2015 – ci il yanvarın 21-22-də Xəzər Universitetinin Kitabxana informasiya mərkəzinin (KİM) əməkdaşı Səidə Orucova tərəfindən “Dünya” məktəbinin kitabxanasında Çin uşaq kitablarının sərgisi keçirildi. Bir neçə ay əvvəl Kitabxana İnformasiya Mərkəzində (KİM) açılışı olmuş Çin Guşəsinin Çin uşaq ədəbiyyatı, eləcə də Çinin tarixi, coğrafiyası və s. mövzuları əhatə edən kitablar nümayiş etdirildi. Sərgidə Çın dilində “danışan kitablar” şagirdlər tərəfindən maraqla qarşılandı.
Eyni zamanda, uşaqlar KİM tərəfindən “Dünya” məktəbinin kitabxanasına hədiyyə edilmiş çoxlu sayda kitablarla da tanış oldular.
Yanvarın 21-də Xəzər Universitetinin Kitabxana informasiya mərkəzi (KİM) tərəfindən İndilis dili və ədəbiyyatı departamentinin müəllimləri üçün “Onlayn məlumat bazaları və onlardan istifadə qaydaları” mövzusunda təlim keçirildi. Təlimdə departamentin müəllimləri onlayn bazalara, xüsusilə ingilis dilinin tədrisi üçün nəzərdə tutulmuş bazalara daha çox maraq göstərdilər. Təlimdən sonra müəllimlər ingilis ədəbiyyatı sərgisi ilə tanış oldular və təklif edildi ki, kitabların bir hissəsi departamentə istifadəyə verilsin.