20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı kitabxanaların qarşısında duran vəzifələr
Xalqımıza qarşı törədilən bu amansız və qanlı faciənin geniş ictimaiyyətə çatdırılmasında və gənc nəslin bu istiqamətdə maarifləndirilməsində kitabxanaların da üzərinə mühüm vəzifələr düşür. Bunun üçün kitabxanalarda tədbirlər planı hazırlamaq və buna müvafiq işlərin həyata keçirilməsi tövsiyə olunur.
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı kitab-xananın fondunda mövcud olan sənədlər və elektron resurslar əsasında virtual kitab sərgilərinin hazırlanması ən təsirli vasitələrdən hesab olunur. Slaydlar şəklində hazırlanan sərgidə 20 Yanvar hadisələri ilə bağlı məlumatlar, kitablar, qəzet və jurnal məqalələri (Azərbaycan, rus və digər dillərdə), izahlı mətnlər, audiovizual sənədlər və s. öz əksini tapa bilər. Sərgini hazırlayan zaman kitabın üz qabığı, biblioqrafik təsviriannotasiyası və əgər mümkünsə kitabın onlayn versiyasını və ya linkini də virtual sərgidə yerləşdirmək olar.
Dostları ilə paylaş: |