2015-ci il Fənn proqramı (sillabusu) Kafedra Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi Fənnin adı «Xidmət fəaliyyətinin psixoloji təminati, ekstremal şəraitdə psixologiya»



Yüklə 202 Kb.
səhifə2/19
tarix10.01.2022
ölçüsü202 Kb.
#106061
1   2   3   4   5   6   7   8   9   ...   19
4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)

Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Mülki Müdafiə (MM) bölmələrinin, xilasedici dəstələrinin tərkib hissəsini təşkil edən ixtisasçı-mütəxəssislərin müxtəlif xarakterli fövqəlada hallar şəraitində əhalinin, ərazinin və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən axtarış–xilas etmə, qəza–xilas etmə və digər təxirə salınmaz işlərinin (QX və DTI) gedişinə hazırlanması çox vacibdir.

Ixtisasçı-mütəxəssislərin xilasedici dəstələrin fəaliyyətində mənəvi-psixoloji keyfiyyətlərinin inkişaf etdirilməsi, qanun-qayda və intizamının möhkəmləndirilməsi, onların fiziki sağlamlığının gücləndirilməsi, onlarda müasir axtarış–xilas etmə, QX və DTI yerinə yetirilməsi üçün zəruri olan ekstremal situasiyalarda fəaliyyət göstərmək və istənilən vəziyyətlərin dəf edilməsi qabiliyyətlərin formalaşdırılmasına xüsusi diqqət verilir.

Ixtisasçı-mütəxəssislərdə xilasedici dəstələrin şəxsi heyətinin təlim-tərbiyəsinin və psixoloji davamlılığıni yüksəltməyin səmərəli təşkili məqsədilə «Xidmət fəaliyyətinin psixoloji təminatı, ekstremal şəraitdə psixologiya» fənninin tədrisindən istifadə olunur. Fənninin tədrisinin əsas tapşırıqları:


  • gələcək ixtisasçı-mütəxəssislərdə elmi dünyagörüşün, yüksək əxlaqi keyfiyyətlərin, davranış və fəaliyyətin yüksək ideyalı motivləri, əxlaqi-psixoloji və döyüş keyfiyyətlərinin formalaşdırılması, ölkənin və onun dövlətçilik mənafelərinin mühafiəsi üçün lazım olan bilik, bacarıq və vərdişlərin əldə edilməsi;

  • təlim və tərbiyənin psixoloji-pedaqoji qanunauyğunluqlarının mahiyyətini öyrə­nilməsi;

  • ixtisasçı-mütəxəssislərdə xilasediciləri ətraflı öyrənmək, psixoloji vəziyyətlərini bacarıqla başa düşmək, pedaqoji təsir etmənin vasitə və metodlarını müxtəlif şəraitlərdə cəld seçmək imkanı verən psixoloji-pedaqoji düşüncənin formalaşdırılması;

  • ixtisasçılarda öz peşəsinə, şəxsi heyətlə və tabeçilikdə olanlarla işə məhəbbət tərbiyə edilməsi, özünü tərbiyə və öz təhsilini artırma tələbatının, həm nəzəri, həm də praktiki iş zamanı müstəqil olaraq elmləri öyrənmək bacarığının formalaşdırılması.

Kursun öyrənilməsi nəticəində mütləq:


Yüklə 202 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin