Plan : 1. Müstəqilliyin ilk illərində iqtisadi vəziyyət.
2. İqtisadiyyatda struktur dəyişiklikləri
3.Maliyyə, vergi islahatları
4.Özəlləşdirmə
5..Aqrar islahat. Kənddə sahibkarlığın inkiĢafı.
1. SSRİ-də 80-ci illərin ikinci yarısında başlanan siyasi proseslər müttəfiq respublikaların, o cümlədən Azərbaycanın da iqtisadiyyatına və sosial-mədəni həyatına ağır zərbələr vurdu. İstehsal azalır, iqtisadi tənəzzül dərinləşirdi. Respublikaların iqtisadi əlaqələri pozulmuşdu, müqavilə öhdəliklərinə əməl olunmurdu. Azərbaycan iqtisadiyyatının xammal və materiallara tələbatı cəmi 40 faiz ödənilirdi. Müəssisələrin istehsal gücündən yalnız 25-30 faiz istifadə olunurdu. Sumqayıt boru-prokat zavodunun altı marten sobasında iş dayandırılmışdı.1 Demək olar ki, bütün sahələrdə əsas istehsal vasitələri mənəvi və fiziki cəhətdən köhnəlmişdi. Respublikada sənayenin aparıcı sahəsi olan neft sənayesində vəziyyət ağır idi. Mədənlərdə 4000-dən çox neft quyusunda hasilat dayanmışdı. Qazma dəzgahlarının 80 faizi işləmirdi. 1992-ci ildə 11, 1996-cı ildə isə cəmi 9 milyon ton neft çıxarılmışdı.2 Mövcud perspektivli dəniz yataqlarının istismarına başlanması üçün xeyli investisiya tələb olunurdu
İqtisadiyyata Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi ciddi ziyan vurmuşdu. Respublika gəlirinin üçdə birini müharibəyə xərcləməyə məcbur idi. Onun ərazisinin dörddə bir hissəsində döyüş əməliyyatları getmişdi. Bir milyon hektar kənd təsərrüfatı sahəsi, 72 min hektardan artıq əkin sahəsi, 34 min hektar üzümlük, 65 min baş qaramal, 240 min baş davar, 173 sənaye obyekti, 122 tikinti təşkilatı, 200-dən çox faydalı qazıntı yataqları, dörd qızıl, üç civə, iki qranit, iki mərmər, on mineral su mədəni, dörd daş karxanası, beş müxtəlif inşaat materialları yatağı, 250000 hektar meşə sahəsi, o cümlədən Zəngilan çinar meşəsi düşmən əlinə keçmişdi. 60000-dən çox şəxsi təsərrüfat, yüzlərlə sənaye müəssisəsi, kolxoz və sovxoz dağıdılmışdı.4
Dostları ilə paylaş: |