2016-cı il noyabrın 18-i saat 12:00-da Xəzər Universitetində “İki şəhərin əfsanələri” adlı tədbir keçirildi. Tədbir KİM-də yerləşən “Çin guşəsi”nin layihə rəhbəri Orucova Səidə və koordinatoru Esmira Mehdiyeva tərəfindən hazırlanmışdı. Tədbirdə BDU-nin nəznində yerləşən Konfusiya İnstitutunun müəllimləri , Xəzər Universitetində Çin dilini öyrənən tələbələr və digər qonaqlar iştrak edirdilər. Tədbirdə Konfusiya İnstitutunun müəllimləri Pekinin tarixi, mədəniyyəti, milli yeməkləri, Pekin Operası, abidələri və digər görməli yerləri haqqında təqdimatla çıxış etdilər. Xəzər Universitetinin tələbələri isə Bakı İçərişəhər, Qız qalası, yeni salınmış binalar və muzeylər haqqında təqdimat nümayiş etdirdilər. Daha sonra, Çin xalq və Azərbaycan milli geyimləri nümayiş edildi. Çin dili müəllimi tədbir iştrakçılarının adlarını kalliqrafiyada yazıb hədiyyə etdı.
Sonda tədbir iştirakçıları kollektiv şəkil çəkdirdilər.