6 oktyabr 2015 - ci ildə Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin "Elektron İnformasiya Xidmətləri" şöbəsinin müdiri Aytac Misgərli tərəfindən Humanitar və Sosial Elmlər fakültəsinin I kurs tələbələri üçün "Kitabxana və elektron xidmətlər" mövzusunda təlim keçirildi.
Xəzər Universiteti Dillər və mədəniyyətlər kafedrasının fars dili müəllimi f.ü.f.d. Zivər Hüseynli öz şəxsi kitabxanasından Xəzər Universitetinin kitabxanasına 50 müxtəlif kitab hədiyyə etmişdir. Bu kitablardan 2 ədədi fars dilində roman, qalan 48 ədədi isə türk dilində tarix, mədəniyyət və ədəbiyyata aid əsərlərdir və bəzi kitabların 2 nüsxəsi vardır. Türk dilində olan kitablar əsasən Zivər Hüseynlinin müxtəlif vaxtlarda Türkiyənin Kahramanmaraş şəhərində üç dəfə Beynəlxalq simpoziumda iştirak etdiyi vaxt həmin şəhər haqqında əldə etdiyi kitablardan ibarətdir. Kahramanmaraş və ətrafında qurulmuş Zülqədəroğulları bəyliyi, Osmanlı dövrünün tarixi, bölgənin ictimai və ədəbi mühiti haqqında qələmə alınmış bu kitablar həmin bölgə haqqında araşdırma aparmaq istəyən tədqiqatçı və tələbələrin ixtiyarına veriləcək.
Caucasus Research Resource Center (CRRC) tərəfindən Xəzər Universiteti KİM-nin fonduna sosiologiya, politologiya, miqrasiya və iqtisadiyyata aid çoxlu sayda kitablar hədiyyə olunmuşdur. Müəllim və tələbə heyəti öz elmi araşdırmalarında bu kitablardan yararlana bilərlər.