2015-ci il noyabrın 24-də KİM-in təşkil etdiyi “Çin Mədəniyyətindən İncilər” adlı tədbir keçirildi. Tədbirdə Konfusiya İnstitutunun əməkdaşları, ADA Universitetindən, ADİU-dan qonaqlar və Xəzər Universitetinin müəllim və tələbə heyəti iştirak etmişdir.Qədim Çin mədəniyyətinə həsr olunmuş tədbirdə kalliqrafiya rəsmləri, rəqslər, şeirlər və mövzuya uyğun təqdimatlar da nümayiş olundu. Sonda tədbir iştrakçıları KİM-də yerləşən “Çin Guşəsi” sərgisi ilə tanış oldular.
30 noyabr və 1 dekabrda Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə "Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər" mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda kitabxanaların hazırki vəziyyəti və kitabxanalarda müəllif hüquqlarının necə qorunması müzakirə edilib. Bununla yanaşı Xəzər Universitetinin kitabxanasının fəaliyyəti haqqında KİM-nin əməkdaşı Aytac Misgərli seminar iştrakçılarını məlumatlandırıb.