədər müharibəni başa çatdırmaq fikrində idi. Ancaq məlumdur ki, Moskva yaxınlığında alman orduları ağır məğlubiyyətə uğradı və müharibə uzandı. Bundan sonar müxtəlif legionların, o cümlədən Azərbaycan legionlarının yaradılmasına Hitler və onun komandanlığı razılıq verdi, sovet ordusuna qarşı döyüşlərdə müxtəlif xalqların gücündən istifadə etməyə başladı. Rozenberqin təklifi illə Hitler 1941-ci il dekabrın 22-də Milli legionların yaradılması haqqında əmr verdi. 1942-ci ilin baharında Milli legionların yaradılması işinə başlandı. İlk legionlar işğal altında olan Polşada yarandı. Legionlara rəhbərlik edənlərin 20-25 faizi alman zabitləri idi. Həmin legionlarda 1941-ci ildə Almaniyaya dəvət olunan M.Ə.Rəsulzadənin «Üçrəngli bayraq» əsəri əldən-ələ gəzirdi. Sabiq legionçulardan Məhəmməd Gəngərli və Kərrar Ələsgərlinin məlumatlarına görə «Boz qurd», «Cavad xan», «Aslan» və b. taburlarda qruplaşdırılan Azərbacyan legionerlərinin sayı 70 mindən çox idi. Hər bir Milli legionda almanlar tərəfindən maliyyələşdirilən «Azərbaycan», «Milli birlik», «Hücum» qəzetləri nəşr olunurdu. Qəzet səhifələrində «bolşeviklərə qarşı mübarizəyə» ruhlandırılan məqalələr, Ə.Cavad, M.Müşfiq, A.İldırım və başqalarının şeirləri dərc edilirdi. Bütün legionerlər alman forması geyinməyə məcbur edilirdi. Lakin onların sol qollarında üç rəngli bayrağımız və ay-ulduz həkk olunmuş fərqlənmə nişanı var idi. Ə.Fətəlibəyli-Düdənginski yazırdı ki, Stalin Hitlerlə Polşanı bölən, Baltik ölkələrinin müstəqillyini əlindən alan, Finlandiyanı darmadağın edən vaxt biz nəfəsimizi içimizə çəkib gözləyirdik… biz atalarımızın ənənələrini tapdalayıb xalqımızıkölə halına salmış Böyük Rusiya uğrunda vuruşa bilməzdik…

Buna görə də bolşevizmin kölə etdiyi xalqlarla yanaşı, azərbaycanlılar da almanların tərəfinə keçərək, onlarla birlikdə Vətənin azadlığı və müstəqillyi uğrunda mübarizəyə qoşulurdu və bu əhval-ruhiyyə əsir düşənlərin qəlbinə hakim idi. 1942-ci ilin əvvəllərindən formalaşmağa başlayan Azərbaycan legionları döyüşlərdə bir sıra ciddi uğurlarqazanmış, Kubana, Şimali Qafqaza qədər gəlib çıxa bilmişdi. K.Ələsgərli yazırdı: «Gün kimi yadımdadır. Şimali Qafqazda ağsaqqal çeçenlər və b. bizi ata-baba qaydalarınca qarşılamağa çıxmışdılar. Mümkün qədər tezliklə Azərbaycana çatmaq və ölkəmizi bolşeviklərdən azad etməyə can atırdıq. Bizə bolşevizmi məhv etmək, repressiya illərində öldürülən qohumqardaşlarımıza görə Stalindən intiqam almaq hissi hakim kəsilmişdi. Legionerlərdən çoxu döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə orden və medallarla təltif edilmişdilər. Azərbaycanlı legionerlərin döyüşlərdə ilk uğurları Qafqaz cəhbəsində qazanılmışdı. Bu döyüşlərdə F.Düdənginski xüsusilə fərqlənmişdi. Azərbaycanlı legionerlərin bu uğurları alman komandanlığı tərəfindən yüksək qiymətləndirilmişdi. Azərbaycanlı legionerlərin qəhrəmanlığını qiymətləndirmək üçün iki orden: «Azərbaycan istiqlaliyyəti» və «Boz Qurd»

