2014-cü il Fənn proqramı (sillabusu) Kafedra



Yüklə 112,5 Kb.
səhifə4/5
tarix05.01.2022
ölçüsü112,5 Kb.
#111891
1   2   3   4   5
5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu №1

Giriş. Keramika məmulatlarının istehsal-sahə əlamətlərinə görə təsnifi. İnşaat keramikası. İnşaat keramikasının əsas növləri. Divar və damüstü keramika məmulatları



2

15.09.14

2

Mövzu №2

Kərpic və keramika daşları. Kərpic və keramika daşlarının istehsalının plastik və quru üsulları. Tozvari kütlələrdən məmulatların preslənməsi



2

16.09

3

Mövzu №3

Qəlibləmədə yaranan qusurlar. Keramika məmulatların qurudulması və bişirilməsi. Qurutma üsulları və rejimləri. Qurutma zamanı yaranan qüsurlar. Yandırma prosesinin əsas kriteriyaları. Bişmə rejimini müəyyən edən texnoloji parametrlər. Keramika məmulatların üçün bişirmə sobaları. Kərpic bişirmə zamanı baş verən qüsurlar



2

22.09

4

Mövzu №4

Kirəmit. Drenaj borular. Kirəmit və drenaj boruların istehsal texnologiyası



2

29.09

5

Mövzu №5

Fasad keramikası. Xalça keramikası. Üzlük daşlar və minalı tavacıqlar. Daxili və xarici üzlük tavacıqlar. Anqob çəkilmiş üzlük kərpiclər. Quru mineral qırıntı ilə fakturalanmış üzlük tavalar. Üzlük kərpiclərin və keramika daşların istehsalı



2

30.09

6

Mövzu №6

Yüksək sıxlıqlı kimyəvi davamlı və və yeyilməyə davamlı inşaat çini və saxsı məmulatlar. Kanalizasiya boruları



2

06.10

7

Mövzu №7

Püskürülmüş qoruyuculardan istifadə etməklə şliker üsulu ilə tavacıqlar isrehsalı. Gəbə naxışlı mozaik və şelkoqrafik örtüklü tavacıqlar. Keramzit və aqloporit



2

13.10

8

Mövzu №8

Keramika kütləsinin hazırlanması. Materialların ilkin hazırlanması. Kütlənin komponentlərinin xırdalanması. Komponentin qarışdırılması və kütlənin hazırlanması



2

14.10

9

Mövzu №9

İncə keramika. İncə keramika məmulatlarının qəliblənməsi və qurudulması. Minalama və dekorasiya



2

20.10

10

Mövzu №10

Keramika məmulatlarının bişirilməsi. Bişirmə prosesinin əsas mahiyyəti. Bişitmə zamanı baş verən fiziki-kimyəvi proseslər. Bişirmə sobalarının növləri



2

27.10

11

Mövzu №11

Odadavamlı materiallar. İstehsal texnologiyasına, kimyəvi-mineraloji tərkibinə, tətbiq sahəsinə, fiziki-mexaniki xassələrinə, məsaməliyinə görə təsnifatı



2

28.10

12

Mövzu №12

Odadavamlı materialların istehsalının texnoloji ardıcıllığı. İstehsalının texnoloji sxemi



2

03.11

13

Mövzu №13

Ərinə temperaturu 1580oC-dən yüksək olan kimyəvi bişirmə. Odadavamlı materiallar istehsalı üçün maddələrin (tərkibin) seçilməsi



2

10.11

14

Mövzu №14

Odadavamlı xammal tərkibinin zənginləşdirilməsi. Odadavamlı gil və kaolinin zənginləşdirilməsi. Kvarsitlərin zənginləşdirilməsi. Təbii maqnizitin zənginləşdirilməsi. Xromit filizinin zənginləşdirilməsi



2

11.11

15

Mövzu №15

Odadavamlı materialların istehsalının fiziki-kimyəvi əsasları. Bərk fazalı bişmə. Maye fazanin bişmə prosesi



2

17.11

16

Mövzu №16

Odadavamlı materialların əsas xassələri. Odadayanıqlıq. Yüksək temperaturda möhkəmlik. Yük altında deformasiya temperaturu. Yüksək temperaturda həcmin sabitliyi. Termiki datanıqlıq. Odadavamlı materialların adi temperaturda məsaməliyi və möhkəmliyi. Sıxılmada möhkəmlik həddi. Qızdırmada xətti genişlənmə. İstilikkeçirmə. Istilik tutumu. Temperatur keçiriciliyi



2

24.11

17

Mövzu №17

Əsas odadavamlı materialların texnologiyası. Dinas odadavamlı materiallar. Dinas istehsalı üçün xammal. Dinaş odadavamlı materialların istehsalının texnoloji sxemi. İstehsalın texnoloji xüsusiyyətləri. Dinas məmulatların tərkibi və əsas xassələri



2

25.11

18

Mövzu №18

Şamot, yarımturş və kaolin materiallar. Odadavamlı gillər və kaolinlər. Odadavamlı gillər və kaolinlərin dənəvər, kimyəvi və mineraloji tərkibləri. Odadavamlı gillər və kaolinlərin xassələri. Plastiklik. Gillərin qurudulası və yandırılması zamanı baş verən yığılma



2

01.12

19

Mövzu №19

Odadavamlı məmulatların istehsal texnologiyasının fiziki-kimyəvi əsasları. Yanma zamanı gedən dəyişikliklər. Şamot və gil əlaqələndiricilərinin istehsalı. Şamot məmulatı şixtasının hazırlanması, yarımquru üsulla istehsalı



2

08.12

20

Mövzu №20

Maqnezit odadavamlı materiallar. Maqnezit istehsalı üçün xammal bazası. Maqnezit məmulatların istehsal texnologiyası.şixta tərkibinin hazırlanması. Maqnizit məmulatlarının preslənməsi. Məmulatların qurudulması və yandırılması



2

09.12

21

Mövzu №21

Odadavamlı məhlul və mertellər. Odadavamlı məhlullar və mertelin növləri və xassələri. Odadavamlı betonlar, təsnifatı, texnologiyası və xassələri. Yapışdırıcı materialların təsnifatı. Alüminat betonlar. Alüminat betonların tərkibi və xassələri



2

15.12

22

Mövzu №22

Texniki keramikanın növləti. Yüksək odadavamlı oksidlər keramikası. Minalar.oksigensiz birləşmələrəsasında keramika. Fərdi odadavamlı oksidlər əsasında keramika. Yüksək alüminatlı keramika. Maqnizial, silikatlar və digər birləşmələr əsasında keramika. Kermitlər və kompozisyon materiallar



2

22.12

23

Mövzu №23

Çini və saxsı məmulatlar. Çini kütlə tərkibi. Saxsı. Saxsı üçün xammalın hazırlanması. Çini və saxsı məmulatların istehsal xüsusiyyətləti. Saxsı divar məmulatlarının istehsalı



2

23.12


Yüklə 112,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin