2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri


Plan : 1.H.Əliyevin ölkə rəhbərliyinə gəlməsi ərəfəsindəki siyasi vəziyyət



Yüklə 267,88 Kb.
səhifə55/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   51   52   53   54   55   56   57   58   ...   73
Plan : 1.H.Əliyevin ölkə rəhbərliyinə gəlməsi ərəfəsindəki siyasi vəziyyət

2.H.Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi üçün atılan addımlar

3.Milli qurtuluş hərəkatı. Siyasi sabitlik , milli dövlətçiliyin

möhkəmləndirilməsi


Xalq böyük fəlakətin yaxınlaşdığını hiss edirdi. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş imperiyapərəst qüvvələr və onların əlaltıları iqtidarın səriştəsizliyindən məharətlə istifadə edərək ölkəni parçalamağa, vətəndaş müharibəsi törətməyə çalışırdılar. Xalqın qabaqcıl qüvvələrinin başçılığı ilə ölkədə Qurtuluş hərəkatı başlandı. Hərəkatın carçıları Heydər Əliyevin ətrafında sıx birləşərək onu ümumxalq mübarizəsi səviyyəsinə qaldırdılar. Ölkənin mütərəqqi şəxsiyyətləri, ziyalıları, qabaqcıl, sadə əmək adamları dəfələrlə Naxçıvana, Heydər Əliyevin yanına gedib Vətənin xilası naminə ondan yenidən böyük siyasətə qayıtmasını xahiş etdilər.1 Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaranması xalqın çox hissəsinin respublikamızı düşdüyü vəziyyətdən çıxarmaq üçün və artıq mövcud olan partiyalara və təşkilatlara inamları olmadıqlarına görə yeni bir partiyanın yaranması ilə əlaqədar ayrı-ayrılıqda fikirlərinin, arzularının cəmləşməsi və nəhayət, formalaşması nəticəsində olmuşdur. Bir adam, bir qrup adam yox, Azərbaycanın, demək olar ki, bir çox bölgələrində - Bakıda, başqa böyük şəhərlərdə, rayonlarda, yaşayış məntəqələrində ayrı-ayrı adamlar bir-biri ilə əlaqəsi olmadan belə bir fikrə gəlmişdilər. "Əlincə" Cəmiyyətinin nəşr etdirdiyi "Səs" qəzetində çap olunmuş "Heydər bəyi biz çağırmalıyıq!" adlı müraciət ölkədə böyük əks-səda doğurmuşdu. Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılmış ictimai rəy sorğularının nəticələri, Yeni Azərbaycan Partiyasının (YAP) Təşkilat Komitəsinə daxil olan minlərlə şifahi yazılı təklif diktə edirdi ki, yeni partiyaya rəhbərlik etməyə qadir yeganə şəxs Heydər Əliyevdir. Naxçıvan blokada şəraitində, gedib-gəlmək böyük problem olsa da, adamlar dəstə-dəstə ora gedir, Heydər Əliyevə müraciət edirdilər ki, Bakıya, böyük siyasətə qayıtsın. Lakin Heydər Əliyev bu fikirdə deyildi. O, bütün müraciətlərə ehtiramla yanaşır, lakin təklifdən imtina edirdi. Heydər Əliyev belə bir gərgin şəraitdə yeni müxalif qüvvə yaratmaq istəmirdi. Azərbaycanın 91 nəfər tanınmış ziyalısı 1992-ci il oktyabrın 16-da "Səs" qəzeti vasitəsilə Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" - deyə müraciət etdi. Bu tarixi sənəddə ölkədə yaranmış ağır siyasi, iqtisadi, mənəvi durumun mövcud iqtidarın səriştəsiz, kobud, zora arxalanan siyasəti nəticəsində gündən-günə dərinləşməsi, belə vəziyyətdən demokratik yolla xilas olmaq üçün xalqın bu işə rəhbərlik etməyə qadir yeganə şəxsin – Heydər Əliyevin başçılığı altında Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu öz əksini tapmışdı. Heydər Əliyev Azərbaycan ziyalılarının müraciətinə 24 oktyabr 1992-ci il tarixli cavabında mövcud ictimai-siyasi durumu dərindən təhlil etdi, cəmiyyətin bütün qüvvələrini birləşdirməklə yaranmış ağır vəziyyətdən çıxış yollarını göstərdi, Azərbaycanın müharibə vəziyyətindən çıxması, Qarabağ probleminin tezliklə həll olunması, sosial-iqtisadi böhranın aradan qaldırılması, düzgün kadr siyasəti aparılması, səriştəli kadrlardan səmərəli istifadə olunması, respublikada qanunların aliliyinin təmin edilməsi, demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizmə, insan azadlığına şərait yaradılması, yeni, müstəqil dövlət quruculuğu prosesinə vətəndaşların hamısının, əhalinin bütün təbəqələrinin cəlb olunması, heç bir məhdudiyyət qoyulmaması, Azərbaycanın parçalanmasına yönəldilmiş meyllərin qarşısının qətiyyətlə, sivil, demokratik yollarla alınması, dövlətin bütövlüyünün demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi vacibliyini qeyd etdi. O bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə bir partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər". Yeni Azərbaycan Partiyasının təsis konfransını Bakıda keçirməyə imkan vermədilər. Konfrans 1992-ci il noyabrın 21-də, şaxtalı bir gündə Naxçıvanda keçirildi. Müxtəlif bölgələrdən təşəbbüs qruplarının 550-dən çox nümayəndəsinin iştirak etdiyi konfrans YAP-ın təsis olunması haqqında qərar qəbul etdi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunub qəbul edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Təşkilatın rəhbər orqanları formalaşdırıldı.Partiyanın 1992-ci il 21 noyabr tarixli bəyanatında qeyd olunurdu ki, bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı demokratik hüquqi dövlət, möhkəm əmin- amanlıq və ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir. "Bizim şüarımız müxalifət naminə müxalifət ola bilməz! Bizim prinsipimiz konstruktivlikdir".8 Partiyanın sıraları sürətlə artırdı. Lakin o, iqtidara birdən-birə gələ bilmədi. Heydər Əliyev təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının lideri idi. O öz məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq üçün iqtidara yol göstərməyə çalışırdı. Uzun müddət bu məsləhətlərə məhəl qoymayıb səriştəsiz siyasəti ilə ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə gətirmiş iqtidar başlanmış təhlükəli proseslərin qarşısını almaqda gücsüzlüyünü görüb son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Prezident Elçibəyin dəfələrlə təkidli dəvətlərindən sonra Heydər Əliyev 1993-cü il iyunun 9-da hökumətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi. Heydər Əliyev genişlənmək təhlükəsi olan vətəndaş müharibəsini dayandırmaq üçün ağıllı, düşünülmüş siyasi tədbirlər həyata keçirdi. O, iyunun 13-14-də Gəncə şəhərində hərbi müxalifətlə danışıqlar apardı, mövcud siyasi böhrandan çıxış yollarını müəyyənləşdirdi. İyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyası Heydər Əliyevi Ali Sovetin sədri seçdi. Bu gün Azərbaycanın müasir dövr tarixinə "Qurtuluş Günü" kimi daxil oldu. Sonralar - 1997-ci ilin iyununda Milli Məclis bu günü "Milli Qurtuluş Günü" kimi bayram elan etdi. 1992-ci ilin 15 iyunu - Üçüncü Azərbaycan Respublikasının həyatında baş verən bu əlamətdar hadisə Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. Siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi, siyasi pərakəndəlik həddinə gətirib çıxarmış, iqtisadi və sosial problemləri daha da mürəkkəbləşdirmiş AXC - Müsavat iqtidarı komandası özü hakimiyyətə dəvət etdiyi Heydər Əliyevə bu mürəkkəb problemləri aradan qaldırmaqda köməkçi olmaqdansa, müxalifətə keçdi: bir çoxu qaçıb gizləndi, bəziləri fəaliyyətlərini "dondurdu". Siyasi gərginliyə tab gətirə bilməyən, şəxsi təhlükəsizliyindən qorxan, baş götürüb qaçmaqla guya paytaxtda qardaş qırğınının qarşısını almağa çalışan prezident Elçibəy iyunun 17-dən 18-nə keçən gecə Bakını gizlicə tərk edib Naxçıvan MR-in Ordubad rayonuna - doğulduğu Kələki kəndinə getdi və ölkəni bu ucqar dağ kəndindən idarə etmək iddiasında olduğunu bildirdi.14 Milli Məclis qaçqın prezidentə geri qayıdıb ölkəyə belə bir mürəkkəb şəraitdə lazımi səviyyədə rəhbərlik etməyi dönə-dönə təklif etsə də, hər dəfə faktik olaraq rədd cavabı aldı. İyunun 24-də Milli Məclis respublika prezidentinin səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

Vətəndaş müharibəsini dayandırmaq məqsədilə Heydər Əliyev heç bir siyasi idarəçilik bacarığı olmayan, xarici dövlətin xüsusi orqanlarının və revanş almaq istəyən qüvvələrin əlində oyuncağa çevrilmiş, lakin real silahlı gücə malik S.Hüseynovu öz sayıq nəzarəti altında baş nazir vəzifəsinə təyin etdi. Güc nazirliklərinə rəhbərlik ona tapşırıldı. Heydər Əliyev iqtidarında yüksək vəzifələr tutsa da, öz məqsədinə nail ola bilməyəcəyini dərk edən S.Hüseynov qərargahı Gəncədə yerləşən Səhra Cəbhə İdarəsi yaratdı. Burada R.Qazıyev və iyunun 15-də Lənkəranda hakimiyyəti hərbi hissələrin köməyi ilə devirmiş, cənub bölgəsinə faktiki rəhbərlik edən Ə.Hümbətovla birgə dövlət başçısını hakimiyyətdən əl çəkməyə məcbur etmək planlarını həyata keçirməyə cəhd etdi. 1993-cü ilin yayı və payızında hərbi müxalifətin cinayətkar satqınlığı nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yeni zərbələr endirildi. Ermənistanın hərbi qüvvələri Azərbaycandakı siyasi böhrandan istifadə edib iyunun əvvəllərindən başlayaraq güclü hücuma keçdi. Hərbi qiyam vaxtı Ağdam cəbhəsindən həm AXC-Müsavat iqtidarına, həm də S.Hüseynova tabe xeyli canlı qüvvə və hərbi texnika çıxarılmışdı.17 Daxili qoşun hissələri Bakının "surətçi"lərdən müdafiəsinə keçirmişdi. İyunun 25-dən 26-na keçən gecə milli silahlı qüvvələr Ağdam cəbhəsindən çıxarıldı. Cəbhə yerli özünümüdafiə taburlarının ümidinə qaldı. İyulun əvvəllərində S.Hüseynova sadiq 709 saylı hərbi hissə Ağdama daxil oldu. S.Hüseynov Ağdamı düşmənə, özünün dediyi kimi, "əlborcu verməklə" ölkədə siyasi vəziyyəti daha daçağırılmışdı.18 Düşmən bundan istifadə edib Ağdamın Qarqar çayı və Sayıbalı kəndinə qədər ərazisini ələ gərginləşdirmək, Heydər Əliyevi hakimiyyətdən kənarlaşdırmaq istəyirdi. Döyüşlərin bütün ağırlıqlarını çəkmiş özünümüdafiə taburları döyüş mövqelərindən çıxarıldı. Ağdam şəhəri düşmən tərəfindən intensiv atəşə tutularkən "surətçilər" heç bir cavab tədbiri görmədilər. Düşmən sürətlə irəlilədi. Malıbəylidə ağır döyüşlər getdi. Asif Məhərrəmovun başçılıq etdiyi özünümüdafiə taburu iyulun 22-23-də bütün günü və gecəni düşmənlə əlbəyaxa vuruşdu, lakin heç bir kömək almadığından geri çəkilməyə məcbur oldu. İyulun 23-də səhər əsasən özünümüdafiə taburlarının gücü ilə 43 gün düşmənlə qanlı döyüşlər aparmış Ağdam şəhəri işğal olundu. S.Hüseynov Gəncədə bəyanat verib bildirdi ki, o, "xalq və dövlət taleyinin həll edilməsi məsələsini" öz üzərinə götürür. Ə.Hümbətov bu bəyanatı alqışladı.

Cənub bölgələrində separatçılıq edən qüvvələrlə münasibəti sivil qaydada nizama salmaq istəyən Heydər Əliyev Ə.Hümbətovla görüşməyi qərara aldı. Bu görüşdə "səlahiyyətim avtomatımdır" -deyən Hümbətov davakar-ultimativ iddialar irəli sürdü. S.Hüseynova geniş səlahiyyətlər verilməsini, Ali Sovetin sessiyasını çağırıb A.Mütəllibovu öz vəzifəsinə qaytarmağı tələb etdi və qəti rədd cavabı aldı. 1993-cü il avqustun 7-də respublikanın cənub bölgələrində üzdəniraq "Talış Muğan Respublikası" (TMR) yaradıldığı elan olundu. "Hökumət" təşkil edildi. Rusiya, İran və Belarus dövlətlərinə, BMT-yə müraciət edib bu qondarma qurumu tanımağı xahiş etdilər. Təbii ki, cavab almadılar. Yerlərdə baş verən kortəbii mitinqlərdə əhali Ə.Hümbətovun silahlı quldur dəstəsinin ləğv olunmasını, qondarma "TMR"-i tanımadığını bəyan edirdi. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq məsələni dinc vasitələrlə həll etməyə üstünlük verdi. Avqustun 13-də o, bu bölgədən olan xalq deputatları, tanınmış ziyalılar və ağsaqqallarla görüşdü. Onlar "hümbətovçulara" qarşı qəti tədbirlər görülməsini tələb etdilər. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verdi, onu Azərbaycanın müstəqilliyinə qarşı qüvvələrin siyasi oyunu kimi ifşa etdi. S.Hüseynov avqustun 18-19-da Gəncədə Ə.Hümbətovu dost kimi qəbul edib möhkəm dayanmağı məsləhət gördüyü vaxt cənub rayonları əhalisinin etiraz hərəkatı genişlənirdi. Xalqın və dövlət qüvvələrinin birliyi sayəsində avqustun 23-də separatçılar dövlətin gücü ilə məğlub edildilər. Ə. Hümbətov qaçdı, "TMR" ləğv olundu.

Satqınların və köhnə iqtidara sadiq hərbi hissələrin təxribatı nəticəsində avqustun 18-də Cəbrayıl, 23-də Füzuli, 31-də Qubadlı rayonları işğal olundu. Mühasirəyə düşmüş Zəngilan rayonu oktyabrın 29-30-da düşmən əlinə keçdi. Ölkənin müstəqilliyinə qənim kəsilmiş, xaricdən idarə olunan qüvvələrin hakimiyyəti ələ almaq üçün heç nədən çəkinmədiyini görən xalq Heydər Əliyevin ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da prezident Ə.Elçibəyə etimad haqqında referendum keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasla, səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi.



Prezident Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ardıcıl və dönməz olduğunu təsdiqləyən uğurlu daxili və xarici siyasəti düşmənləri ciddi narahat edirdi. Onlar paytaxtda və respublikanın digər iri yaşayış məntəqələrində siyasi sabitliyi pozmaq üçün hər vasitəyə əl atırdılar. Bakı metropolitenində yanğın və partlayışlar törədilir, Prezidentə sui-qəsd təşəbbüsləri, dövlət çevrilişinə cəhdlər göstərilirdi. 1993-cü il sentyabrın ortalarında S.Hüseynov, Ə.Hümbətov və R.Qazıyev qüvvələrini birləşdirib Bakıya hücum etmək, Heydər Əliyevi hakimiyyətdən salmaq planı hazırlamışdılar. Respublikanın qərb rayonlarında qeyri-rəsmi hərbi qruplar yaradılmışdı. Murovdağ, Goranboy və Gədəbəy bölgələrindən 50-yə qədər, Lənkərandan 8 zirehli texnika və canlı qüvvə Gəncə ətrafındakı meşələrdə yerləşdirilmiş və fürsət gözləməkdə idi. S.Hüseynov Gəncədə və Yevlaxda öz əlaltılarının müşavirəsini keçirmiş, çevrilişə hazırlıq tədbirlərini müzakirə etmişdi.28 Baş nazir və onun tərəfdarları ölkədə narazılıq salmaq üçün digər təxribatlara da əl atır, ərzaq təchizatında süni gərginlik yaradır, inflyasiyanı dərinləşdirən tədbirlər görürdülər. Cəmiyyətdə vahimə yaratmaq üçün 1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə Təhlükəsizlik Nazirliyi istintaq təcridxanasından dövlətə qarşı cinayətlərdə ittiham olunan bir neçə cinayətkar qaçırıldı. Sentyabrın 29-da daha bir neçə cinayət aktı törədildi. Ali Sovet sədrinin müavini A.Cəlilov və Prezident yanında Xüsusi İdarə rəisi Ş.Rəhimov qətlə yetirildilər.29 Xüsusi Təyinatlı Polis Dəstəsinin əvvəllər müəyyən hərbi xidmətləri olsa da, pozucu qüvvələrin təsiri ilə artıq cinayət yoluna düşmüş 30-a qədər "döyüşçüsü" oktyabrın 2-də Respublika Prokurorluğu binasına soxuldu.30 Daxili işlər nazirinin müavini Rövşən Cavadov 40 nəfərlik silahlı dəstə ilə nazirliyin binasına hücum edib dəf olunduqdan sonra prokurorluğun binasına, qardaşının rəhbərlik etdiyi dəstəyə köməyə gəldi. Prezident Heydər Əliyevin apardığı danışıqlar nəticəsində Cavadov qardaşları öz tərəfdarları ilə prokurorluğun binasını tərk etdilər. Bu, hərbi qiyam cəhdinin başlanğıcı idi. Oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı adam şəhər İcra Hakimiyyəti binasını və başqa strateji obyektləri ələ keçirdi. Bu zaman paytaxtda iki hərbi hissənin əsgərləri artilleriya qurğularını Prezident sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə müntəzir dayanmışdılar. Oktyabrın 4-dən 5-ə keçən gecə Prezident H.Əliyev Azərbaycanın müstəqil dövlətçiliyini müdafiə etmək üçün radio və televiziya ilə xalqa müraciət etdi.32 Onun çağırışı ilə, gecə yarısı olmasına baxmayaraq, qısa bir vaxtda on minlərlə adam Prezident sarayı qarşısına toplaşdı.33 Qiyamçılar Prezident sarayına hücuma cəsarət etmədilər. Prezidentin həyata keçirdiyi tədbirlər qiyamçılara qüvvələrini birləşdirməyə imkan vermədi. Gəncədə qiyam yatırıldı. Vəziyyətin dəyişdiyini görən Cavadov qardaşları Prezidenti müdafiə etdiklərini bildirdilər. Xalq oktyabrın 5-də Bakının Azadlıq meydanında təşkil olunmuş izdihamlı ümumxalq mitinqində qanuni Prezidenti dəstəklədiyini bir daha nümayiş etdirdi. Qiyam və dövlət çevrilişi qəsdində günahkar olan S.Hüseynov hakimiyyətdən kənarlaşdırıldı, Azərbaycandan Rusiyaya qaçdı. 1996-cı ildə isə Rusiyada həbs olunub respublikaya gətirildi və məhkum edildi. Düşmənlərin, xarici kəşfiyyat orqanlarının əlində oyuncaq olan hakimiyyət hərisləri yenə də öz niyyətlərindən əl çəkmirdilər. 1994-cü il dekabrın 4-də "Azərbaycana xidmət" vəqfi tərkibində "Azərbaycan Strateji Araşdırmalar Mərkəzi" adlı təşkilat yaradılmışdı.37 Bu təşkilat ölkədə siyasi müxalifətlə hərbi müxalifəti birləşdirib dövlət çevrilişi etməyi, qanuni Prezidenti fiziki cəhətdən məhv edib A.Mütəllibov, Ə.Elçibəy və başqalarının təmsil olunduğu "Dövlət Şurası" yaratmağı planlaşdırmışdı. Mərkəzin işində "Müsavat" və "Doğru yol" partiyalarının nümayəndələri də fəallıq göstərirdilər. Bu vaxt AXC və ona yaxın qüvvələr də xeyli fəallaşmışdılar. Martın 12-dən 13-nə keçən gecə Ağstafa və Qazaxda Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşları (omonçular) qiyam qaldırıb dövlət idarələrini zəbt etdilər.39 Martın 15-də omonçular Bakıda Nizami rayon polis idarəsinə silahlı basqın etdilər və dəf olundular. Prezidentin 16 mart tarixli fərmanı ilə Xüsusi Təyinatlı Polis Dəstəsi ləğv edildi və onun Bakıdakı əməkdaşlarından silahı könüllü təhvil verib, "8-ci km" qəsəbəsindəki bazalarını tərk etmək tələb olundu.40 Cavadov qardaşları Prezidentin münaqişəni dinc yolla həll etmək istəyinə məhəl qoymadılar. Onlar bazada toplanmış silahlıları dörd hücum qrupuna bölüb, martın 16-dan 17-nə keçən gecə Prezident sarayı, Dövlət Teleradio Şirkəti və Daxili İşlər Nazirliyi binalarını tutmaq üçün həmlə ilə mühasirəni yarıb şəhərə çıxmağa çalışdılar. İqtidarın fövqəladə tədbirləri, hökumət qüvvələrinin çevik hərbi əməliyyatları nəticəsində dövlət çevrilişi cəhdi bu dəfə də baş tutmadı. Sonralar da qanuni hakimiyyəti devirmək, Prezidenti fiziki cəhətdən məhv etmək və başqa siyasi terror cəhdləri baş verdi və hər dəfə respublikanın hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə dəf edi Xalq respublikanın dövlət müstəqilliyinin təminatçısı olan Prezident Heydər Əliyevi dəstəklədi, siyasi yetkinlik, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirdi.

Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin