2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri


Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası.Qarabağ müharibəsi. Siyasi böhranın dərinləşməsi



Yüklə 267,88 Kb.
səhifə47/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   43   44   45   46   47   48   49   50   ...   73
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası.Qarabağ müharibəsi. Siyasi böhranın dərinləşməsi

Plan:

1.Müstəqillik ərəfəsində ölkədə vəziyyət.H.Əliyevin Moskvadan Azərbaycana gəlməsi,Naxçıvanda fəaliyyəti.

2. Azərbaycan Respublikasının dövlət müstəqilliyi və onun dünya dövlətləri tərəfindən tanınması, dövlət atributlarının qəbulu.

3.Qrabağ müharibəsi, ölkədə siyasi böhranın dərinləşməsi.
Tarixin bu məsuliyyətli dövründə Azərbaycan Xalq Cəbhəsi artıq xalqa rəhbərlik edə bilmədi. Onun başçıları siyasi naşılıq göstərərək, hakimiyyəti bölüşdürmək barədə iqtidarla sövdələşməyə başladılar və xalq içərisində nüfuzlarını itirdilər. Bir qrup ziyalının müraciətindən "təsirlənən" iqtidar və AXC liderləri mayın 17-də görüşüb Məşvərət Şurası yaratdılar. Azərbaycan SSR Ali Sovetinin sessiyası mayın 18-də Məşvərət Şurasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, müxalifətin maneəsinə rast gəlmədən prezident vəzifəsi təsis etdi və Ayaz Mütəllibovu respublikanın prezidenti seçdi. Ayaz Mütəllibov Moskvaya - Heydər Əliyevə xəbər göndərib bildirmişdi ki, onun qayıdışı ilə "Azərbaycanda böyük qarışıqlıqlar baş verə bilər". Bakı hava limanında Heydər Əliyevi qarşılayacaq şəxslərdən biri, görkəmli naşir Xanbabayev 1990-cı il mayın 30-da qətlə yetirildi.

Ən yüksək dairələrdən edilən xəbərdarlıqlara baxmayaraq, tarixin bu məsuliyyətli və çətin dövründə xalqı ilə bir olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də təyyarə ilə Bakıya qayıtdı. Xalq bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Şəhəri gəzərkən Heydər Əliyevin ətrafına yüzlərlə adam toplaşırdı. Lakin iqtidar o qədər təşvişə düşmüşdü ki, bir qrup əlaltısının, habelə ondan hakimiyyət bölgüsü gözləyən bəzi sol müxalif qüvvələrin iştirakı ilə təyyarə meydanında piket təşkil etdirmişdi.İki gündən sonra - iyulun 22-də Heydər Əliyev Naxçıvana getdi. Həmin gün o, Naxçıvanın Azadlıq meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən izdihamlı mitinqə dəvət olundu və orada çıxış etdi. Xalqın respublikanın müxtəlif bölgələrindən gəlmiş nümayəndələri ilə görüşlər keçirdi, onları müstəqillik uğrunda axıradək mübariz olmağa çağırdı. O, Azərbaycan xalq deputatlığına namizəd irəli sürüldüyü Nehrəm seçki dairəsi seçiciləri ilə görüşündə demişdi: "Azərbaycan Respublikasının milli dövlət kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün Azərbaycan tam müstəqil, azad olmalıdır. Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə Naxçıvan MR Ali Məclisi 1991-ci il martın 14-də referendumda iştirak etməmək haqqında qərar qəbul etdi. Bütün bu vəzifələri Yeni İttifaq müqaviləsi hazırlanmış və mətbuatda dərc edilmişdi. Azərbaycan rəhbərliyi bu layihənin hazırlanmasının iştirakçısı olmuş və SSRİ Ali Sovetinin sessiyasında onu müdafiə etmişdi.18 Heydər Əliyev respublika başçılarının bu mövqeyini Naxçıvan MR Ali Məclisinin 14 yanvar 1991-ci il tarixli sessiyasında kəskin tənqid etdi, göstərdi ki, Azərbaycan üçün bu müqaviləyə girmək, ona müsbət rəy bildirmək xalqımızın qarşısında cinayət etmək deməkdir. "Əgər bizim respublikamız həqiqətən milli dirçəliş yoluna çıxıbsa və bu yolla getmək istəyirsə, onda hansı ittifaq birliyindən söhbət gedə bilər? Burada təyin etmək lazımdır, bizim respublikamız hansı yolla gedəcəkdir?"19 Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyasında Heydər Əliyev SSRİ-nin saxlanmasına münasibət bildirilməsi üçün təşkili nəzərdə tutulan Ümumittifaq referendumunda iştirak etməyin əleyhinə çıxdı. "Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin, heç bir şərt qoymadan, tam əleyhinəyəm... Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam.1990-cı il noyabrın 17-də Naxçıvan MSSR parlamentinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Dövlət Bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi. Hələ 1989-cu il sentyabrın 23-də Ə.Vəzirov Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan SSR-in suverenliyi haqqında".

Demokratik qüvvələrin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilib "Azərbaycan Respublikası" adlandırıldı. Azərbaycan Cümhuriyyətinin bayrağı Dövlət Bayrağı kimi təsdiq olunduAzərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da saat xalqın təyziqi ilə A.Mütəllibov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat - "Azadlıq Bəyannaməsi" qəbul etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" yekdilliklə qəbul edildi. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da əleyhinə səs verirlər. Konstitusiya Aktı 32 maddə və yekun müddəadan ibarət idi.


Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin