2016-cı il Fənn proqramı (sillabusu) Kafedra



Yüklə 90,16 Kb.
tarix25.07.2018
ölçüsü90,16 Kb.
#57535


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

Təsdiq edirəm:

Kafedra müdiri_____________

prof. Sərdarov B.S.

“___”____________2016-cı il



Fənn proqramı (sillabusu)

Kafedra“Yapışdırıcı materiallar və betonlar texnologiyası”

Fənnin adı“Beton və dəmir-beton məmulatları və konstruksiyaların texnologiyası”

1. Fənn haqqında məlumat:

Kodu 050638

Tədris ili 2016-2017 semestr VII (payız)

Fakültə “İnşaat-texnologiya”

Qrup 653a

Tədris yükü: mühazirə 45 saat, seminar (məşğələ) - saat,

laboratoriya 15 saat. Cəmi 60 saat.

Kredit: 4

Auditoriya:

Saat:


2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi Sevinc Mirhəsən qızı Əkbərova, t.e.n

Kafedranın ünvanı: Ayna Sultanova 11

Məsləhət saatları:

E-mail ünvanı:sev10@rambler.ru

İş telefonu: (012) 539-10-25



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

  1. İ.M.Yusufov Beton və dəmir-beton məmulatlarının texnologiyası. Bakı. Maarif.1998. 325 s.

  2. B.S.Sərdarov, Ə.B.Həsənzadə, T.A.Haqverdiyeva, Ü.S.Quliyev, S.M.Əkbərova. Beton və dəmir-beton məmulatları və konstruksiyalarının texnologiyası. Bakı-2003.104 s.

  3. Бетоны. Материалы. Технологии. Оборудование. Стройинформ. Издательство «Фенкс» 2/ 2006. 422с.

  4. Ю.М.Баженов. Технология бетона. Москва. «Высшая школа» 1978. 455с.

  5. Ю.И.Киреева. Строительные материалы. Минск ООО «новое знание». 2006. 400с.

  6. Папов К.Н., Каддо М.Б., Кульков О.В. Оценка качества строительных материалов. Москва. «Высшая школа». 2004. 286с.

  7. В.Н.Основин, Л.В.шуляков,Д.С.Дубяго. Справочник по строительным материалам и изделиям. Ростов-на-Дону. «Фенкс» 2005.243 с.

  8. А.А.Кальгин, Ф.Г.Сулейманов. Лабораторный практикум по технологии бетонных и железобетонных изделий. Москва «Высшая школа» 1994. 272с.

4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)


Beton və dəmir-beton məmulatlarının və konstruksiyalarının texnologiyası” fənni 050638 - “Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi” ixtisası üzrəmühəndis texnoloq hazırlığı üçün nəzərdə tutulmuşdur.

Proqramda kursu tam əhatə edən üç fəsil nəzərdə tutulur:

  1. Beton və dəmir-beton məmulatlarının texnoloji istehsal üsulları və prosesləri.

  2. Dəmir-beton məmulatlarının zavod hazırlığının yüksəldilməsi, keyfiyyətə nəzarət və onun yaxşılaşdırılması.

  3. Beton və dəmir-beton konstruksiyaların uzunömürlülüyünün artırılması.

Kursun tədris olunmasında məqsəd tələbələrə beton və dəmir-betonməmulatları və konstruk­si­ya­ları istehsal edən müəssisələrdə istehsal proseslərinin səmərəliliyininin yük­səl­dilməsi üçün tətbiq olunan texnoloji prosesesləri öyrətmək və bu proseslərin təkmilləşdirilməsinə və inkişafına yönəltməkdir.

Proqramın əsas xüsusiyyəti odur ki, baxılan məsələlər müasir elmi-texniki tərəqqinin əsas istiqamətləri nəzərə alınmaqla beton və dəmir-beton məmulatlarının və konstruksiyalarının istehsalı nəzərə alınmaqla yerinə yetirilmişdir.

  1. Fənnin təqvim planı:

  1. Giriş. Fənnin məqsədi və vəzifələri

  2. Beton və dəmir- beton məmulatları

  3. Texnoloji istehsal prosesinin ümumi əsasları

  4. Adi və qabaqcadan gərginləşdirilmiş beton məmumulatların armaturlanması

  5. Beton və dəmir-beton məmulatların qəliblənməsi

  6. Qəliblənmiş məmulatlarda betonun bərkiməsinin sürətləndirilməsi yolları və onun əhəmiyyəti

  7. Dəmir-beton məmulatlarınzavodhazırlığınınyüksəldilməsi

  8. Dəmir-beton zavodlarında keyfiyyətə nəzarət

  9. Beton vədəmir-beton konstruksiyalarınuzunömürlülüyü


5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftə-lər

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1

Giriş. Tikintidə mineral yapışdırıcılar əsasında beton və dəmir-beton məmulatların və konstruksiyaların yeri və rolu. Beton və dəmir-beton məmulatların istehsalı üçün tikinti materialları sənayesinin əsas istiqamətləri. Beton və dəmir-beton məmulatları istehsal texnologiyası haqqında



2

20.09.16

2

Mövzu№2

Beton və dəmir-beton sənayesində məmulatların və konstruksiyaların nomenklaturası və texnoloji sxemin tərtibi. Tətbiq sahələri. Beton, dəmir-beton və armatur məmulatlarına tələblər


2


22.09.16

3

Mövzu№3

Dəmir-beton məmulatlar istehsalının təşkilinin ümumi prinsipləri. İstehsal prosesinin axınlı təşkili. Texnoloji istehsal prosesinin ümumi əsasları. Beton və dəmir-beton müəssisələrində müxtəlif istehsal proseslərinin təşkilinin səmərəliliyi və tətbiq sahələri.



2


27.09.16

4

Mövzu№4

Tullantısız istehsalın təşkili, ətraf mühitin və əməyin mühafizəsi. Material, əmək və enerji-yanacaq mənbələrinə qənaət



2

04.10.16

5

Mövzu№5

Müəssisənin istehsal üsulu, tipi və tərkibinin seçilməsi. Texnoloji prosesin qurulması üçün ilk texniki-iqtisadi şərtlərin işlənməsi.


2


06.10.16

6

Mövzu№6

Beton və dəmir-beton məmulatların istehsal üsulları. Konveyer, aqreqat-axın, stend və kasset texnoloji xətləri.


2


11.10.16

7

Mövzu№7

Yapışdırıcı materiallar anbarları. Sementin qəbulu. Sementin daşınması və boşaldılması. Boşaldıcı qurğular. Tipik anbarlar


2


18.10.16

8

Mövzu№8

Doldurucular anbarı. Doldurucuların daşınması və boşaldılması. Tipik doldurucu anbarlar. Nəqliyyat-anbar əməliyyatları


2


20.10.16

9

Mövzu№9

Kimyəvi əlavələr anbarı. Əlavələrin qəbulu, saxlanması, verilməsi, hazırlanması və dozalanması üçün texnoloji xətlər. Xətlərin layihəsində kompleks kimyəvi əlavələr


2


25.10.16

10

Mövzu№10

Beton qarışığı komponentlərinin hazırlanması. Beton qarışıqlarının betonqarışdırıcı qurğularda və zavodlarda hazırlanmasının texnoloji prosesi. Müxtəlif beton qarışıqlarının hazırlanması



2


01.11.16

11

Mövzu№11

Yapışdırıcı və doldurucular anbarı. Zavod anbarlarına materialların qəbulu, saxlanması və nəqli. Anbarların növləri, oradakı əməliyyatların kompleks mexanikləşdirmə və avtomatlaşdırma vasitələri


2


03.11.16

12

Mövzu№12

Beton qarışığı komponentlərinin qarışdırılma üsulları. Materialların dozalanması və qarışdırılması. Sərbəst və məcburi üsullar. Qarışdırma müddəti. Müxtəlif beton qarışıqlarının qarışdırılmasının fiziki-mexaniki əsasları. Qravitasiyalı və məcburi qarışdırıcılar. Qarışdırmarejimləri



2


08.11.16

13

Mövzu№13

Beton qarışığı hazırlanmasının axın texnoloji xətti. Beton üçün materialların hazırlanması. Sementin aktivləşdirilməsi, qarışıq yapışdırıcı üçün kimyəvi əlavələrin üyüdülməsi.



2


15.11.16

14

Mövzu№14

Doldurucuların zənginləşdirilməsi: qış vaxtı qızdırılması və donunun açılması. Materialların dozalanması və qarışdırılması


2


17.11.16

15


Mövzu№15

Klinkersiz beton qarışıqlarının hazırlanması. Xammal bazası və klinkersiz yapışdırıcılı betonların tikintidə əhəmiyyəti. Əhəng-silisumlu yapışdırıcısı əsasında silikat betonlar



2


22.11.16

16

Mövzu№16

Avtoklavda bərkiyən silikat betonların əsas xassələri və texniki göstəriciləri. Posa yapışdırıcılı beton qarışığı tərkibləri


2


29.11.16

17

Mövzu№17

Qələvi-posa yapışdırıcılı betonların texnologiyasının xüsusiyyətləri. Gips, gips-sement, pussolan yapışdırıcılı betonların doldurucuları, beton tərkibinin seçilməsi, texnologiyasının xüsusiyyətləri.


2


01.12.16

18

Mövzu№18

Silikat beton qarışığının hazırlanması. Silikat betonlar üçün materiallar, əhəng-silisiumlu yapışdırıcılar və doldurucular, onlara olan texniki tələblər. Silikat betonların xassələrinə təsir edən amillər. Avtoklav şəraitində narın üyüdülmüş silisiumlu komponentin rolu. Silikat betonların tərkibinin seçilməsi. Silikat betonların hazırlanmasının əsas texnoloji sxemi


2


06.12.16

19

Mövzu№19

Betonqarışdırma sexləri və onların avadanlıqları. Betonqarışdırıcı sexlərinin tipləri. Texnoloji avadanlıqların komponovkası.


2


13.12.16

20

Mövzu№20

Beton qarışığının nəqli. Betonqarışdırıcı sexin və materiallar anbarlarının avtomatlaşdırma prinsipləri. Dozalama üsulları və dəqiqliyi. Dozatorların növləri


2


15.12.16

21

Mövzu№21

Çoxməsaməli beton qarışığının hazırlanması. Çoxməsaməli betonlar üçün materiallar, qazlı və köpüklü betonlarda məsaməəmələgətirmə prosesi. Məsaməəmələgətiricilər. Çoxməsaməli beton tərkibinin seçilmə metodu. Çoxməsaməli betonların texnologiyası.



2


20.12.16

22

Mövzu№22

Betonun bərkiməsini tezləşdirən üsullar. Qəliblənmiş məmulatın isti emaldan qabaq saxlanması. Buxarla qızdırılma, kontaktla qızdırılma, elektriklə qızdırılma, şüa enerjisi ilə qızdırılma, isti qəlibləmə, avtoklavda bərkimə. Təbii qazın yanma məhsullarında emal. Məmulatların isti emalında günəş enerjisindən istifadə olunması



2


27.12.16

23

Mövzu№23

Müxtəlif növ betonlardan məmulat istehsalı. Divar və mərtəbəarası örtük panellərinin, həcmi blokların, boru konstruksiyaların istehsalı. Xüsusi növ dəmir-beton məmulatların istehsal texnologiyası: şpal, paya, körpü dirəkləri, elektrik xətt dirəkləri, metro tağları.



2


29.12.16

5.2. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1

Betonun xassələrinə qarışığının sıxlaşdırma parametrlərinin təsirinin öyrənilməsi


4

26.09.16

10.10.16


2

Mövzu№2

Çox məsaməli beton tərkibinin seçilməsi


6


24.10.16

07.11.16


21.11.16

3

Mövzu№3

Betonun bərkiməsinin tezləşməsinə təsir edən amillərin öyrənilməsi



2

05.12.16

4

Mövzu№4

Məmulatları dağıtmadan betonun möhkəmliyinin qiymətləndirilməsi üsullarının öyrənilməsi


4

19.12.16

26.12.16


5.3. Fənn üzrə sərbəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1

Mövzu№1

Mineral yapışdırıcıların beton və dəmir-beton məmulatları və konstruksiyalarda rolu



2

Mövzu№2

Beton və dəmir-beton məmulatların istehsal üsulları



3

Mövzu№3

Doldurucu, yapışdırıcı, kimyəvi əlavələr anbarı



4

Mövzu№4

Beton qarışığı komponentlərin hazırlanması, qarışdırılma üsulları



5

Mövzu№5

Betonqarışdırıcı sexlərin tipləri və tələb olunan avadanlıqlar



6

Mövzu№6

Avtoklavda bərkiyən silikat betonlar



7

Mövzu№7

Qələvi-posa yapışdırıcılı betonlar



8

Mövzu№8

Çoxməsaməli beton qarışığının istehsal texnologiyası




6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Mühazirə rəhbəri: ____________ dos. Əkbərova S.M.
Laboratoriya işlərinin rəhbəri: ______________ass. Əzimi M.Z.
_____”______________ 2016-cı il
Yüklə 90,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin