2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri


Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: 1990



Yüklə 267,88 Kb.
səhifə7/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   2   3   4   5   6   7   8   9   10   ...   73

30. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: 1990.















Azərbaycan SSR birtərəfli sosialist sənayeləşdirilməsi, zoraki kollektivləşmə

illərində.Kütləvi repressiyalar.

Plan: 1.Birtəfli sosialist sənayeləşməsi/

2.Sənayeləşmənin nəticələri.

3. Azərbaycan SSR Zorakı kollektivləşmə illərində

4 Azərbaycan SSR-də inzibati-amirlik sisteminin

acı nəticələri və kütləvi-siyasi repressiyalar.

SSRİ-də sənayeləşdirmə xətti 1925-ci ilin dekabrında ÜİK(b)P XIV qurultayı tərəfindən müəyyən edilmişdi. Azərbaycanda sənayeləşdirmə xəttini həyata keçirmək üçün 1926-cı il fevralın 3-də Q.Musabəyovun sədrliyi ilə respublikanın sənayeləşdirilməsi komissiyası yaradıldı. Azərbaycanda sənayeləşdirmənin özünəməxsus xüsusiyyəti ondan ibarət olmuşdur ki, onun əsas aparıcı sahəsini neft

sənayesi təşkil etmişdir. Azərbaycanda bütün sənaye sahələriniinkişaf etdirmək üçün kifayət qədər maliyyə vəsaiti yox idi. Mərkəz isə yalnız neft sənayesini inkişaf etdirmək üçün vəsait ayırırdı. Ona görə də Azərbaycan qəzalarının sənayeləşdirilməsi məhdud xarakter daşıyır və ləng gedirdi. Sənayenin inkişafında Bakı ilə respublikanın digər bölgələri arasında ənənəvi uyğunsuzluq yenə də qaldı.

Azərbaycanda sənayeləşdirmə xəttinin həyata keçirilməsində birinci beşillik planın yerinə yetirilməsi mühüm rol oynadı. Birinci beşillikdə yeni neft yataqları istifadəyə verildi, neftayırma, neftmaşınqayırma və neftkimya sənayesi inkişaf etdi. Təkcə Stalin adına neftayırma zavodunda 23 yeni neftayırma qurğusu tikilib istifadəyə verildi. Azərbaycanda birinci beşillik plan 3 il 4 ayda, neft sənayesində isə 2 il yarıma yerinə yetirildi. Sənayeləşdirmə xətti kəndin ictimai-iqtisadi həyatında da köklü dəyişikliklər olunmasını tələb edirdi. Kənd təsərrüfatında xırda kəndli təsərrüfatları üstünlük təşkil edirdilər. 1927-ci ilin dekabrında ÜİK(b)P XV qurultayı xırda kəndli təsərrüfatlarını birləşdirməyi və iri kollektiv təsərrüfatlara çevirməyi kənddə əsas vəzifə kimi qarşıya qoydu. Qurultay kənd təsərrüfatında kooperasiyanın bütün formalarının inkişaf etdirilməsi və yeni texnikanın tətbiqi əsasında elliklə kollektivləşməyə keçilməsini nəzərdə tuturdu. Azərbaycanda kollektiv təsərrüfatlar yaradılmasına hələ sovet hakimiyyətinin ilk illərində başlanmışdı. 1921-ci ilin may ayında respublikada 137 kənd təsərrüfatı arteli və 17 kommuna vardı. Həmin kollektiv təsərrüfatların çoxu iqtisadi-texniki amillərin kifayətləndirici səviyyədə olmaması nəticəsində və kəndli kütlələrinin şüurunda fərdiyyətçiliyin güclü olması səbəbindən qısa müddətdə dağıldı. 1926-1928-ci illərdə kollektiv təsərrüfatlar yenidən təşkil olunmağa başladı. 1928-ci ildə Azərbaycanda 289 kolxoz vardı. Bu dəfə kolxozlar kənd yoxsullarının nisbətən şüurlu hissəsindən və əsasən könüllülük prinsipi ilə yaradılırdı. Təsadüfi deyil ki, yeni kollektiv təsərrüfatlarda kommunistlərin sayı əvvəlkilərdən iki dəfə, komsomolçuların sayı isə beş dəfə çox idi. Həm də yeni kolxozların 88 faizi kənd təsərrüfatı maliyyə kooperasiyası ilə əhatə olunmuşdu. Bu da kollektiv təsərrüfatlara kənd təsərrüfatı texnikası almaqda kömək edirdi. Lakin texnika ilə təchizat İttifaq mərkəzindən asılı idi. Mərkəz isə ucqar rayonlara çox az maşın ayırırdı. Belə ki, 1929-cu ildə Azərbaycanda kolxozların yalnız 59 faizində, cəmi 560 traktor var idi, kotanların sayı çox az idi, kolxozlar hələ də 100 min