ordenləri təsis olunmuşdu. Azərbaycanlı legionerlərin qəhərəmanlığı barədə məlumatlı olan Hitler erməni və gürcülərə nisbətən müsəlmanlara daha çox üstünlük verirdi.Məhz bu inama görə alman komandanlığı legionerləri yalnız döyüş cəbhəsinə deyil, hətta kəşfiyyata da göndərirdi. Almaniya Xarici İşlər Nazirliyində Şərq mütəxəssisi olan, keçmiş Moskva səfiri Şulenberq Hitlerlə razılaşaraq 1942-ciilin aprelində Avropa ölkələrində məskunlaşan tanınmış mühacirlərlə Berlinin məşhur «Adlon» otelində görüş təşkil etdi. Bu tarixi görüş «Adloniada» adlandırıldı və mayda təşkil edildi. Görüşə M.Ə.Rəsulzadə də dəvət olunmuşdu.

idi. M.Ə.Rəsulzadənin rəhbərliyi altında Milli Azərbaycan Komitəsi fəaliyət göstərirdi. M.Ə.Rəsulzadə Almaniya ordu rəhbərliyi, Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə uzunuzadı danışıqlar apardı. Bu danışıqlarda əsas məsələ Almaniya

tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi. Lakin danışıqların bir nəticə vermədiyini görən M.Ə.Rəsulzadə 1942- ci ilin sonlarında Almaniyanı tərk etdi.

Rozenberqin istəiynə rəğmən üç nəfərdən ibarət təşkil olunan Azərbacyan «İrtibat Heyəti»nə mayor Ə.Fətəlibəyli, «Qafqaz» qrupunun fəalı Fuad Əmircan və 1920-ci ildə Azərbaycan Parlamenti tərəfindən Paris Sülh konfransına göndərilən Abbas bəy Ataməlibəyov daxil edildilər. Ə.Fətəlibəyli-Düdənginski böyük enerji ilə azərbaycanlıların hüquqlarını müdafiə edir, almanlarla o qədər də asan olmayan iş birliyi yaradır, mürəkkəb tarixi şəraitdə Azərbaycanın müstəqilliyinin tanınmasına çalışırdı. Bu məqsədlə 1943-cü ilin noyabrında Berlində 300 nəfər soydaşlarılmızın iştirak etdiyi qurultay oldu. Qurultayda Rozenberq də iştirak edirdi. Qurultayda hələ Azərbaycanın müstəqilliyini tanımayan Almaniyanın siyasəti tənqid edildi. Qurultayda Ə.Fətəlibəyli-Düdənginskinin məruzəsi üzrə 5 bənddən ibarət qərar qəbul edildi. Qurultayda qəbul edilən qərarların böyük əhəmiyyəti oldu. Hitlerin müsəlmanlara inamı artdı. 1943-cü ilin payızında Berlində mühacir Azərbacyan Parlamenti və Azərbaycan Hökuməti yaradıldı. Hökumətin başında Ə.Fətəlibəyli- Düdənginski dururdu. Almaniya hökuməti «Mühacir Azərbaycan hökuməti»ni tanıdı. Bu hökumət 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi. Azərbaycan Milli legionu Fransanın cənubunda almanlarla birlikdə müttəfiqlərin qoşunlarına qarşı döyüşlərdə iştirak etdi. 1944-cü ilin iyununda ikinci cəbhə açılandan sonar almanların vəziyyəti ağırlaşdı, amerikan qoşunları Atlantik sahillərini ələ keçirdi. Bu zaman geri çəkilən almanlarla birlikdə Azərbacyan Milli legionu da geri çəkilirdi. Müharibə qurtardıqdan sonra azərbaycanlı legionçular dünyanın müxtəlif ölkələrinə səpələndilər. Almaniyanın məğlubiyyətindən sonar Azərbaycan Milli Hökumətinin prezidenti Ə.Fətəlibəyli-Düdənginskinin ağır mühacirət dövrü başlayır. O, əvvəl Misirə, sonra Türkiyəyə gedir. «Bolşevizmə qarşı mübarizə» məqsədilə ABŞ ideoloji təbliğat vasitəsi olan «Azadlıq» radiosunu təşkil edir və Ə.Fətəlibəyli-Düdənginskini Azərbaycan redaksiyasının redaktoru vəzifəsinə dəvət edir. «Azadlıq» radiostansiyasının açılışı Stalinin ölümü günü - 1953-cü il martın 5-də olur. 1954- cü ildə Ə.Fətəlibəyli-Düdənginski sovet cəsusu tərəfindən

xaincəsinə öldürülür.





Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin