Yəhya 4:25-26.....25. Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 26. İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm».
-------------------------------------------------
Al-i İmrân 3:45.....Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır.
Nisa 4:157 & 171......157. Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi… 171. Məryəm oğlu İsa əl-Məsih… bir söz və Onun tərəfindən olan bir ruhdur.
72.
İsa Məsihin, Allahın Kəlamı olduğu qəbul edilirmi? (Logos / Kəlamullah)
BibliyaBəli / BəliQuarani
Yəhya 1:1-4 & 14.....1. Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2. O, başlanğıcda Allahla birlikdə idi. 3. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 14. Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını Atadan gələn vahid Oğulun ehtişamını gördük.