Fevralın 12 - də Xəzər Universitetinin Kitabxana - informasiya mərkəzində (KİM) ”Kitabla dost ol, ən fəal oxucu ol!” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. 2014-cü ilin nəticələrinə əsasən müsabiqənin qalibləri kitabxanaçılardan ibarət qrup tərəfindən əməkdaşlar və tələbələr arasından bu meyarlara görə müəyyənləşdirilmişdi: oxunan kitabların sayı; istifadə olunan zalların çoxluğu; KİM-in qaydalarına riayət.
Əməkdaşlardan Maliyyə şöbəsinin müdiri Nağı Bayramlı (I yer), Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekan müavini Vəfa Aslanova (II yer), Cəmilə Quliyeva (III yer), tələbələrdən Fəridə Ocaqova (I yer), Cəvahir Hacıyeva (II yer), Hüseyn Hüseynli (III yer) müsabiqənin qalibləri oldular.
Bundan əlavə, həm əməkdaşlara, həm də tələbələrə həvəsləndirici sertifikatlar və hədiyyələr təqdim olundu.
Ən fəal oxucu müsabiqəsinin əsas məqsədi kitabı, kitabxananı və mütaliəni təbliğ etmək və onların hər bir insanın həyatında və təhsilində rolunu yüksəldmək idi. Zənnimcə, bu tədbiri keçirməklə qoyduğumuz məqsədə nail ola bildik. Bu kimi tədbirlər oxuculara, xüsusən də gənclərə kitab oxumağın əhəmiyyətini aşılayaraq, eyni zamanda kitabxanaya diqqəti cəlb edəcək. Axı kitabxana böyük bir xəzinədir və bu xəzinənin sərvətləri hər kəs üçün daim açıqdır.
Kitabxana İnformasiya Mərkəzinin Kataloqlaşdırma bölməsinin müdiri Orucova Samirə tərəfindən KİM-in əməkdaşlarına təlim keçirilmişdir. Təlimdə Follet Applications proqramının "Cataloging" modulu, MARC/USMARK formatı və kitabların elektron kataloqa salınma qaydaları barədə məlumat verilmişdir.
Dostları ilə paylaş: |