2004-cü ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsininƏlilləri sosial müdafiəsi orqanlarının saxlanılması
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 fevral tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə 2004-cü ildə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin D Ö V L Ə T P R O Q R A M I Dövlət Proqramının həyata keçirilməsində başlıca məqsəd respublikanın əmək bazarında mövcud vəziyyət, ölkənin sosial-iqtisadi inkişafında əldə olunan real nəticələr nəzərə alınmaqla 2004-cü ildə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsidir. Bu Dövlət Proqramı hazırlanarkən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də Avropa Sosial Xartiyasının ratifikasiyası ilə əlaqədar Azərbaycan Hökumətinin götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məşğulluq xidməti orqanları qarşısında duran vəzifələr də nəzərə alınmışdır. Proqnoz məlumatlarının təhlili əsasında 2004-cü ildə respublikanın əmək bazarında 475,0 min nəfərin iştirak edəcəyi, onlardan isə 120,7 min nəfərin Məşğulluq Xidmətinə müraciət edəcəyi gözlənilir. Məşğulluq xidməti orqanlarına müraciət edən vətəndaşlardan 33,0 min nəfərin münasib işlə təmin olunması, 15,5 min nəfərə işsiz statusu verilməsi və işsizliyə görə müavinət ödənilməsi, 2,0 min nəfərin peşə hazırlığı kurslarına, 2,5 min nəfərin haqqı ödənilən ictimai işlərə cəlb olunması, 67,7 min nəfərin iş axtaranlar kimi məşğulluq mərkəzlərində qeydiyyata götürülməsi proqnozlaşdırılır. Əmək bazarının və işəgötürənlərin real tələbləri əsasında iş axtaranların və işsiz vətəndaşların müasir peşə və ixtisaslar üzrə hazırlığı, yenidən hazırlıq və ixtisaslarının artırılması məşğulluq xidməti orqanlarının fəaliyyətində başlıca istiqamətlərdən biri olacaqdır. İş axtaranların və işsiz vətəndaşların peşəyönümü və peşə hazırlığı işinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi işi 2004-cü ildə davam etdiriləcək, bu məqsədlə respublikamızın müxtəlif bölgələrində regional peşə tədris mərkəzlərinin yaradılması, müvafiq tədris-metodiki vəsaitlərin və texniki-proqram təminatının hazırlanması həyata keçiriləcəkdir. 2004-cü ildə aktiv məşğulluq tədbirlərindən biri kimi iş axtaranların və işsiz vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb edilməsi işi davam etdiriləcəkdir. İş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə 2004-cü ildə aktiv məşğulluq tədbirlərinin daha da geniş miqyasda tətbiq edilməsi, məşğulluq sahəsində əhalinin maarifləndirilməsi yönümündə reklam-informasiya işinin genişləndirilməsi nəzərdə tutulur. Bununla əlaqədar 2004-cü ildə əmək yarmarkalarının keçirilməsi, respublikamızın iri şəhərlərində yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması proqnozlaşdırılır. 2004-cü ildə miqrasiya sahəsində, xüsusilə “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçiriləcəkdir. Xarici ölkələrdə işləmək arzusunda olan Azərbaycan vətəndaşlarına zəruri məsləhətlər veriləcək, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu sahədəki fəaliyyətlərinə nəzarət edilməklə onlara metodiki kömək göstəriləcək, xarici ölkələrdə işləyən Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi, eləcə də daxili əmək bazarının qeyri-qanuni əcnəbi işçi qüvvəsindən qorunması üzrə tədbirlər həyata keçiriləcəkdir. Bu Dövlət Proqramı “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aşağıdakı istiqamətlər üzrə maliyyələşdirilir:
(milyon manatla)
Yüklə 139,08 Kb. Dostları ilə paylaş: |