xışdan istifadə edirdilər. Azərbaycanda 1928-ci ilin ortalarına qədər kollektivləşmə

kəskin sinfi mübarizəsiz, dinc şəraitdə həyata keçirilir və müsbət nəticə verirdi. Kollektiv təsərrüfatların 40 faizindən çoxu vergidən azad edilmişdi. Vergidən azad olunmuş yoxsul, zəif kəndli kollektiv təsərrüfatları hesabına məsul istehsalı çoxalırdı. Ona görə də Azərbaycanda kollektivləşmə faizi Cənubi Qafqazın digər respublikalarından yüksək idi. Lakin 1928-ci ilin ortalarından başlayaraq bütün İttifaqda olduğu kimi Azərbaycanda da kolxozların təşkili süni sürətdə sürətləndirildi, hətta zorakılığa da əl atıldı. Azərbaycanda 1929-1930-cü illərdə

fərdi təsərrüfatların kollektivləşdirilməsi çox ləng getmişdir. Çünki kolxozlara əsasən yoxsul kəndlilər daxil olur, ortabablar isə hələ tərəddüd edirdilər. Azərbaycanda kəndli təsərrüfatlarının elliklə kollektivləşdirilməsi ikinci beşillikdə nəzərdə tutulmuşdu. Lakin ÜİK(b)P MK 1929-cu il noyabr plenumu Azərbaycanda

elliklə kollektivləşdirməyə 1930-cu ilin əkin kampaniyası dövründə keçilməsi haqqında qərar verdi. 1930-cu ildə Azərbaycanda 1839 kolxoz olduğu halda, 1931-ci ildə kolxozların sayı 3330-a çatdı, yəni bir ildə 1491 kolxoz təşkil edildi. Bu kollektivləşmədə inzibati-amirlik siyasəti vasitəsilə aparılır və nəticədə kənddə sinfi münasibətləri kəskinləşdirirdi. Kənddə sinfi münasibətlərin gərginləşməsi şəraitində SSRİ MJK və XKS 1930-cu il fevralın 1-də qolçomaqlara qarşımübarizə tədbirləri haqqında qərar qəbul etdi. həmin qərara əsasən Azərbaycanda qolçomaqlara qarşı mübarizə gücləndi. Qolçomaq ailə başçısı antisovet və əksinqilabçı ünsür adı ilə həbs edilib güllələnir, ailə üzvləri isə Sibirə, Qazaxıstana və Orta Asiyaya sürgün edilirdi. Kolxoz hərəkatına qarşı çıxış edən varlı kəndlilər də ailələri ilə birlikdə sürgün cəzasına məhkum edilir, yük vaqonlarına doldurularaq Sibirə və Qazaxıstana gedən dəmir yollarında həftələrlə saxlanmaqla min bir əzab-əziyyətlərə düçar olurdular. Sovet İttifaqının hər yerində olduğu kimi Azərbaycanda da qolçomaqlar Sovet hakimiyyətinə qarşı müxtəlif mübarizə formalarından istifadə edirdilər. Gəncənin Nərimanov dairəsində, Şirvanın Ucar dairəsində, Şəkinin Zaqatala dairəsində, Şəmkir dairəsinin Bitdili kəndində, Naxçıvan Muxtar Respublikasında Sovet hakimiyyətinə qarşı qiyamlar olmuşdur. Həmin qiyamlarda qolçomaqlarla birlikdə varlı və hətta ortabab kəndlilər də iştirak edirdilər. Həmin qiyamlar yatırıldı və iştirakçılarına divan tutuldu. Ümumiyyətlə,

kollektivləşmə prosesində güclənən sinfi mübarizə pərdəsi altında Sovet Azərbaycanın kəndlərində soyqırıma bərabər dəhşətli cinayətlər törədildi. Azərbaycan Sovet hakimiyyəti dövründə sosializm quruculuğunun üç əsas vəzifələrindən biri, socialist sənayeləşdirilməsi və kənd təsərrüfatının kollektivləşdirilməsi ilə bərabər, mədəni inqilab olmuşdur. Sosializm quruculuğu

dövründə ölkənin mədəni həyatında köklü dəyişikliklər baş verdiyi üçün mədəni quruculuq tədbirləri mədəni inqilab adlanırdı. Mədəni inqilabın mahiyyəti zəhmətkeş xalqın əməyi ilə yaradılmış mədəni sərvətləri xalqın malı etmək və geniş xalq kütlələrinin bu sərvətlərdən istifadə edə bilmələri üçün şərait

yaratmaqdan ibarətdi.


Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin